Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-188/2022 23.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Nümayəndə, Cavabdeh və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşya üçün ödənilmiş qiymətin azaldılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Chevrolet Cruize minik markalı, 2011-ci il buraxılışlı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınması üçün ödənilmiş 13150 manat alış qiymətinin 6300 manat məbləğində azaldılması, həmin məbləğin-6300 manatın və ödənilmiş 83 manat dövlət rüsmunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh dayısının kürəkənidir. Cavabdehla ondan "Chevrolet Cruize,, minik markalı, 2011-ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alması üçün qiymətini 13250 manata razılaşmış, həmin məbləği şəxsən Cavabdeh vermişdir. Nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə onu adına rəsmləşdirilmişdir. Nəqliyyat vasitəsini DYP aparan zaman nəqliyyat vasitəsində nasazlıq hiss etməmişdir. Həmin nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə bağlı məlumatları Cavabdeh soruşmuş, Cavabdeh nəqliyyat vasitəsinin texniki cəhətdən saz olmasına başı ilə cavabeh olduğunu bildirmiş, nəqliyyat vasitəsinin saz olmasına onu inandırmış, cavabdeh ona nəqliyyat vasitəsini texniki baxışdan keçirməyə mane olmamışdır. 13150 manat pulu cavabdehə vermiş, cavabdeh alqı-satqıdan bir gün əvvəl nəqliyyat vasitəsini idarə edərək Culfa şəhərində yaşadıqları evin həyətinə gətirmişdir. Nəqliyyat vasitəsi adına rəsmləşdirildikdən sonra təxminən bir həftə həyətdə qalmış, 18 may 2022-ci il tarixdə nəqliyyat vasitəsinin altına yağ töküldüyün görmüşdür. Nəqliyyat vasitəsinin mühərrikindən yağ axdığını müşahidə etmişdir. Cabbara zəng etmiş, nəqliyyat vasitəsinin mühərrikindən yağ axıtdığını bildirmişdir. Təxminən bir gün sonra Cabbar, arvadı və özü nəqliyyat vasitəsini Naxçıvan şəhərinə, Cabir adlı ustanın yanına aparmışlar. Nəqliyyat vasitəsi üç gün Cabir ustanın yanında qalmış, üç gün sonra özü və dayısı X6 ilə Naxçıvan şəhərinə getmiş, Cabir usta nəqliyyat vasitəsinin mühərrikundən yağ axdığını, vanuslarında səs olduğunu və başqa xatırlamadığı problemlərin olduğunu bildirmiş, nəqliyyat vasitəsini Cabir ustanın yanından Culfa şəhərinə gətirmişlər. Cabir ustaya nəqliyyat vasitəsinin mühərrikindən yağ axmasının düzəldilməsi üçün 200 manat pul vermişdir. Təxminən bir həftə sonra əri X3 gəlmiş, nəqliyyat vasitəsinin mühərrikindən yenə də yağ axdığını görmüş, cavabdehə zəng vurmuş, mühərrikdən yağ axdığını bildirmiş, Cabbar gəlmiş, nəqliyyat vasitəsini Yaycı kəndində Rza adlı ustanın yanına aparmalarını bildirmiş, özü Rza usta ilə telefonda danışmış, vəziyyəti ona bildirmişdir. Əri nəqliyyat vasitəsini Rza ustaya aparmış, nəqliyyat vasitəsi iki gün Rza ustanın yanında qalmış, iki gün sonra əri nəqliyyat vasitəsini gətirmiş, Rza ustanın olan problemləri aradan qaldırdığını, mühərrikdən yağ axmayacağını, vanuslardan səs gəlməyəcəyini dediyini bildirmişdir. Nəqliyyat vasitəsini Rza ustanın yanına aparmaqda əsas məqsədləri mühərrikdən yağ axmasının qarşısını almaqdan ibarət olmuşdur. Rza ustaya pulu cavabdeh vermiş, nə qədər pul verməsini bilməmişdir. Həqiqətdə isə nə Cabir usta, nə də ki, Rza usta nəqliyyat vasitəsinin mühərrikindən yağ axmanın qarşısının alınması ilə bağlı heç bir iş görməmişlər. Tarixini dəqiq xatırlamır, 2022-ci ilin iyun ayının ortalarında əri ilə birlikdə həmin nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş və geri qayıtmışlar. İğdır şəhərinə gedən və qayıdan zaman mühərrikdən səs gəlmiş, iki dəfə mühərrikə yağ əlavə etmişlər. Əri həmin gün Moskvaya getmişdir. Nəqliyyat vasitəsi Rza ustanın yanından gətirildikdən sonra da mühərrikdən yağ axmışdır. Nəqliyyat vasitəsi bu günədək Culfa şəhərində yaşadıqları evin həyətindədir. Nəqliyyat vasitəsinin mühərrikindən əvvəlki kimi yağ axır. Cavabdeh nəqliyyat vasitəsinin qeyd edilən qüsurları barədə məlumatı olsa da, nəqliyyat vasitəsinin mühərrikindən yenə də yağ axdığını bilsə də zənglərinə cavab vermir. Cavabdeh nəqliyyat vasitəsinin belə bir qüsurunun olması barədə əvvəlcədən ona məlumat verməmiş, cavabdehə nəqliyyat vasitəsini almaq istəmədiyni, pulunu qaytarmasını, əks halda məhkəməyə müraciət edəcəyini bildirmiş, cavabdeh onun bildirdiklərinə məhəl qoymamış, ona “nə bilirsən et, mənə heç kim nə isə edə bilməz” demişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, nəqliyyat vasitəsini alan zaman cavabdeh tək kondisionerin işləmədiyini bildirmiş, bunun 100 manat xərc tələb etdiyini bildirmiş, inanmış və onunla razılaşmışdır. Baş verənlərdən sonra cavabdehin nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə bağlı onu aldatdığını düşünmüş, nəqliyyat vasitəsini "Cahan Motors,, MMC-də texniki yoxlanışa aparmış, həmçinin kondisioneri ustaya göstərmiş, texniki baxışdan sonra iki qapının şüşəqaldıranlarının işləmədiyi, kondisionerin katalizatorunun düzəldilməsi üçün 100 manat deyil, 800 manat xərc tələb edildiyi, baqaj qapısının lazımi qaydada açılıb bağlanmadığı, qriz controlun işləmədiyi, təhlükəsizlik şarlarının işləməmədiyi müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin mühərrikinin işlək vəziyyətə gətirilməsi-qüsurla bağlı yeni hissələrin alınması və mühərrikin yığılması üçün 3000 manat, kondisionerin işlək vəziyyətə gətirilməsi üçün 800 manat, digər qüsurların aradan qaldırılması üçün 2500 manat xərc tələb edildiyi müəyyən edilmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, sürücülük vəsiqəsi yoxdur, 2022-ci ilin may ayınadək nəqliyyat vasitəsi idarə etməmişdir. Cavabdehin arvadı ilə danışan zaman maşın almaq istədiklərini, o, isə maşını satmaq və torpaq almaq istədiklərini bildirmiş, əri cavabdehlə danışmış, ona cavabdehlə danışdığını, nəqliyyat vasitəsinin saz olduğunu demişdir. Bir gün sonra qardaşı Rza və özü cavabdehlə görüşmüş, cavabdeh nəqliyyat vasitəsinin saz olmasına başı ilə cavabdeh olduğunu bildirmişdir. Həmin vaxt nəqliyyat vasitəsinin sənədlərinə baxmamış, cavabdeh nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. Alqı-satqı zamanı tanımadığı bir şəxs DYP idarəsinə gəlmiş, alqı-satqı müqviləsi həmin şəxslə bağlanmış, həmin vaxt nəqliyyat vasitəsini texniki baxışdan keçirməmişdir. Alqı- satqı zamanı tanımadığı həmin şəxsə pul verməmiş, şəxs ondan pul istəməmiş, həmin şəxsdən kim olmasını soruşmamışdır. Nəqliyyat vasitəsini DYP idarəsinə aparan zaman mühərrikdən yağ axmamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, "Chevrolet Cruze” minik markalı, 2011-ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 məxsus olmuşdur. C.Qasımovdan nəqliyyat vasitəsini 13000 manata almış, ona 12900 manat pul vermiş, 100 manat borcu qalmışdır. Nəqliyyat vasitəsi adına rəsmləşdirilməmişdir. Nəqliyyat vasitəsini təxminən bir ildən çoxdur ki, etibarnamə ilə idarə edir. Etbarnamənin müddəti 28 may 2022-ci il tarixədək olmuşdur. Nəqliyyat vasitəsini satmaq barədə fikri olmamışdır. İddiaçı dəfələrlə arvadına nəqliyyat vasitəsini ona satmağı demiş, sonda razılaşmışlar. İddiaçıya nəqliyyat vasitəsinin onun mülkiyyətində olmamasını, alqı-satqı müqaviləsinin nəqliyyat vasitəsinin mülkiyyətçisi ilə aparacağını bildirmiş, iddiaçı onunla razılaşmışdır. Nəqliyyat vasitəsinin mülikiyyətçisi C.Qasımova nəqliyyat vasitəsini başqa şəxsə satmaq istədiyini bildirmiş, C.Qasımov etiraz etməmiş, lakin alqı-satqı zamanı özünün iştirak edəcəyini bildirmişdir. İddiaçıya nəqliyyat vasitəsinin qiymətini 13300 manat demiş, 13150 manata satmışdır. İddiaçıya, iddiaçının ərinə nəqliyyat vasitəsinin vanusunda səs olmasını, mühərrikindən hərdən yağ damcısı düşdüyünü, kondisionerin işləmədiyini, baqaj qapısının lazımi qaydada açılıb bağlanmadığını bildirmiş, baqaj qapısı üçün nəqliyyat vasitəsinin qiymətini 150 manat enmiş, iddiaçıya kondisionerin əlavə radyatorunu vermiş, iddiaçı və əri nəqliyyat vasitəsini olduğu kimi qəbul etmişlər. Nəqliyyat vasitəsi iddiaçıya satıldıqdan sonra Yaycı kəndində Rza adlı usta vanusda olan səsi aradan qaldırmış, ustaya pulu özü vermişdir. Cavabdeh izahatında onu da bildirmişdir ki, "Chevrolet Cruze” minik markalı, 2011ci il buraxılışlı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinın alqı satqı müqaviləsi X14 və İddiaçı arasında bağlansa da, 13150 manat pulu iddiaçı ona vermişdir. Nəqliyyat vasitəsində olan qüsurlarla bağlı məsuliyyəti özü daşıyır. Nəqliyyat vasitəsində olan qüsurlar barədə iddiaçıya əvvəlcədən bildirmiş, iddiaçı isə nəqliyyat vasitəsini olduğu kimi qəbul etmişdir. Belə olan halda iddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımır. Nəqliyyat vasitəsini iddiaçıya satan zaman 140000 km yol qət etmiş, nəqliyyat vasitəsi iddiaçıda olduğu müddətdə 4400 km yol qət etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddianın əsaslı olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili X5 iddianın əsassız olduğunu bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının təklifi əsasında şahid qismində dindirilmiş X15 ifadəsinə bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır, nəqliyyat vasitələrinin təmiri ilə məşğul olur. Tarixini dəqiq xatırlamır, 2022-ci ilin may-iyun aylarında Cabbar adlı şəxs ona zəng etmiş, "Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi gətiriləcəyini, nəqliyyat vasitəsinə baxmasını xahiş etmiş, etiraz etməmişdir. "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini başqa şəxs onun yanına gətirmiş, həmin şəxs “vanus”da səs olmasını bildirmiş, vanusa və “menbrana” baxmasını xahiş etmişdir. Nəqliyyat vasitəsində menbranı dəyişmiş, vanus baha olduğundan müvəqqəti işləməsi üçün təmir etmişdir. Nəqliyyat vasitəsini gətirən şəxs mühərrikdə nasazlıq olmasını, mühərrikdən yağ axmasını ona deməmiş, mühərrikə baxmamış, mühərriklə bağlı hər hansı bir iş görməmiş, mühərrikdən yağ axmasını görməmiş, həmin nəqliyyat vasitəsi üçün yağ krışkası sifariş verməmiş, gördüyü işin haqqını, 65 manatı ona Cabbar adlı şəxs vermişdir. Şahid R.Hüseynov ifadəsində onu da bildirmişdir ki, “membran” purjun və diafraqmadan ibarətdir, diafraqmanı dəyişmişdir. Nəqliyyat vasitəsi təxminən 120000 km yol qət etdikdən sonra vanus və menbran dəyişilməlidir. Vanis qazpaylayıcı valı ayarlayır, ekonom vəziyyət yaradır. Vanusun normal işləməməsi, səs etməsi və ya menbranın işləməməsi mühərrikdən yağ axmasına səbəb ola bilməz. Məhkəməyə mütəxəssis qismində çağrılmış "xxxx" MMC-də sex rəisi vəzifəsində işləyən X12 verilmiş suallara cavab olaraq bildirmişdir ki, "Chevrolet Cruze” markal, **-BC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 20 dekabr 202-ci il tarixdə ona təqdim edilmişdir. Nəqliyyat vasitəsinin mühərriki işlək vəziyyətdə olmuş, lakin mühərrikdən yağ axır. Mühərrikdən yağ axması mühərrikin saz olmaması anlamına gəlmir. Mühərrikdən yağ axması, yağın suya qarışması nəqliyyat vasitəsinin istismarı zamanı tədricən əmələ gəlir. Mühərrikin təmiri, yəni mühərrikdən yağ axmasının qarşısının alınması üçün yağ soyuducu radiyatorun salnikləri, valın qabaq salniki, qaz paylayıcının salniki, mühərrikin yan krışkasının praklatkası, üst krişkasının praklatkası yenisi ilə əvəz edilməli, antifriz, təmizləyici sprey, germetik, mühərrik yağı, yağ filtiri istifadə edilməlidir. Nəqliyyat vasitəsinin mühərrikindən yağ axmasının qarşısını almaq üçün usta xərci ilə birlikdə 884 manat məbləğində pul tələb edilir. Mütəxəssis suala cavab olaraq onu da bildirmişdir ki, nəqliyyat vasitəsi ona təqdim edildiyi vəziyyətdə 4000 km məsafə qət etməsi mümkün deyil. Yağ əlavə etməklə müəyyən məsafə qət etmək olar ki, bu da təhlükəlidir, mühərrikin sıradan çıxmasına səbəb ola bilər. Nəqliyyat vasitəsinin alqı-satqısı zamanı mühərrikdən hazırkı vəziyyətdə olduğu kimi yağ axmasının müşahidə edilməməsi mümkün deyil. İş materiallarında olan- 02 avqust 2022-ci il tarixli "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışı ilə bağlı sənəddən müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi Cahan Motors MMC-də texniki baxışdan keçirilmiş, tərtib edilmiş sənəddə “Coltempratus sensoru giriş və çıxış vanus aktuatorlarına gələn xətlər yoxlanmalıdır, xətt nasazdırsa aktuatorlar dəyişməlidir, vanusların mexaniki hissəsinə baxıldı, çıxış vanuslarda problem görünür, kondisioner işləmir, katalizatorların içərisində problem var, hər iki katalizatorun sensoru dəyişməlidir. Giriş rorpedval sensora gələn xətlər yoxlanmalıdır, evopklopen işləmir, xətləri yoxlanmalıdır, Akmulyatorun yaddaş rellerində problem var, pasejir tərəf kəmər yerlərində problem var, şüşə qaldıranlarda problem var, arxa sol şüşəqaldıran işləmir, sürücü tərəfdən sağ şüşəqaldıran işləmir, quriz control işləmir” qeyd edilmişdir. Naxçıvan MR DİN-nin X24 İdarəsindən verilmiş 1/1029 nömrəli, 07 oktyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına 17 may 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. İddiaçı adına sənədləşdirilmədən əvvəl "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə Naxçıvan şəhər sakini X8 və Culfa rayon Dizə kənd sakini Cavabdeh tərəfindən idarə edilmişdir. 17 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən edilmişdir ki, X16 "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 1300 manat satmışdır. BD 223102 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır. Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 05 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus "Chevrolet Cruze” markal, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 19 iyun 2022-ci il tarixdə ölkədən çıxış istiqamətində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin, cavabdehin vəkilinin izahatını, şahidin ifadəsini, mütəxəssisin fikrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işin araşıdırlan hallarından müəyyən edilmişdir ki, "Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 nəqliyyat vasitəsini iş üzrə Cavabdeh 13000 manat satmış, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmamış, C.Qasımov nəqliyyat vasitəsini idarə etməsi üçün cavabdehə etibarnamə vermişdir. Cavabdeh isə istifadəsində olan nəqliyyat vasitəsini hüququ olmadığı halda 13150 manata iddiaçıya satmış, iddiaçı 13150 manatı cavabdehə vermiş, lakin alqı-satqı maqaviləsi iddiaçı və C.Qasımov arasında bağlanmışdır. Cavabdehin izahatından, həmçinin məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etdiklərindən müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini qeyri rəsmi olaraq iddiaçıya satan zaman nəqliyyat vasitəsində olan qüsurları, yəni mühərrikdə olan səs barədə (mühərrikdən yağ damcılarının düşməsi) iddiaçıya məlumat vermiş, həmin qüsurları aradan qaldıracağına söz vermiş, iddiaçı nəqliyyat vasitəsini olduğu kimi qəbul etmiş, lakin sonradan cavabdeh tərəfindən qüsur aradan qaldırılmamışdır. Belə ki, cavabdeh etiraz ərizəsində Rza usta tərəfindən nəqliyyat vasitəsinin mühərrikindən gələn səsin aradan qaldırılmasını, usta pulunun onun tərəfindən verilməsini bildirsə də, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, nəqliyyat vasitəsi 2022-ci ilin may-iyun aylarında ona təqdim edilmiş, nəqliyyat vasitəsini ona təqdim edən şəxs “vanus”da səs olmasını bildirmiş, “vanusa” və “menbrana” baxmasını xahiş etmişdir. Nəqliyyat vasitəsində “menbranı” dəyişmiş, “vanus” baha olduğundan müvəqqəti işləməsi üçün təmir etmiş, nəqliyyat vasitəsinin ona gətiriləcəyni zəng edərək demiş Cabbar adlı şəxs və nəqliyyat vasitəsini gətirən şəxs mühərrikdə nasazlıq olmasını, mühərrikdən yağ axmasını ona deməmiş, mühərrikə baxmamış, mühərriklə bağlı hər hansı bir iş görməmiş, gördüyü işin qarşılığında pulu ona Cabbar vermişdir. Həmçinin tərəflərin izahatlarından müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin kondisionerinin işləməməsi barədə cavabdeh iddiaçıya bildirmiş, cavabdeh iddiaçıya əlavə olaraq kondisionerin radyatorunu vermiş, həmçinin baqaj qapısında olan qüsurun aradan qaldırılması üçün nəqliyyat vasitəsinin qiymətini 150 manat enmiş, nəqliyyat vasitəsinin satış qiymətini iddiaçının xeyrinə 150 manat azaltmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər qüsurlar, iki qapının şüşəqaldıranlarının işləməməsi, qruz controlun işləməməsi, təhlükəsizlik şarlarının işləməməsi isə nəqliyyat vasitəsinin cavabdeh tərəfindən iddiaçıya satılana qədər mövcud olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, iddiaçı izahatında nəqliyyat vasitəsinin alqı-satqısına qədər həmin qüsurların olması barədə məhkəməyə sübut təqdim etməmiş, izahatında nəqliyyat vasitəsinin alqı-satqısı zamanı nəqliyyat vasitəsinin işlək, yəni saz vəziyyətdə olmasını bildirmiş, həmçinin iddiaçı izahatında 19 iyun 2022-ci il tarixdə sözügedən nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasına səfər etdiyini bildirmişdir. Qeyd edilənlərdən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının nəqliyyat vasitəsinin mühərrikində olan qüsurun, yəni mühərrik yağının axmasının qarşısın alınması üçün çəkilməli olan xərc 884 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxmından da qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan alış qiymətinin mütənasib azaldılması tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh oğundan tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun 11.62 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 71.38 manat hissəsi özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. "Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alış qiyməti 884 manat azaldılsın. Cavabdeh 884 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun 11.62 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 71.38 manat hissəsi özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-188/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-188/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver