Məhkəmə qərarları › İş №2(089)-135/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-135/2025

13.03.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-135/2025 13.03.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, Tələbkar Borclu qarşı alimentin alınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: Tələbkar alimentin alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 04 dekabr 2011ci il tarixdə doğulmuş X2 və 09 avqust 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 2011-ci ildə nikah qeydiyyatından keçərək, ailə qurmuşlar. 2019-cu ildə Borclu iddiası əsasında Culfa Rayon Məhkəməsində aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından 04 dekabr 2011-ci il tarixdə X2 və 09 avqust 2013-cü il tarixdə X3 doğulmuşdur. 01 aprel 2021-ci il tarixdə Borclu ilə Culfa Rayon Qeydiyyat Şöbəsində təkrar nikaha daxil olmuşlar. Borclula bir neçə ay olar ayrı yaşayırlar. Borclu Culfa şəhərində yerləşən hərbi hissədə MAXE vəzifəsində işləyir. Uşaqlarının saxlanılması üçün ona maddi köməklik göstərmir. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Borclu əmək haqqısı barədə məhkəməyə sübut təqdim edə bilmir. İş materiallarında olan:- 667851 və 858116 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 04 dekabr 2011-ci il tarixdə X2, 09 avqust 2013-cü il tarixdə X3 doğulmuş, uşaqların atası Borclu, anası Tələbkardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbkarın tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Odur ki, alimentin tutulması 13 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən Tələbkar həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq borcludan tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmretdim: xx xxxxxx 1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq, 04 dekabr 2011-ci il tarixdə doğulmuş X2 və 09 avqust 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar verilsin. Alimentin tutulması 13 mart 2025-ci il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu 100 manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar