Məhkəmə qərarları › İş №2(089)-119/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-119/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-119/2024 07.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-153/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 21 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Culfa rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(089)-153/2017 saylı qətnaməsi ilə cavabdeh X3 ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından 21 fevral 2014-cü il tarixdə doğulmuş X4 onun yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Sonra alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, tərəflər alimentin miqdarının dəyişdirilməsini tələb etmək hüququna malikdir. Belə ki, qətnamə çıxarıldıqdan sonra ötən müddət ərzində uşaq böyümüş, məktəblidir. Onun məktəbli forması, dərs ləvazimatları, digər geyim və s. ilə təmin olunması, ərzaq təminatı xərcləri və digər tələbatları artmışdır. Dünyada gedən məlum proseslərlə bağlı məhsul və xidmətlərdə kəskin qiymət artımı olmuşdur. Həmçinin uşaqlar üçün yaşayış minimumu artırılmışdır. 2017-ci ildə təyin olunmuş 90 manat alimentlə uşağın artan tələbatını ödəyə bilmir, çətinlik çəkir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçı qızıdır. Culfa Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(089)-153/2017 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh arasında olan nikah pozulmuş, 21 fevral 2014-cü il tarixdə doğulmuş X7 yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq İlahəyə verilməsi qət olunmuşdur. Alimentin müəyyən edilməsindən yeddi il keçir. İddiaçı bu müddət ərzində alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh isə 90 manat aliment ödəməklə vəzifəsini bitmiş hesab etmişdir. Uşağın 10 yaşı var, üçüncü sinifdə orta təhsil alır. Zaman keçdikcə uşaq böyüyür, ehtiyacları artır. Ərzaq və digər əşyaların qiyməti kəskin artmışdır. Həmçinin uşaqlar üçün yaşayış minimumu da artırılmışdır. 90 manat alimentlə uşağın artan tələbatını ödəmək mümkün deyil. Cavabdeh Bakı şəhərində yaşayır, işləyir, qazancı var, cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. İddia ərizəsində alimentin 235 manat müəyyən edilməsi xahiş edilsə də, iddianın qismən təmin edilməsinə, 170 manat aliment müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 077753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 fevral 2014-cü il tarixdə X4 doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X8 qeyd edilmişdir. 348 nömrəli, 09 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Culfa Rayon Məhkəməsinin 2(089)-153/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 21 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb X8na verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-153/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, 21 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2017-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, hazırda uşağın 10 yaşı var, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda uşağı saxlayan, onun qayğısını çəkən ananın, Nümayəndə maddi vəziyyəti pisləşir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin xəstə olması, əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşağın zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşağın 10 yaşının olmasını, uşaq böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcminin artmasını nəzərə alaraq hesab edir ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini, yəni 170 manatı cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, 50 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ... ilkin mediasiya sesssiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediator tərəfindən təqdim edilmiş arayışa, həmçinin məhkəməyə cavabdeh tərəfindən ilkin mediasiya sessiyasında üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. 18 yanvar 2024-cü il tarixli, MŞN24C00008 nömrəli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 50 manat mediasiya xərcini ödənilmişdir. Odur ki, iddiaçı tərəfində ilkin mediasiya sessiyasında çəkdiyi xərci cavabdeh ona ödəməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-153/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 21 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar