Məhkəmə qərarları › İş №2(089)-166/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-166/2021

07.07.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-166/2021 07.07.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, Tələbkar qızının Borclu oğluna qarşı alimentin alınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Tələbkar qızı alimentin alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 15 fevral 2013-cü il tarixdə doğulmuş X3, 30 noyabr 2015-ci il tarixdə doğulmuş X2 və 04 iyul 2017ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu oğlundan hər ay qazancının yarısı miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tələbkar qızı ərizəsini onunla əsaslandırmışdır ki, Borclu oğlu ilə 2011-ci ilin sentyabr ayında ailə qurmuşlar. Birgə nikahlarından 15 fevral 2013-cü il tarixdə X3, 30 noyabr 2015-ci il tarixdə X2 və 04 iyul 2017-ci il tarixdə X4 doğulmuşdur. İ.Bağırzadə N nömrəli hərbi hissədə xidmət edir, uşaqların maddi ehtiyaclarının qarşılanması üçün ona maddi köməklik etmir. İş materiallarında olan:- 602090 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Borclu oğlu və Tələbkar qızı arasında nikah 09 sentyabr 2011-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 125 nömrə ilə qeyd edilmişdir. 852891, 308392 və 752757 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 15 fevral 2013-cü il tarixdə X3, 30 noyabr 2015-ci il tarixdə X2 və 04 iyul 2017ci il tarixdə X4 doğulmuş, uşaqların atası Borclu oğlu, anası Tələbkar qızıdır. 0012153 nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Borclu hərbi qulluqçudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Tələbkar tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Odur ki, alimentin tutulması 07 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumu Borclu oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən Tələbkar qızı həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: xx xxxxxx 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissədə xidmət edən Borclu oğlundan hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq 15 fevral 2013-cü il tarixdə doğulmuş X3, 30 noyabr 2015-ci il tarixdə doğulmuş X2 və 04 iyul 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar qızına verilsin. Alimentin tutulması 07 iyul 2021-ci il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu oğlundan 20 manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar