Məhkəmə qərarları › İş №2(089)-165/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-165/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-165/2020 13.11.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh

1. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2429 manat borc məbləği, 437 manat dəbbə pulu, cəmi 2866 manat.

2. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 349 manat borc məbləği, 73 manat dəbbə pulu, cəmi 422 manat.

3. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2600 manat borc məbləği, 594 manat dəbbə pulu, cəmi 3194 manat, ümumilikdə 6482 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6512 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxxxxxxxxx MMC-nin baş direktoru Həsən İsrafilzadə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG kondisioner, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV, Philips Blender, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********31518 olan X3 10 markalı telefon almış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilələrin şərtlərini pozmuş, nəticədə 6482 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1889 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xxxxxxxxxxx MMC-in baş direktoru Həsən İsrafilzadə teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər,məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olanxx.xx.2019-cu il tarixli, 00864544 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh LG A24CMH markalı kondisioner satılmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 2916 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 162 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 487 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 2429 manat, dəbbə pulu 437 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 00988922 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh HOFFMANN LED 32A3500 markalı TV, Philius HR2652/90 markalı blender satılmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 748 manat, ilkin ödəniş 16 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 61 manat müəyyən edilmiş və cavabdeh 748 manat əsas borcdan 399 manat ödəmiş, əsas borc 349 manat, dəbbə pulu 73 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 01016351 nömrəli müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh İMEİ kodu **********31518 olan X3 10 (SM-975) markalı telefon satılmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 2859 manat, ilkin ödəniş 219 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 220 manat müəyyən edilmiş və cavabdeh 2859 manat əsas borcdan 259 manatını ödəmiş, əsas borc 2600 manat, dəbbə pulu 594 manat təşkil edir. Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə xx xxx 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecişmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1% -i həcmində mübahisəsiz olaraq penya ödəyir.Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Müqavilələrə əlavələrin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. xxxxxxxxxxx MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00864544 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 162 manat olmaqla 18 ay müddətinə, xx.xx.2019-cu il tarixli, 00988922 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 61 manat olmaqla 12 ay müddətinə, xx.xx.2019-cu il tarixli, 01016351 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 220 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. xxxxxxxxxxx MMC və Cavabdeh arasında tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 4 illik yeni qızıl zəmanəti, xx xxxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh HOFFMANN LED 32A3500 markalı TV, 2 illik yeni qızıl zəmanəti, Philius HR2652/90 markalı blenderi, 2 illik yeni qızıl zəmanəti, xx xxxxxxx 2019-cu tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh İMEİ kodu **********31518 olan X3 10 (SM-975) markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə arasında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə əsasən LG kondisioner, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV, Philips Blender, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31518 olan X3 10 (SM-975) markalı telefon almış, lakin müqavilə şərtlərini pozmuş, ödənişləri tam həyata keçirməmiş, müqavilələrdə müəyyən olunmuş vaxt və qaydalara əməl etməmişdir. İş materiallarından görünür ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən ona xəbərdarlıq edilmiş, ona edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından da göründüyü kimi iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il,xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə müqavilə bağlanmış və cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorunisə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun, penyanın hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən gecikdirilmiş vaxt üçün hər növbəti təqvim gününə hesablanmış 1 faiz penya tələbi qanunvericiliyə uyğundur. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 6523 manat məbləğində əmlak vermiş, cavabdeh isə ümumi məbləğin 1145 manatını ödəmişdır. İddiaçının tələb etdiyi 6512 manat pulun 5378 manatını əsas borc, 1104 manatını dəbbə pulu, 30 manatını isə ödənilmiş dövlət rüsumu təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddiatəmin edilməli,Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə 5378 manat əsas borc, 1104 manat dəbbə pulu, cəmi 6482 manat pul tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh oğundan tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi İddiatəmin edilsin. Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə ümumilikdə 5378 manat əsas borc, 1104 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6512 (altı min beş yüz on iki ) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar