Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-112/2022 20.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı R.R.Rent MMC-nin Cavabdeh qarşı kredit və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı R.R.Rent MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit və ona hesablanmış faizlərin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 1670 borc (faiz və cərimələrlə birlikdə) və 38 manat dövlət rüsumunun alınıb cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət edilib edilməməsini yoxlayır. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. İddiaçının diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, Culfa rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunur. Həmçinin iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, cavabdehin faktiki yaşadığı ünvan, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir (284-3.2.1, 284-3.2.2, 284-3.2.3, 284-3.2.4 və 284-3.2.5-ci maddələr). İddiaçı isə qeyd edilən prosessual normalarının tələbinə əməl etməmiş, ərizədə ərizənin verildiyi məhkəmənin adı düzgün göstərilməmiş, cavabdehin faktiki yaşadığı ünvan, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, tərəflər arasında mübahisə cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən yaranmış, lakin iddia ərizəsində kredit müqaviləsinin tələblərinin pozulduğu qeyd edilmiş, iddia ərizənin xahiş edirəm hissəsində cavabdehdən tutulmalı olan əsas borc, faiz borcu və cərimə borcunun ayrılıqda nə qədər olması qeyd edilməmişdir. Həmçinin iddia ərizəsini R.R.Rent MMC-nin direktoru Rəfail İsrafilov imzalasa da, iddia ərizəsinə Rəfail İsrafilovun R.R.Rent MMC-nin direktoru olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Qeyd edilənlər isə ərizənin forma və məzmununa əməl edilməməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilmədiyindən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı düzgün göstərilmədiyindən, cavabdehin faktiki yaşadığı ünvan, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, tələbin əsaslığını təsdiq edən sənədlər göstərilmədiyindən, mübahisənin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsindən yaranmasına baxmayaraq, iddia ərizəsində kredit müqaviləsinin tələblərinin pozulduğu qeyd edildiyindən, iddia ərizənin xahiş edirəm hissəsində cavabdehdən tutulmalı olan əsas borc, faiz borcu və cərimə borcunun ayrılıqda nə qədər olması qeyd edilmədiyindən, həmçinin iddia ərizəsinə Rəfail İsrafilovun R.R.Rent MMC-nin direktoru olmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 38 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 284-3.5-ci maddələrini rəhbər tutaraq qərara aldım: R.R.Rent MMC-nin Cavabdeh oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. R.R.Rent MMC tərəfindən 09 may 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə (Naxçıvan MR maliyyə Nazirliyinin hesabına) ödənilmiş 38 manat məbləğində dövlət rüsumu R.R.Rent MMC -yə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-112/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-112/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver