Məhkəmə qərarları › İş №2(089)-112/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-112/2020

17.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-112/2020 17.07.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, x1 iclas katibliyi ilə, iddiaçı “x4 Azərbaycan” x2 (QSC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “x4 Azərbaycan” QSC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 4061.11 manat əsas borc, 448.52 manat faiz borcu, 86.89 manat cərimə borcu, cəmi 4596.52 manat borcun, 5 manat poçt xərci və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “x4 Azərbaycan” QSC -in nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, “x4 Azərbaycan” QSC və Cavabdeh arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli, 249367 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 21 faizlə, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş qrafikinə əsasən kredit məbləğini və hesablanmış faizləri razılaşdırılmış qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, kreditin əsas məbləğini, hesablanmış faizlərin ödənilməsini kreditin ayrıldığı vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdaarlıq qedilmiş, o, öhdəliyi tam icra etməmiş və bu günədək borcu tam ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş- 12 dekabr 2018-ci il tarixli, 249367 saylı Kredit müqaviləsindən müəyyən edilir ki, “x4 Azərbaycan” QSC və Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, Cavabdeh 21 faizlə, 36 ay müddətində 5.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin 1.1ci bəndinə əsasən Cavabdeh krdit üzrə almış olduğu bütün borc pul məbləğini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. 22 aprel 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 12 dekabr 2018-ci il tarixli, 249367 saylı kredit müqaviləsi üzrə 4061.11 manat əsas borc, 448.52 manat faiz borcu, 86.89 manat cərimə borcu, cəmi 4596.52 manat borcu var. 23 yanvar 220-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh 12 dekabr 2018-ci il tarixli, 249367 saylı Kredit müqaviləsi üzrə 4356.12 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Kredit müqaviləsinin 4.1-cü maddəsinə görə borcalan kreditin əsas və faiz borcunu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və ya şərtlərini pozdiqda, gecikdirilmiş hər gün üçün gecikdirlimiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh iddiaçı “x4 Azərbaycan” QSC -dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı “x4 Azərbaycan” QSC -nin iddia tələbləri əsaslıdır. Məhkəmənin gəldiyi nəticə aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 12 dekabr 2018-ci il tarixli, 249367 saylı kredit müqaviləsindən müəyyən edilir ki, “x4 Azərbaycan” QSC və Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, Cavabdeh 21 faizlə, 36 ay müddətində 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.3-cü maddəsinə əsasən borcalan müqavilə ilə maəyyən edilmiş hər hansı bir ökdəlikləri icra etmədiyi və yaxud lazımınca icra etmədiyi təqdirdə borcverən borcalandan kreditin əsas məbləğinin və ondan faktiki istifadə edildiyi müddət üçün hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh hər ay əsas və faiz borcu kimi 188.38 manat ödəniş etməlidir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh 2.332,32 manat ödəniş etmişdir. “x4 Azərbaycan” QSC hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan, cavabdehdən 4061.11 manat əsas borc, 448.52 manat faiz borcu, 86.89 manat cərimə borcu, cəmi 4596.52 manat pul tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia təmin olunmalı, 12 dekabr 2018-ci il tarixli, 249367 saylı kredit müqaviləsi üzrə 4061.11 manat əsas borc, 448.52 manat faiz borcu, 86.89 manat cərimə borcu, cəmi 4596.52 manat Cavabdeh alınaraq “x4 Azərbaycan” QSC -in xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı “x4 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 4061.11 manat əsas borc, 448.52 manat faiz borcu, 86.89 manat cərimə borcu, 5 manat poçt xərci və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 4.631,52 (dörd min altı yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində pul tutularaq “x4 Azərbaycan” QSC -in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar