Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-180/2021 13.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 qızının iclas katibliyi, İddiaçı və iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 3000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 3000 manat pulun, 200 manat vəkilə göstərdiyi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilmiş, İddiaçı Cavabdeh 3000 manat pulun, 200 manat vəkilə göstərdiyi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə tələbinə baxılmışdır. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Bənəniyar kəndində yaşayır, işləmir, 20 baş xırdabuynuzlu heyvanı var. Həmin heyvanları Culfa rayonunun Saltaq kənd sakini, Cavabdeh almışdır. Cavabdeh əvvəllər tanımamışdır. 2021-ci ilin mart ayında ətlik heyvan alıb saxlamaq məsədilə heyvan axtarmış, bibisi oğlu Amin Cavabdeh xırdabuynuzlu heyvan olduğunu ona demişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Saltaq kəndinə getmiş, Cavabdehla görüşmüş, 14-15 kq əti olan 20 baş xırdabuynuzlu heyvan almaq istədiyini bildirmişdir. Cavabdeh ona həyətində iki baş heyvan olduğunu bildirmiş, həmin heyvanları ona göstərmiş, “çöldə olan heyvanlarım da belə heyvanlardır” demiş, heyvanları bəyənmişdir. Cavabdehla bir baş heyvanı 155 manata razılaşmışlar. İki gün sonra Cavabdeh, bibisi oğlu Aminlə birlikdə heyvanların saxlanıldığı “Qaradaş” adlana əraziyə getmişlər. Cavabdeh həyətində olan iki baş heyvanı da dağa aparmış, məqsədi həmin heyvanların da dağda olan heyvanlarla birlikdə qalması və 10 gün sonra heyvanları Bənəniyar kəndinə gətirmək olmuşdur. 18 baş quzunu seçmiş, tanınması üçün rəngləmiş, heyvanlar çöldə qalmış, birlikdə kəndə qayıtmışlar. Cavabdeh 1750 dollar və 25 manat pul vermiş, 100 manat borcu qalmışdır. Təxminən 20 gün sonra cavabdeh ona zəg etmiş, heyvanları Saltaq kəndinə gətirməsini bildirmiş, Saltaq kənd sakinləri Yəhya və Məhərrəm adlı şəxslərlə birlikdə cavabdehin yaşadığı evə getmişlər. Cavabdeh evdə olmamış, heyvanlara baxmış, önün seçdiyi və rənglədiyi heyvanların olmadığını, arıq heyvanlar olduğunu görmüşdür. Yəhya və Məhərrəm də heyvanların 155 manat dəyərində heyvanlar olmadığını bildirmişlər. Cavabdehə zəng etmiş, gəlməsini bildirmiş, cavabdeh işinin olduğunu demişdir. Təxminən yarım saat sonra Bənəniyar kəndinə qayıtmış, heyvanları gətirməmiş, verdiyi pulu cavabdehdən istəmiş, cavabdeh pulu xərclədiyini bildirmişdir. Cavabdehin hərəkətləri barədə X11, Culfa rayon Polis şöbəsinə müraciət etmiş, mübahisənin həll ediləcəyi ona bildirilmiş, lakin mübahisə həll edilməmişdir. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərində gecə saatlarında cavabdeh 20 baş heyvanı onun yaşadığı evin həyətinə gətirmiş, heyvanları qəbul etməmiş, cavabdeh heyvanları zorla maşından həyətə tökmüş və getmişdir. 20 baş heyvan təxminən üç aydır ki, ondadır. Heyvanların vaxtında yemini, suyunu, dərmanını verir, heyvanlara baxması üçün bir neçə dəfə baytar həkim dəvət etmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, cavabdeh 20 baş xırdabuynuzlu heyvanı onun yaşadığı evin həyətinə gətirən zaman orada kimsə olmamış, qonşusu X6 çağırmış, ona heyvanları maşından yendirməsinə kömək etməsini xahiş etmiş, Eminin köməkliyi ilə heyvanları maşından yendirmiş, cavabdeh getmiş, hətta ona 100 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh 3000 manat pulun, 200 manat vəkilə ödədiyi xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X4 izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış şifahi alqı-stqı müqaviləsinə əsasən cavabdeh və iddiaçı bir baş 155 manat olmaqla, 14-15 kq əti olan 20 baş xırdabuynuzlu heyvan almaq barədə razılaşmışlar. Lakin cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozmuş, iddiaçıya diri çəkisi 14-15 kq olan heyvanları zorla vermişdir. İddiaçı bu barədə aidiyyəti orqanlara müraciət etmişdir. İddia tam əsaslıdır, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının təklifi əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Bənəniyar kəndində yaşayır, işləmir. İddiaçı qonşusudur, onu yaxşı bir insan kimi tanıyır. Tarixini dəqiq xatırlamır, gecə təxminən saat 01 radələrində İddiaçı ona zəng etmiş, Təmkin adlı şəxsdən 20 baş quzu aldığını bildrimiş, ona gəlib quzulara baxmasını və maşından yendirməyə kömək etməsini demişdir. İddiaçı yaşadığı evin həyətinə getmiş, quzulara baxmış, quzuların bir az arıq olduğunu bildirmiş, İddiaçı quzuların maşından yendirilməsinə köməklik etmiş və yaşadığı evə getmişdir. X3 ifadəsində onu da bildirmişdir ki, İddiaçı aldığı quzuları onun yaşadığı evin həyətinə Təmkin gətirmiş, İddiaçılə Təmkin arasında hər hansı bir mübahisə, quzularla bağlı İddiaçı narazılığı olmamış, Təmkin quzuları İddiaçı zorla verməmiş, İddiaçı sadəcə Təmkinə quzuların arıq olduğunu demişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının, vəkilin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 2021-ci ilin iyun ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, tərəflər arasında iddiaçının bildirdiyinə görə bir baş xırdabuynuzlu heyvanın qiyməti 155 manat olmaqla, 14-15 kq əti olan 20 baş xırdabuynuzlu heyvan almaq barədə razılaşma olmuşdur. İddiaçı Cavabdeh 1750 dollar və 25 manat pul vermiş, 100 manat borcu qalmışdır. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərində gecə saatlarında cavabdeh 20 baş heyvanı iddiaçının yaşadığı evin həyətinə gətirmiş, həmin vaxt həyətdə kimsə olmamış, iddiaçı qonşusu X6 çağırmış, ona heyvanları maşından yendirməsinə kömək etməsini xahiş etmiş, Eminin köməkliyi ilə heyvanları maşından yendirmiş, cavabdeh iddiaçıya 100 manat borcunun qaldığını bildirmiş və getmişdir. İddiaçı iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona zəng edərək heyvanları Saltaq kəndinə gətirməsini deməsini, Saltaq kənd sakinləri Yəhya və Məhərrəm adlı şəxslərlə birlikdə cavabdehin yaşadığı evə getməsini, cavabdehin evdə olmamasını, heyvanlara baxmasını, onun seçdiyi və rənglədiyi heyvanların olmadığını, arıq heyvanlar olduğunu gördüyünü, Yəhya və Məhərrəmin ona heyvanların 155 manat dəyərində heyvanlar olmadığını deməsini, heyvanları aparmamasını, Bənəniyar kəndinə qayıtmasını, cavabdehdən pulunu istəməsini, bu barədə X11, Culfa rayon Polis şöbəsinə müraciət etməsini bildirsə də, izahatında bildirdiklərini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəmə iclasında dindirilməsini təklif etdiyi şahidlər məhkəmə iclasına gəlməmiş, cavabdehlə aralarında hansı çəkidə, hansı məbləğdə heyvan alacağı barədə razılaşmanı təsdiq edəcək hər hansı bir sənədi və ya şahidi məhkəməyə təqdim etməmişdir. Culfa rayon Polis şöbəsinə verilmiş sorğuya cavabda isə İddiaçı 2021-ci ilin iyun-iyul aylarında Cavabdehla bağlı Culfa rayon Polis Şöbəsinin X11 və Culfa rayon Polis şöbəsinə müraciət etmədiyi qeyd edilmişdir. O ki, qaldı iddiaçının bildirdiyinə görə cavabdehin iddiaçıya aralarında olan razılaşmada nəzərdə tutulmuş xırdabuynuzlu heyvanların verilməməsinə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, iddiaçının məhkəməyə təqdim etdiyi şahidin ifadəsindən müəyyən edilmişdir ki, cavabdeh 20 baş xırdabuynuzlu heyvanı iddiaçının yaşadığı evin həyətində gətirmiş, iddiaçı 20 baş xırda buynuzlu heyvanı cavabdehdən qəbul etmiş, qəbul etməkdən imtina etməmiş, aralarında mübahisə, narazılıq olmamış, sadəcə iddiaçı cavabdehə quzuların arıq olduğunu bildirmişdir. Hətta müyyən edilmişdir ki, təxminən üç aydır ki, 20 baş xırdabuynuzlu heyvan iddiaçının sahibliyindədir, iddiaçı heyvanlara vaxtında yem, suy, dərman verir, heyvanlara baxması üçün bir neçə dəfə baytar həkim dəvət etmiş, heyvanların dəyərini isə əvvəlcədən cavabdehə ödəmişdir. İddiaçının qeyd edilən rəftarı isə tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanmış sayılması, müqaviləyə uyğun olan heyvanların iddiaçıya verilməsi barədə qənaətə gəlməyə əsas verir. Beləliklə iddiaçının iddia ərizəsində, izahatında bildirdiyinə görə cavabdehlə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyaların (heyvanların) cavabdeh tərəfindən ona verilməsi sübut olunmur. Qeyd edilənlərədən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda göstərilən qanunvericilik normalarının məna və mahiyyəti baxımışndan da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllənin 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının 30 manat məbləğində ödədiyi dövlət qüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı vəkilin göstərdiyi hüquqi yarıma görə çəkdiyi xərcin, 200 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehdən 3000 manat məbləğində pil tələbi rədd edildiyindən, vəkilə göstərdiyi hüquqi yardıma görə ödədiyi məbləğin cavabdehdən alınıb ona verilməsi tələbi də təmin edilə bilməz. Belə ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X5 Cavabdeh 3000 manat, 200 manat vəkilin göstərdiyi yardıma görə ödənilmiş pul tələbinə dair iddiası rədd edilsin. X9 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-180/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-180/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver