Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-134/2020 12.08.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx xxxxx 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 170 manat olmaqla hər ay Cavabdeh aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə xx xxxxxx 1998-ci ildə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar.Birgə nikahdan xx xxxxxx 1999-cu ildə doğulmuş X4 və xx xxxxx 2004cü ildə X6 doğulmuşdur.Ü.Caməmmədova yetkinlik yaşına çatmışdır.Cavabdehlə nikahları Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş, xx xxxxx 2004-cü ildə X6 onun yanında saxlanılmış və 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.İddiaçı heç yerdə işləmədiyindən uşağın saxlanılmasında çətinlik çəkir.100 manat aliment uşağın ehtiyacını qarşılamır. Cavabdeh təkcə alimenti ödəməklə kifayyətlənir, uşağın digər ehtiyaclarının qarşılanmasında Cavabdeh maddi vəziyyəti yaxşıdır. İddiaçı Culfa Rayon Məhkəməsinin 2(089)-12/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək xx xxxxx 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 170 manat olmaqla hər ay Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 202784 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx xxxxx 2019-cu il tarixdə pozulmuş, bu barədə nikahın pozulmas haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. 382941 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2004-cü il tarixdə X7 doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixli, D76 nömrəli arayışdan görünür ki, X1 rayon Göydərə kəndində yaşayır. xx xxxx 2020-ci il tarixli, D76 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayon Göydərə kəndində yaşayır. Məhkəmə iddiaçının izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(089)-12/2019 nömrəli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, xx xxxxx 2004-cü il tarixdə X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideyinin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2020-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Həmçinin uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı da artır, uşaqları saxlayan, onların qayğısını çəkən ananın, iddiaçının maddi vəziyyəti isə pisləşir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu bir uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə həmin məbləğin təxminən yarısını uşağını saxlamaq üçün iddiaçıya aliment olaraq ödəyir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabər olduğundan uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği də tərəflər bərabər ödəməyə borcludurlar. Məhkəmə uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin İddiaçı üzərinə düşməsi iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, yaşayış minimumu kimi müəyyən edilən məbləğin, 170 manatın yarısından çoxunu-150 manatını bir uşaq üçün cavabdeh aliment olaraq iddiaçıya ödəməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(089)-12/2019 nömrəli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, xx xxxxx 2004-cü il tarixdə X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iş üzrə 30 manat məbləğində ödənilməli dövlət rüsumu müəyyən olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(089)-12/2019 nömrəli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxx 2004-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-134/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-134/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver