Məhkəmə qərarları › İş №2(089)-116/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-116/2020

29.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-116/2020 29.06.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, x7iclas katibliyi, İddiaçı və cavabdeh x3 iştirakı ilə, İddiaçı x4 qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş,Culfa Rayon Məhkəməsinin 2(089)-294/2016 nömrəli, 17 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, cavabdeh x2 11 oktyabr 2009-ci il tarixdə doğulmuş x5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğinin alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki,x6 ilə 18 aprel 2008-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 11 oktyabr 2009-cu il tarixdə İlkin adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon məhkəməsinin 2(089)-143/2019 nömrəli, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, İlkin onun yanında saxlanılmışdır. İ.Allahverdiyevin saxlanılması üçün Culfa Rayon Məhkəməsinin 2(089)-294/2016 nömrəli, 17 noyabr 2016-cı il tarixli qətnaməsi ilə 90 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh hər ay müəyyən olunmuş aliment məbləğini ödəyir. Ödənilən aliment məbləği azdır, uşağın gündəlik ehtiyaclarını qarşılamır. Belə olan halda əlavə pul xərcləyir, maddi vəziyyəti pisləşir. Özü iş tapa bilmədiyindən işləmir. Məlumatı var ki, cavabdeh xırdabuynuzlu heyvan otarır, qazancı çox olur. Cavabdeh hərdən 90 manat alimentdən əlavə təxminən 10-15 manat dəyərində ərzaq alır. Cavabdehin əlavə pul xərcləməsini istəmir, alimentin artırılmasını istəyir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Uşağın saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh x6 iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 18 aprel 2008-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından İlkin adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah pozulmuş, İlkin iddiaçının yanında saxlanılmışdır. İlkinin saxlanılması üçün Culfa Rayon Məhkəməsinin 2(089)-294/2016 nömrəli, 17 noyabr 2016-cı il tarixli qətnaməsi ilə 90 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hər ay 90 manat aliment məbləğini ödəyir. Xırdabuynuzlu heyvan növbəsinə gedir, qazancı azdır, qış aylarında qazancı çox az olur. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur, hər ay 120 manat aliment ödəyə bilər. İş materiallarında olan- 202841 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, x6 və İddiaçı aralarında olan nikah ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 21 yanvar 2020-ci il tarixdə 01 nömrə ilə qeyd edilmiş, kişiyə Allahverdiyev, qadına Kərimova soyadları verilmişdir. 334367 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 11 oktyabr 2009-cu il tarixdə x8 doğulmuş, atası x6, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 2(089)-294/2016 nömrəli, 17 noyabr 2016-cı il tarixli qətnamənin surətindən görünür ki, x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin x2 alınıb İddiaçı verilməsi qət edilmişdir. Culfa rayon İH-in Yaycı kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 530 nömrəli, 08 iyun 2020-ci il tarixli arayışdan görünür ki, x1 rayonunun Yaycı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 294/2016 nömrəli, 17 noyabr 2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 90 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, cavabdeh hər ay uşağın saxlanması üçün iddiaçıya 90 manat aliment ödəmiş, lakin iddiaçının bildirdiyinə görə cavabdeh hazırda xırdabuynuzlu heyvan otarır, qazancı çoxdur. İddiaçı aliment miqdarının artırılaraq 170 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh izahatında 120 manat məbləğində aliment ödəyə biləcəyini bildirir. Məhkəmə hesab edir ki, qazancının olub-olmamasından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Cavabdehin qazancı barədə məlumat olmadığından, alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın hazırda iddiaçının yanında yaşamasını, uşağın gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur və cavabdeh Asəf Allahverdiyevdən uşağın saxlanması üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 170 manat yaşayış minimumunun yarıdan çox hissəsini, yəni 130 manatın sabit pul məbləğində aliment kimi məqsədəuyğun hesab etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 20 manat dövlət rüsumu cavabdeh A.Allahverdiyevdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli, 2(089)-294/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. x2 11 oktyabr 2009-cu il tarixdə doğulmuş x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. x2 20 manat alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar