Məhkəmə qərarları › İş №2(089)-172/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-172/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-172/2020 28.09.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 iclas katibliyi, iddiaçı X8 və Cavabdehiştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-118/2018 nömrəli, 06 noyabr2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2013-cü il tarixdə doğulmuş X9yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 170 manat olmaqla, hər ay 340 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X8 iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla xx xxxx 2007-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 2(089)- 118/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat olmaqla, 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh işləyir, qazancı çoxdur. Cavabdeh məhkəməyə 300 manat əməkhaqqı alması barədə arayış təqdim etsə də, bununla razılaşmır. Ona görə ki, o, xxxxxxxxxxxxxxxxxx MMC-dən 600 manatdan çox əməkhaqqı alır. Cavabdeh 200 manat aliment ödəməklə kifayətlənir, uşaqların saxlanması üçün ona əlavə maddi köməklik etmir. Özü Ərəzin kənd tam orta məktəbində X25 vəzifəsində işləyir, 287 manat əmək haqqı alır. Uşaqlar böyüyür, zaman keçdikcə gündəlik xərcləri də artır. Uşaqları 200 manat aliment məbləği ilə saxlaya, onların gündəlik ehtiyaclarını qarşılaya bilmir. Culfa Rayon Məhkəməsinin 2(089)-118/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh uşaqların saxlanması üçün bir uşaq üçün 170 manat olmaqla, hər ay 340 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdehiddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir, 300 manat əmək haqqı alır, əlavə qazancı yoxdur, uşaqların saxlanması üçün müəyyən olunmuş aliment məbləğini çətinliklə ödəyir, həmçinin X10 hər ay bir uşağının saxlanması üçün ödəməli olduğu 90 manat məbləğində aliment anasının pensiyasından ödənilir. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Bir uşağın saxlanması üçün 120 manat aliment ödəyə bilər. Onu da qeyd edir ki, özünün ehtiyaclarını qarşılamaq üçün pulu qalmır. Məhkəmədən qanuni qərar qəbul edilməsin xahiş edir. İş materiallarında olan- 170152 və 852983 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X11xx xxxxxxxx 2008-ci il tarixdə və X14 xx xxxxxx 2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında Cavabdeh, ana qrafasında X8 qeyd edilmişdir. Culfa rayon Əlincə kənd İƏD üzrə nümayəndəliyinin 97 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Culfa rayonunun Əlincə kəndində qeydiyyatdadır. Culfa Rayon Məhkəməsinin 2(089)-118/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X8 ilə Cavabdeh arasında Culfa rayon Əlincə kənd İƏD üzrə nümayəndəliyində xx xxxx 2007-ci il tarixdə bağlamış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2013-cü il tarixdə doğulmuş X3 Nahidə Zülfüqar qızının yanında saxlanılmış, Cavabdeh xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2013-cü il tarixdə doğulmuş X9yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Culfa rayon İcra və Probasiya bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 255158/2018-96-1-001 nömrəli arayışından müəyyən olunur ki,CavabdehCulfa Rayon Məhkəməsinin 2(089)-118/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən X6 iki uşağın saxlanması üçün 200 manat, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 763/2015 nömrəli, xx xxxxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən X10 bir uşağın saxlanması üçün 90 manat məbləğində aliment ödəyir, xx xxxxxxxx 2020-ci il tarixədək aliment borcu yoxdur. xxxxxxxxxxxxxxxxxx MMC-dən verilmiş 66 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X15 mütəxəssis vəzifəsində işləyir, aylıq əməkhaqqı 300 manat təşkil edir. Culfa rayon Təhsil şöbəsindən verilmiş 445 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 tam orta məktəbində X25 vəzifəsində işləyir, aylıq əməkhaqqı 287 manat təşkil edir. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-118/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2013-cü il tarixdə doğulmuş X9yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat məbləğində aliment alınaraq X6 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2018-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, hazırda uşaqların birinin 12, birinin isə 7 yaşı var, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda uşaqları saxlayan, onlarının qayğısını çəkən ananın, N.Məmmədovanınmaddi vəziyyəti pisləşir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh sağlamdır, hər hansı bir xəstəliyi yoxdur. Cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir, hər ay 300 manat əmək haqqı alır. İddiaçı cavabdehin qazancının çox olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqların birinin 12, birinin isə 7 yaşının olmasını, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcminin artmasını,Ş.X17 Məhkəməsinin 2(078)-763/2015 nömrəli, xx xxxxxxxx 2015-ci il tarixli icra sənədi üzrə bir uşağın saxlanması üçün X10 hər ay 90 manat sabit pul məbləğində aliment ödəməsini də nəzərə alır və belə nəticəyə gəlir ki, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin, 170 manatın yarıdan çox hissəsini, yəni 120 manatı cavabdeh bir uşaq üçün iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-118/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X11 və xx xxxxx 2013-cü il tarixdə doğulmuş X9yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat məbləğində aliment Cavabdeh alınaraq X6 verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar