Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-184/2021 20.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cahan Ticarət Mərkəzində qızıl alğısatqısı ilə məşğul olur. Cavabdeh ona özünün N nömrəli hərbi hissədə xidmət etdiyini, yüksək əməkhaqqı aldığını bildirmiş, 2019-cu ilin oktyabr ayında ondan ayda 300 manat ödəmək şərti ilə 1600 manat dəyərində qızıl əşyaları almış, ilkin olaraq 250 manat ödəniş etmişdir. Həmçinin Cavabdeh bacısı X3 şəxsiyyət vəsiqəsini təqdim etmiş, şəxsiyyət vəsiqəsinin üzərində qeydiyyat apararaq 1600 manat dəyərində qızıl əşyaları götürülməsini təsdiqləmişdir. Buna baxmayaraq cavabdeh qeyd edilən tarixdə pulu ödəməmişdir. Cavabdehin xidmət apardığı hərbi hissənin komandirinə və özünə müraciət etmişdir. Hazırda cavabdehin 600 manat borcu var. Dəfələrlə cavabdehdən 600 manat borcu ödəməsini tələb etmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmiş, borcu ödəməmişdir. Cavabdeh 600 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, səhəti ilə və yolun uzaq olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh iddianı qəbul etmiş, iddianı etiraf etmiş, izahatında bildirmişdir ki, təxminən 2019-cu ilin sonlarında iddiaçıdan arvadı X6 qızına qızıl dəsti satın almışdır. Qızıl dəstinin dəyəri 1600 manat olmuşdur. 250 manat ilkin ödəniş etmiş, hər ay 300 manat ödəmək şərti ilə razılığa gəlmişlər. İşdən çıxarıldığı üçün iddiaçıya borcunu qaytara bilməmişdir. İddiçıya 600 manat məbləğində borcu var, borcunu etiraf edir. Elektorn Məhkəmə Sistemindən şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, ******* nömrəli şəxsi vəsiqənin arxasında əlyazma ilə qeyd edilmişdir ki, “600 manatlıq qızıl götürdüm, 250 manat ilkin ödəniş verdim, aybaay 300 manat vermək şərti ilə -*** *** ** **, *** ** ** İmza: Cavabdeh.19.10.2019.” Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 600 manat məbləğində borc alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 600 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-184/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-184/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver