Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-160/2021 29.07.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və Vəkil2, Cavabdeh, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 adına “Araz” Elmi İstehsalat birliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 7460 manat maddi ziyan, 400 manat vəkil xərci, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7890 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, qardaşı X4 ona məxsus olan Niva markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə 26 aprel 2021-ci il tarixdə “Təsərrüfat Bazası” adlanan istiqamətdə hərəkət edərkən, həmin yolun sağ tərəfində yerləşən “Su idarəsi” adlanan yerin ərazisindən çıxan Cavabdeh tərəfindən idarə olunan “Başak” markalı traktorla toqquşmuş, nəticədə Niva markalı avtomobilə 7460 manad məbləğində maddi zərər dəymişdir. Hadisədən sonra ilk olaraq hadisə yerinə Babək rayon Polis şöbəsinin, sonra isə Naxçıvan şəhər Pİ-nin Dövlət YP bölməsinin əməkdaşları gəlimşdir. Hadisə yerində heç bir rəsmləşdirmə aparılmamış, protokol və ya qərar qəbul edilməmişdir, hadisənin baş verməsində qardaşı Vüsal Bayramovun təqsirli olması bildirilmişdir. Ona məxsus olan Niva markalı avtomobil Naxçıvan şəhər Polis İdarəsinə aparılmış, traktor hadisə yerində qalmışdır. Hadisədən bir gün sonra atası traktoru təmir etmək üçün kran vasitəsinə “Su idarəsinin” həyətində yerləşən təmir sexinə aparmış, lakin traktoru təmir etdirməmişlər. Mülkiyyətində olan Niva markal avtomobil hazırda da polis idarəsinin həyətində saxlanılır. Hadisədən sonra avtomobilin Naxçıvan Şəhər Polis idarəsindən götürülməsi barədə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Əksinə ondan və qardaşından traktora dəymiş zərərin ödənilməsi tələb edilmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, hadisə baş verən zaman ona məxsus olan Niva markalı avtomovil sığortalı olmamış, qardaşı V.Bayramova avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Buna baxmayaraq hesab edir ki, hadisənin baş verməsində hər ikisinin, qardaşı V.Bayramovun və traktorun sürücüsü Cavabdeh təqsiri olmuşdur. Belə ki, Cavabdeh düzgün manevr etməmiş, qardaşı Vüsal Bayramovun idarə etdiyi Niva markalı avtomobilin qarşısına çıxmış, qardaşı əks istiqamətli hərəkət zolağına çıxmış, qəza baş vermiş, ona maddi zərər dəymiş, maddi zərərin cavabdehdən alınıb ona verilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Qardaşı V.Bayramov tam təqsiri olmadığı halda barəsində hadisədən sonra inzibati xəta haqqında protokol tərtib edilmiş, V.Bayramov protokolu imzalamaqdan imtina etmişdir. Protokol hadisə baş verən gün tərtib edilsəydi, qardaşı protokola imza edərdi, hadisədən çox sonra tərtib edilən protokola imza etməmişdir. Qardaşı V.Bayramov inzibati xəta haqqında protokoldan şikayət verməmişdir. Cavabdeh 7460 manat maddi ziyan, 400 manat vəkil xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 7890 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddianın əsaslı olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil2 iddianı müdafiə etmiş, iddianın əsaslı olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, 2014-cü ildən 03 may 2021-ci il tarixədək “Araz” Elmi İstehsalat birliyində traktorçu vəzifəsində işləmişdir. 16 aprel 2021-ci il tarixdə taxıl sahəsindən qayıdarkən, “Araz” Elmi İstehsalat birliyinin traktor parkına daxil olarkən əks istiqamətli hərəkət zolağında hərəkət edən Niva markalı avtomobil traktorla toqquşmuş, hadisə baş vermişdir. Hadisə yerinə əvvəl Babək rayon Polis şöbəsinin, sonra isə Naxçıvan şəhər Pİ-nin Dövlət YP bölməsinin əməkdaşları gəlmiş, hadisənin baş verdiyi yerdə ölçmə işləri aparmış, hadisənin baş verməsində təqsirli olan şəxsin Niva markalı avtomobilin sürücüsü V.Bayramovun olduğunu bildirmişlər. Hadisədən sonra özünü narahat hiss etdiyindən, V.Bayramovun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini bilməmişdir. Niva markalı avtomobil Polis İdarəsinin həyətinə aparılmış, traktor isə hadisə yerində qalmışdır. Hadisədən bir gün sonra hadisənin baş verməsində təqsirli olan V.Bayramovin atası traktoru təmir etmək üçün kran vasitəsinə “Su idarəsinin” həyətində yerləşən təmir sexinə aparmış, lakin traktoru təmir etdirməmişlər. Hesab edir ki, iddia əsassızdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında onu da bildirmişdir ki, yol nəqliyyat hadisəsi 26 aprel 2021-ci il tarixdə deyil, 16 aprel 2021-ci il tarixdə baş vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 adına “Araz” Elmi İstehsalat birliyinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, birliyin elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. Cavabdeh hadisə baş verən zaman idarə etdiyi və hadisə nəticəsində zərər dəymiş traktor “Araz” Elmi İstehsalat birliyinə məxsusdur. Hadisədən əvvəl, hadisə baş verən zaman traktorun sürücüsü Cavabdeh olmuşdur. 16 aprel 2021-ci il tarixdə baş verən yol nəqliyyat hadisəsindən sonra hadisə yerinə getmiş, hadisə yerinə Polis əməkdaşları da gəlmişlər. Polis əməkdaşları hadisə yerində ölçü işləri aparmış və hadisənin baş verməsində Niva markalı avtomışının sürücüsü V.Bayramovun təqsirli olması bildirılmişdir. Hadisə yerində inzibati xəta haqqında protokol tərtib edilib-edilməməsini xatırlamır, lakin məlumatı var ki, V.Bayramovun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin o, protokolu imzalamaqdan imtina etmişdir. X9 izahatında onu da bildirmişdir ki, hadisə həqiqətən də 26 aprel 2021-ci il tarixdə deyil, 16 aprel 2021-ci il tarixdə baş vermiş, inzibati xəta haqqında protokol da həmin tarixdə tərtib edilmişdir. İş materiallarında olan, verilən sorğuya cavabda hadisənin 26 aprel 2021-ci il tarixdə olmasının qeyd edilməsinin səbəbini bilmir. Hesab edir ki, sorğuya cavabda səhvən hadisənin baş vermə tarixi 26 aprel 2021-ci il tarix qeyd edilmişdir. İddia tamamilə əsassızdır. Məhkəmə iclasında iddiaçının təklifi əsasında şahid qismində izahat vermiş X4 izahatında bildirmişdir ki, 16 aprel 2021-ci il tarixdə, saat təxminən 15-16 radələrində qardaşına məxsus olan Niva markalı avtomaşınla Şıxmahmud kəndinə getmək üçün həyətdən çıxmış, avtomaşını idarə etməsi üçün etibarnamə olmamışdır. “Su idarəsi” adlanan binanın qarşısından, Şıxmahmud kəndi istiamətdə hərəkət edən zaman traktor yola çıxmış, ara məsafəsi təxminən 30 metr olmuşdur. Troktor sürücüsü traktoru ərazidə olan yol nişanlarına uyğun olaraq üçbucaq arlandırılan ərazinin ətrafında deyil, əks istiqamətli hərəkət zolağı ilə hərəkət etmiş, özü də Niva markalı avtomobillə əks istiqamətli hərəkət zolağı ilə, traktorun arxası ilə hərəkət etmiş, tarktor gözləmədiyi halda sola dönmüş, ara məsafəsi yaxın olduğundan traktorla toqquşmuş, traktor aşmışdır. Hadisənin baş verməsində özü və Cavabdeh təqsirlidir. Hadisədən sonra Niva markalı avtomobil Polis İdarəsinin həyətinə aparılmış, traktor isə hadisə yerində qalmışdır. Hadisədən bir gün sonra atası traktoru təmir etmək üçün kran vasitəsinə “Su idarəsinin” həyətində yerləşən təmir sexinə aparmış, lakin traktoru təmir etdirməmişlər. X4 izahatında onu da bildirmişdir ki, hadisə 26 aprel 2021-ci il tarixdə deyil, 16 aprel 2021-ci il tarixdə baş vermiş, inzibati xəta haqqında protokol hadisədən çox sonra tərtib edildiyindən protokolu imzalamamışdır. İş materiallarında olan- 045588 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İnzibati xəta haqqında AP seriyalı, ******* nömrəli protokoldan, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 16 aprel 2021-ci il tarixdə X4 VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməmiş, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 0873732 nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 29 mart 2003cü il tarixdən 03 may 2021-ci il tarixədək X13 birliyində işləmişdir. 020443 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Başak2073H nömrəli traktok Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı nazirliyi Akademik H.Əliyev adına “Araz” Elmi İstehsalat birliyinin mülkiyətindədir. 72 nömrəli, 02 iyun2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Culfa rayonunun Kırna kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Məhkəmə iddiaçının, iddiaçının vəkillərinin, cavabdehin, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümyəndəsinin, şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 aprel 2021-ci il tarixdə saat təxminən 15-16 radələrində “Su idarəsi” adlanan binanın yaxınlığında, Naxçıvan şəhəri-Şıxmahmud kəndi istiqamətdə Cavabdeh “Başak” markalı traktorla hərəkətdə olan zaman “Araz” X6 traktor parkına daxil olarkən, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatına düzgün əməl etməyən X3 idarə etdiyi, X1 mülkiyyətində olan VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Beləliklə İddiaçı 16 aprel 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan VAZ-21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Başak” markal traktora zərərin dəydiyi müəyyən olunsa da, yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri nəticəsində deyil, məhs iddiaçının qardaşı, VAZ- 21214 markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Vüsal Bayramovun təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəyməsi müəyyən edilmişdir. Belə olan halda iddiaçı Cavabdeh ona dəymiş maddi zərəri tələb edilə bilməz. 16 aprel 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin Vüsal Bayramovun təqsiri nəticəsində baş verməsi isə inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli protokol, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, V.Bayramovun yol nəqliyyat hadisəsinin baş verməsində onun və Cavabdeh təqsirli olmasını bildirməsi, hadisədən bir gün sonra V.Bayramovun atasının traktoru təmin etdirmək üçün təmir sexinə aparması ilə, iddiaçının “inzibati xəta haqqında protokol inzibati xəta hadisəsindən dərhal sonra tərtib edilsəydi, qardaşım protokolu imzalayardı. Sonra tərtib edilmiş protokolu imzalamamlıdır” kimi fikri ilə öz təsdiqini tapır. O ki, qaldı hadisənin hansı tarixdə baş verməsi ilə bağlı iddiaçının, vəkillərin bildirdiklərinə, məhkəmə araşdırması zamanı 16 aprel 2021-ci il tarxdə tərtib edilmiş inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli protokolla, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, cavabdehin, üçüncü şəxsin nümayəndəsinin, V.Bayramovun izahatlarından müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi 26 aprel 2021ci il tarixdə deyil, 16 aprel 2021-ci il tarxdə baş vermişdir ki, inzibati xəta haqqında protokol da 16 aprel 2021-ci il tarixdə tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun V.Bayramov təqəfindən imzalanmaması isə onu yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmasından və inzibati məsuliyyətdən azad etmir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə göstərilənlərə, yuxarıda qeyd edilmiş maddi hüquq nörmalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı zərərin Cavabdeh təqsirli hərəkəti nəticəsində dəyməsi sübut olunmadığından, yol nəqliyyat hadisəsinin baş verməsində V.Bayramovun təqsirli olması müəyyən edildiyindən, iddiaçının əmlakına dəymiş zərər Cavabdeh tələb edilə bilməz. Belə olan halda iddia rədd edilməlidir. Məhkəmə iddiaçının cavabdehdən 400 manat hüquqi yardımın göstərilməsi barədə tələbi ilə bağlı belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən həmin hissədə də iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının cavabdehdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tələb etməsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh qarşı 7460 manat dəymiş ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 400 manat vəkil xərci tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Mehrab Məmmədov .
Məhkəmə qərarları › İş №2(089)-160/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-160/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver