Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-145/2021 10.06.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, Tələbkar Borclu qarşı alimentin alınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Tələbkar alimentin alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 02 avqust 2019cu il tarixdə doğulmuş X3 və 20 fevral 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay qazancının (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 2018-ci ilin fevral ayında ailə qurmuşlar. Nikahları 07 noyabr 2018-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından 02 avqust 2019-cu il tarixdə X3 və 20 fevral 2021-ci il tarixdə X4 doğulmuşdur. Borclu uşaqların saxlanması üçün ona maddi köməklik etmir. Uşaqların ehtiyaclarını qarşılanmaqda çətinlik çəkir. Borclu N nömrəli hərbi hissədə xidmət edir. İş materiallarında olan:- Culfa rayon Qeydiyyat şöbəsindən verilmiş çıxarışdan görünür ki, Borclu oğlu və Tələbkar arasında nikah 07 noyabr 2018-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir. 167211 və 625773 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 09 mart 2009-cu il tarixdə, X2 02 avqust 2019-cu il tarixdə, X3 20 fevral 2021-ci il tarixdə doğulmuş, uşaqların atası Borclu, anası Tələbkardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Tələbkar tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Odur ki, alimentin tutulması 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumu Borclu oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən Tələbkar həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: xx xxxxxx 1993-cü il tarixdə Samux rayonunun Zazalı kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissədə xidmət edən Borclu hər ay qazancının başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq 02 avqust 2019-cu il tarixdə doğulmuş X3 və 20 fevral 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 2 ünvanında yaşayan Tələbkar verilsin. Alimentin tutulması 10 iyun 2021-ci il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu 20 manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-145/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-145/2021
10.06.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver