Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-144/2021 01.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkili X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 1840 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1870 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 14 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1800 manat pulun, 300 manat vəkilə göstərdiyi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2130 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilmiş, İddiaçı Cavabdeh 1800 manat pulun, 300 manat vəkilə göstərdiyi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə tələbinə baxılmışdır. 16 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Şərur rayonunun Püsyan kəndində yaşayır, təsərrüfatla məşğul olur, camış saxlayır. Cavabdeh dostu İlqarın vasitəçiliyi ilə tanımışdır. 2020-ci ilin dekabr ayında dostu İlqara bir baş camışı (Avara) olduğunu, satmaq istədiyini bildirmiş, İlqar ona “burada camış ətini satmaq çətindir, mənim dostum var, ona verək, satsın, pulunu versin” demişdir. İlqar Səbuhiyə zəng etmiş, vəziyyəti ona bildirmiş, Səbuhi “camışı gətirin, Culfa rayonunun Gülüstan kəndinə” demişdir. Həmin gün İlqarın maşını ilə camışı Gülüstan kəndinə gətirmiş, camışı Səbuhiyə təhvil vermişdir. İlqarla araladında danışıq olmuşdur ki, camışı satacaq, bir ay ərzində ona 1000 manat pul verəcək. Səbuhi bir ay sonra pulu verməmiş, təxminən iki ay sonra ona daysı oğlu Əli ilə 200 manat pul göndərmiş, 800 manat qalmışdır. Səbuhi ona telefonda 400 manat pul göndərdiyini deməmişdir. Cavabdeh bu günədək 800 manatı ona verməmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, 2021-ci ilin fevral ayında Cavabdeh İlham adlı qəssəblə fermaya gəlmiş, bir baş camış almaq istədiyini bildirmişdir. Səbuhidən ona olan 800 manat borcunu istəməmiş, yəqin ki, borcunu verər deyə düşünmüşdür. Səbuhi ondan bir baş camış almış, 1000 manata razılaşmışlar. Camışı kəsmiş, sonra camışın ətinin xoşuna gəlmədiyini, arıq olduğunu, ətini sümükdən ayırıb götürəcəyini bildirmişdir. Səbuhi ilə razılaşmış, Səbuhi camışın ətini sümükdən ayırmış, 36-37 kq ət olmuş, bir kq əti 4 manata razılaşmış, Səbuhi ona 148 manat pul verməli olmuşdur. Səbuhi bu günədək ona pulu verməmişdir. İddiaçı izahatına onu da əlavə etmişdir ki, Səbuhiyə iki baş camış satmış, hər bir baş camışı 1000 manata razılaşmışlar. Səbuhi ona cəmi 200 manat pul vermiş, 1800 manat pulun alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili nümayəndəsi X5 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müxtəlif vaxtlarda cavabdehə bir baş 1000 manat olamaqla, 2 baş camış satmışdır. Cavabdeh iddiaçıya bu günədək 200 manat pul vermiş, 1800 manat borcu var. Cavabdeh iddiaçıya olan 1800 manat pul borcunu vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, 300 manat vəkil xərci, 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçının vəkili nümayəndəsi X5 izahatında onu da bildirmişdir ki, cavabdeh iddiaçıya verilməsi üçün 400 manat məbləğində pul göndərdiyini bildirsə də, bunu sübut edə bilməmişdir. İddiaçı cavabdehin ona 200 manat pul göndərdiyini, 1800 manat borcunun olduğuni bildirmişir. Cavabdeh 1800 manat pulun, 300 manat vəkilə göstərdiyi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2130 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh Yaqub oğlu iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Gülüstan kəndində yaşayır, qəssəb işləyir. İddiaçı əvvəllər tanımamışdır. Şərur rayonunun Kosalar kəndində yaşayan, təsərrüfatla məşğul olan İlqar adlı şəxsin vasitəçiliyi ilə onu tanımışdır. İlqardan bir neçə dəfə iribuynuzlu heyvan almış, satmış, aralarında hər hansı bir narazılıq olmamışdır. İlqar təxminən 2020-ci ilin dekabr ayında ona zəng etmiş, Vahid adlı şəxsin bir baş camışının olduğunu, satmaq istədiyini bildirmiş, ona camışı Gülüstan kəndinə gətirmələrini bildirmişdir. Vahidlə telefonda razılaşmaları olmamışdır. İlqar və Vahid həmin gün camışı Gülüstan kəndində gətirmişlər. Vahidlə camışın qiymətini 500 manata razılaşmışlar. Ona camışı kəsib satacağını, sonra 500 manatı verəcəyini bildirmişdir. Tarıxini dəqiq xatırlamır, Vahidlə danışmış, 400 manat pul göndərmək istədiyini bildirmiş, Vahid 400 manatı Culfa şəhərində aptek işlədən Rəşad adlı şəxsə verməsini demiş, 400 manatı Rəşada vermişdir. Bir neçə gün sonra Vahidlə danışmış, Vahid ona 400 manatı aldığını bildirmişdir. Vahiddən ilk olaraq aldığı bir baş camışın qiymətindən 100 manat borcu var. Cavabdeh Yaqub oğlu izahatında onu da bildirmişdir ki, təxminən 2021-ci ilin mart ayında Vahid ona zəng etmiş, “bir baş camışım var onu rədd etmək lazımdır” demişdir. Öz şəxsi maşını ilə Püsyan kəndinə getmiş, camışa baxmış, camışın arıq olduğunu, onu sata bilməyəcəyini, satılası ətin olmadığını demişdir. Vahid ona “bir təhər et, apar” demiş, Vahidə malı apara bilməyəcəyini bildirmişdir. Vahid camışı kəs, ətini sümükdən ayır apar demiş, razılaşmışlar. Camışı kəsmiş, ətini sümükdən ayırmış, 34 kq ət olmuş, bir kq əti 4 manata razılaşmışlar. İkinci maldan Vahidə 148 manat, cəmi 248 manat borcu var. İddia qismən əsaslıdır, qanuni qərar qəbul edilməsini xahiş edir. 14 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı təklifi əsasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Şərur rayonunun Kosalar kəndində yaşayır, təsərrüfatla məşğul olur. Tərəfləri təxminən 7-8 il olar ki, tanıyır. Cavabdeh ondan bir neçə dəfə iribuynuzlu heyvan almış, aralarında hər hansı bir narazılıq olmamışdır. Bəzi vaxtlar malı özü maşını ilə Gülüstan kəndinə gətirmişdir. İddiaçı qardaşı ilə dostdur. Vahid təxminən 2020-ci ilin dekabr ayında ona bir baş camışının olduğunu, satmaq istədiyini bildirmişdir. Vahidin yanında Səbuhiyə zəng etmiş, vəziyyəti ona bildirmiş, Səbuhi ona camışı Gülüstan kəndinə gətirmələrini bildirmişdir. Səbuhi və Vahid arasında telefon danışığı, razılaşma olmamışdır. Vahidlə birlikdə həmin gün camışı özünə məxsus olan Qazel markalı maşınla Gülüstan kəndində gətirmişlər. Vahidlə Səbuhi danışmış, camışın qiymətini 500 manata razılaşmışlar. Səbuhi 500 manatı bir ay ərzində verəcəyini bildirmişdir. 3-4 ay ərzində Səbuhi Vahidə 500 manatı veməmişdir. Sonra ona məlum olmuşdur ki, Səbuhi Vahidə 200 manat pul vermiş, 300 manat borcu qalmşdır. Bu barədə ona Vahid bildirmişdir. 14 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh təklifi əsasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır. Culfa şəhərində əczəxanada satıcı işləyir. İddiaçı tanımır, Səburi Rzayevi tanıyır, onunla şəxsi münasibəti yoxdur. Tarixini dəqiq xatırlamadığı vaxtda Cavabdeh ona təxminən 200- 300 manat pul vermiş, ondan götürəcəklərini bildirmişdir. Əli adlı şəxs ondan pulu götürmüşdür. Şahid R.Hüseynov onu da bildirmişdir ki, Cavabdeh ona verdiyi pulu sayıb götürmüş, sayıb Əli adlı şəxsə vermiş, lakin hazırda pulun nə qədər olmasını xatırlamır. Ona başqa şəxsə verməsi üçün çox şəxs pul verir. Bu barədə hansına kitabda qeydiyyat aparmır. 01 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh təklifi əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Naxçıvan şəhərində yaşayır, əczaçılıq sektorunda menecer işləyir, əsas vəzifəsi dərmanların tanıtımından ibarətdir. İddiaçı bibisinin oğludur, Cavabdeh tanımır. Tarixini dəqiq xatırlamır, Vahid ona “Culfada qəssəb var, mənə pul borcludur. Culfa şəhərində olan aptekə versin, gedəndə pulu mənə gətir” demiş, lakin qəssəbın kim olmasını, nə qədər pul verəcəyini ona deməmiş, özü qəssəblə telefonda danışmamış, Vahidə pulu götürəcəyinə söz vermişdir. Culfa şəhərində əczəxana işlədən Rəşad adlı şəxsi 14 ildir ki, tanıyır. Əczəxanaya gələn zaman ona qəssəbin pul verdiyini, pulu götürəcəyini bildirmiş, Rəşad ona 4 ədəd 50 manatlıq əskinas sayıb vermişdir. Bir neçə gün sonra 200 manatı Vahidə vermiş, Vahid pulu saymış, qəssəbin ona 400 manat pul göndərəcəyini bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə tərəflərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 448 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şərur rayonunun Püsyan kəndində yaşayır, təsərrüfatla məşğul olur, camış saxlayır. Cavabdeh dostu İlqarın vasitəçiliyi ilə tanımışdır. 2020-ci ilin dekabr ayında İlqara bir baş camışı (Avara) olduğunu, satmaq istədiyini bildirmiş, İlqar Səbuhiyə zəng etmiş, vəziyyəti ona bildirmiş, Səbuhi camışı Culfa rayonunun Gülüstan kəndinə gətirmələrini demiş, camışı Gülüstan kəndinə gətirmiş, camışı Səbuhiyə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində, izahatında bir baş camışı cavabdehə 1000 manata satmasını, bu barədə aralarında razılaşma olduğunu bildirsə də, cavabdeh iddiaçı ilə aralarında bir baş camışı 500 manata razılaşdıqlarını bildirmiş, iddiaçının yaxını olan İlqar adlı şəxsin şahid olduğunu qeyd etmişdiur. Məhkəmə araşdırması zamanı İlqar Tağıyev tərəflərin bir baş camışı 500 manata satmaq və almaq, 500 manatın bir ay müddətində veriləcəyi barədə razılığa gəldiklərinin şahidi olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin ona 200 manat pul göndərdiyini bildirsə də, cavabdeh 400 manat pul göndərdiyini bildirmiş, lakin iddiaçıya 400 manat pul göndərdiyini sübut edə bilməmişdir. Məhkəməyə dəvət edilmiş şahid R.Hüseynov Cavabdeh ona başqa şəxsə verməsi üçün neçə manat verməsini xatırlamadığını bildirmişdir. R.Hüseynovun Cavabdeh ona verdiyi pulu iddiaçının dayısı oğlu Əli adlı şəxsə təqdim etdiyini bildirmiş, məhkəmə iclasında ifadə vermiş Şahid isə R.Hüseynovdan Vahidə verməsi üçün 200 manat, 4 ədəd 50 manatlıq əskinas aldığını və Vahidə verdiyini bildirmişdir. Həmçinin məkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ilin fevral ayında iddiaçı cavabdehə zəng etmiş, “bir baş camışım var onu rədd etmək lazımdır” demiş, cavabdeh Püsyan kəndinə getmiş, camışa baxmış, camışın arıq olduğunu, onu sata bilməyəcəyini, satılası ətin olmadığını demiş, Vahid ona “bir təhər et, apar” demiş, Vahidə malı apara bilməyəcəyini bildirmiş, Vahid camışı kəs, ətini sümükdən ayır apar demiş, cavabdeh camışı kəsmiş, ətini sümükdən ayırmış, 34 kq ət olmuş, bir kq əti 4 manata razılaşmışlar. Qeyd edilənləri cavabdeh izahatında bildirmiş, iddiaçı iddia ərizsində qeyd edilənlərin əksini, yəni cavabdehə bir baş camışı 1000 manata satdığını bildirsə də, məhkəmə iclasında həqiqətən də cavabdehlə cavabdehin bildirdiyi kimi, yəni 34 kq sümüksüz əti 4 mananata razılaşdıqlarını bildirmişdir ki, qeyd edilən ətin dəyəri də 148 manat edir. Qeyd edilənlərədən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında 2020-ci ilin dekabr ayı və 2021-ci ilin fevral ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı 2020-ci ilin dekabr ayında cavabdehə 500 manat dəyərində bir baş camış, 2021-ci ilin fevral ayında 34 kq sümüksüz əti 148 manata satmış, cavabdeh iddiaçıya 648 manat pul verəcəyini öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, iddiaçıya 200 manat pul vermiş, cəmi 448 manat borcu qalmışdır ki, həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda göstərilən qanunvericilik normalarının məna və mahiyyəti baxımışndan da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə İddiaçı 30 manat məbləğində ödədiyi dövlət qüsumunun Cavabdeh alınıb ona verilməsi tələbinə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 24.8%-i, yəni 7.44 manat cavabdehdən alınıb iddiaçıya verilməli, ödənilmiş dovlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı vəkilin göstərdiyi hüquqi yarıma görə çəkdiyi xərcin, 300 manatın Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının vəkilə göstərdiyi hüquqi yardıma görə ödədiyi məbləğdən 100 manat cavabdehdən alınıb iddiaçıya veriməlidir. Belə ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 448 manat borc, 100 manat vəkilin göstərdiyi yardıma görə ödənilmiş pul, 30 manat ödənilmiş dövlət rüsumunun 7.44 manat hissəsi, cəmi 555.44 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. 30 manat ödənilmiş dövlət rüsumunun 22.56 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-144/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-144/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver