Məhkəmə qərarları › İş №2(089)-132/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-132/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-132/2020 04.08.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqveriyev Tural Ziyad oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi, sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-140/2013 nömrəli, xx xxxxxx 2013-ci il tarixli məhkəmə əmri il müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh hər ay bir uşaq üçün 80 manat olmaqla iki uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehoğlu ilə xx xxxxxx 2006-ci il tarixdə nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.xx xxxxxx 2008-ci il tarixdə X3 və xx xxxx 2010-cu il tarixdə X8 adlı iki övladları doğulmuşdur. Culfa Rayon Məhkəməinin xx xxxxxx 2013-cü il tarixli 2(089)-140/2013 nömrəli əmri ilə Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdehin ödədiyi aliment uşaqlarının saxlanılmaı üçün çətinlik törədir çünki övladları məktəblidir və böyüdükcə ehtiyacları artıır və uşaqların ehtiyacın ödəyə bilmir.Bildiyinə görə cavabdeh Bakı şəhərində qaynaqçı işləyir və qazancı çoxdur. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Culfa Rayon Məhkəməsinin 2(089)-140/2013 nömrəli, xx xxxxxx 2013-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh 160 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdeh V.Quliyevvin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 175718 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx xxxxxx 2006-cı ildə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydlərində 22 nömrə ilə qeyd edilmişdir. 331526 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxx 2008-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X5 qeyd edilmişdir. 504490 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxx 2010-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. ******** nömrəli Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Əlmardan qızı xx xxxx 1987-ci ildə Culfa rayon Yaycı kəndində doğulmuş və Culfa rayon Yaycı kəndində yaşayır. Culfa Rayon Məhkəməsinin 2(089)-140/2013 nömrəli, xx xxxxxx 2013-cü il tarixli məhkəmə əmrinin surtindən görünür ki, . xx xxxxxx 2008-ci il tarixdə X3 və xx xxxx 2010cu il tarixdə X4yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimet müəyyən edilmişdir. 547 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Culfa rayon Bənəniyar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2013-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhərində yaşayır, işləyir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə məlumatın olmaması aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır və bu Ailə Məcəlləsinin 78.1-ci maddəsinin göstərişinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2020-cu ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin 70 manatını cəm olaraq isə 140 manatını cavabdeh iddiaçıya aliment olaraq ödəməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə aliment miqdarını müəyyən edərkən, cavabdehin İddiaçı ilə ailə qurmasını, onların iki uşaqlarının olmasını nəzərə almışdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən, doğum haqqında tibbi şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında xx xxxxxx 2013-ci il tarixdə nikah bağlanmış, xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2010-cu il tarixdə X8 doğulmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin Culfa Rayon Məhkəməsinin 2(089)-140/2013 nömrəli, xx xxxxxx 2013-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 manat məbləğində aliment alınıb E.Əlmardanovaya verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-140/2013 nömrəli, xx xxxxxx 2013-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay bir uşaq üçün 70 (yetmiş) manat cəm olaraq 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxx 2008-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X2 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar