Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-153/2021 10.09.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin sədri əvəzi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh oğlundan
1. 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********62704 X5 8 markalı telefon üçün 359 (üç yüz əlli doqquz) manat ödənilməmiş hissə, 109 (yüz doqquz) manat dəbbə.
2. 01.02.2020-ci il (tarixli müqaviləsinə əsasən. İMEİ kod **********34187 BQ markalı telefon üçün 188.8 (yüz səksən səkkiz manat səksən qəpik ) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə
3. 04.02.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ kod **********43583 Samsung Galaxy A80 markalı telefon üçün 1495,2 (min dörd yüz. doxsan beş, iyirmi qəpik ) manat ödənilməmiş hissə, 446 (dörd yüz qırx altı) manat dəbbə.
4. 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1474.2 (min dörd yüz yetmiş dörd, iyirmi qəpik) manat ödənilməmiş hissə, 389 (üç yüz səksən doqquz) manat dəbbə.
5. Ümumilikdə 4518.2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh oğlundan alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 16.11.2019-cu il, 01.02.2020-ci il, 04.02.2020-ci il və 22.01.2020-cu il tarixli müqavilələrə əsasən, 1)- İMEİ kod **********62704 X5 8 markalı telefon 2)- İMEİ kod **********34187 BQ markalı telefon 3)- İMEİ kod **********43583 Samsung Galaxy A80 markalı telefon 4)- Samsung LED TV almış və nəticədə 4518.2 manat borc yaranmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin cəmi ödədiyi məbləğ 511 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecişmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1% -i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.İddiaçı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ABC Telekom MMC-in Baş direktoru X1 teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 16.11.2019-cu il tarixli, 01055466 saylı müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, E. X4 Note 8 markalı telefon satılmışdır. 18.09.2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 624 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 52 manat müəyyən edilmiş və 359 manat ödənilməmiş hissə, dəbbə pulu 109 manat təşkil edir. 01.02.2020-ci il tarixli, 20073963 saylı müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, E. Şükürova İMEİ kod **********34187 BQ markalı telefon satılmışdır. 01.02.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 237.8 manat, ilkin ödəniş 28 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 19 manat müəyyən edilmiş 188.8 manat ödənilməmiş hissə, dəbbə pulu 57 manat təşkil edir. 04.02.2020-ci tarixli, 20078898 saylı müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, E. Şükürova Samsung Galaxy A80 markalı telefon satılmışdır. 04.02.2020-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 1692.2 manat, ilkin ödəniş 180 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 124.6 manat müəyyən edilmiş 1495,2 manat ödənilməmiş hissə, 446 manat dəbbə pulu təşkil edir. 22.01.2020-ci il tarixli, 20053023 saylı müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, E. Şükürova Samsung LED TV satılmışdır. 22.01.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 1474.2 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 81.9 manat müəyyən edilmiş və 1474.2 (min dörd yüz yetmiş dörd, iyirmi qəpik) manat ödənilməmiş hissə, 389 (üç yüz səksən doqquz) manat dəbbə pulu təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq , əlavə penya hesablanması barədə 14.08.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən rəsmi qaydada xəbərdarlıq edilmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecişmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1% -i həcmində mübahisəsiz olaraq penya ödəyir.Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16.11.2019-cu il, 01.02.2020-ci il, 04.02.2020-ci il və 22.01.2020-cu il tarixli müqavilələrə əsasən, 1)- İMEİ kod **********62704 X5 8 markalı telefon 2)- İMEİ kod **********34187 BQ markalı telefon 3)- İMEİ kod **********43583 Samsung Galaxy A80 markalı telefon 4)- Samsung LED TV almış və nəticədə ümumilikdə 4518.2 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 511 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən ona xəbərdarlıq edilmiş, ona edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından da göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16.11.2019-cu il, 01.02.2020-ci il, 04.02.2020-ci il və 22.01.2020-cu il tarixli müqavilələr bağlanmış və cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun, penyanın hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən gecikdirilmiş vaxt üçün hər növbəti təqvim gününə hesablanmış 1 faiz penya tələbi qanunvericiliyə uyğundur. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 4028.2 manat məbləğində əmlak vermiş, cavabdeh isə ümumi məbləğin 511 manatını ödəmişdır. İddiaçının tələb etdiyi 4518.2 manat pulun 3517.2 manatını əsas borc, 1001 manatını dəbbə pulu, 30 manatını isə ödənilmiş dövlət rüsumu təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 3517.2 manat əsas borc, əsas borca gecikdirilmiş vaxt üçün hər növbəti təqvim gününə hesablanmış 1001 manat dəbbə pulu, cəmi 4518.2 manat pul tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16.11.2019-cu il tarixli, 01055466 nömrəli müqavilə üzrə 359 manat borc, 109 manat dəbbə pulu, 01.02.2020-ci il tarixli, 20073963 nömrəli müqavilə üzrə 188.8 manat borc, 57 manat dəbbə pulu, 04.02.2020-ci il tarixli, 20078898 nömrəli müqavilə üzrə 1495.2 manat borc, 446 manat dəbbə pulu, 22.01.2020-ci il tarixli, 20053023 nömrəli müqavilə üzrə 1474.2 manat borc, 389 manat dəbbə pulu, ümumilikdə 4518.2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tural Haqverdiyev