Məhkəmə qərarları › İş №2(089)-146/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-146/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-146/2021 15.09.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh

1. 13.06.2019-cu il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1236 manat ödənilməmiş hissə, 375 manat dəbbə pulu.

2. 07.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********72257 Samsung Galaxy A7 markalı telefon üçün 672 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu.

3. 04.02.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********30032 Samsung Galaxy A7 markalı telefon üçün 316 manat ödənilməmiş hissə, 99 dəbə pulu, ümumilikdə 2895 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telekom MMC-nin baş direktoru Həsən İsrafilzadə iddianı onunla əsaslandırmışdır ki, cavabdeh və "xxxx" MMC arasında 13.06.2019-cu il, 07.06.2019-cu il və 04.02.2019-cu il tarixli müqavilələr bağlanmış, müqavilələrə əsasən cavabdeh ABC Telekom MMC-dən Samsung markalı soyuducu, Samsung Galaxy A7 (İMEİ kod **********72257) və Samsung Galaxy A7 (İMEİ kod **********30032) markalı telefonlar almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 13.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1668 manat olan Soyuducu Samsung üçün 432 manat ödəniş etmiş, 1236 manat ödənilməmiş hissə, 375 manat dəbbə pulu, 07.06.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 846 manat olan Samsung Galaxy A7 markalı telefon üçün 174 manat ödəniş etmiş, 672 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu, 04.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 842 manat olan Samsung Galaxy A7 markalı telefon üçün 526 manat ödəniş etmiş 316 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu olaraq borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1132 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, "xxxx" MMC-in baş direktoru Həsən İsrafilzadə teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh.n iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarında olan- 04.02.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İMEİ kod **********30032 Samsung Galaxy A7 markalı telefon satılmışdır. 24 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 842 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 66 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 526 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 316 manat, dəbbə pulu 99 manat təşkil edir. 07.06.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İMEİ kod **********72257 Samsung Galaxy A7 markalı telefon satılmışdır. 24 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 846 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 47 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 174 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 672 manat, dəbbə pulu 197 manat təşkil edir. 13.06.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən R. Soyuducu Samsung satılmışdır. 24 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 1668 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 139 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 432 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1236 manat, dəbbə pulu 375 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə 06.01.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecişmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1% -i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Müqavilələrə əlavələrin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatı (200%) məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 04.02.2019-cu il tarixli, 00499890 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 05.03.2019-cu il tarixdən 05.02.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 66 manat olmaqla 12 ay müddətinə, 07.06.2019-cu il tarixli, 00707675 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 10.07.2019-cu il tarixdən 10.12.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 47 manat olmaqla 18 ay müddətinə, 13.06.2019-cu il tarixli, 00721373 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 25.07.2019-cu il tarixdən 25.06.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 139 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC və Cavabdeh arasında tərtib olunmuş 04.02.2019-cu il tarixli, 07.06.2019-cu il tarixli, 13.06.2019-cu il tarixli təhvil-təslim aktlarından müəyyən olunur ki, R.X2, İMEİ kod **********72257 Samsung Galaxy A7 və İMEİ kod **********30032 Samsung Galaxy A7 markalı telefonları tam qüsursuz halda təhvil almışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Cavabdeh və iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 04.02.2019-cu il, 07.06.2019-cu il, 13.06.2019-cu tarixli müqavilələrə əsasən Soyuducu Samsung, İMEİ kod **********72257 Samsung Galaxy A7 və İMEİ kod **********30032 Samsung Galaxy A7 markalı telefonlar almış, lakin müqavilə şərtlərini pozmuş, ödənişləri tam həyata keçirməmiş, müqavilələrdə müəyyən olunmuş vaxt və qaydalara əməl etməmişdir. İş materiallarından görünür ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən ona xəbərdarlıq edilmiş, ona edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04.02.2019-cu il, 07.06.2019-cu il və 13.06.2019-cu il tarixlərdə müqavilə bağlanmış və cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun, penyanın hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən gecikdirilmiş vaxt üçün hər növbəti təqvim gününə hesablanmış 1 faiz penya tələbi qanunvericiliyə uyğundur. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 3.356 manat məbləğində əmlak vermiş, cavabdeh isə ümumi məbləğin 1132 manatını ödəmişdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və təsdiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 04.02.2019-cu il tarixli, 00499890 nömrəli müqavilə üzrə 316 manat borc, 99 manat dəbbə pulu, 07.06.2019-cu il tarixli, 00707675 nömrəli müqavilə üzrə 672 manat borc, 197 manat dəbbə pulu, 13.06.2019-cu il tarixli, 00721373 nömrəli müqavilə üzrə 1236 manat borc, 375 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 04.02.2019-cu il tarixli, 00499890 nömrəli müqavilə üzrə 316 manat əsas borc, 99 manat dəbbə pulu, 07.06.2019-cu il tarixli, 00707675 nömrəli müqavilə üzrə 672 manat əsas borc, 197 manat dəbbə pulu, 13.06.2019-cu il tarixli, 00721373 nömrəli müqavilə üzrə 1236 manat borc, 375 manat dəbbə pulu, cəmi 2895 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar