Məhkəmə qərarları › İş №2(089)-189/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-189/2022

09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-189/2022 09.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim. İddiaçı qızı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 2300(iki min üç yüz ) manat əsas borcun və 43 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin cavabdehin və işdə iştirak edən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və olduğu yer(həm faktiki həm də rəsmi qeydə alındığı ünvan ), cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ) iddiaçının öz tələblərinin əsası kimi kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar siyahısı göstərilməlidir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, İddiaçı iddia ərizəsində iddiaçının və cavabdehin qeydiyyat ünvanı, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, tələbin əsasını təsdiq edən sübutlar siyahısı iddia ərizəsində qeyd edilməyib, və iddia ərizəsinə sənədlərin surəti əlavə edilməmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün deyil, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, İddia ərizəsinin məhkəmə icraatı mümkün deyil, iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 23 avqust 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə İddiaçı tərəfindən 43 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 267-268-ci maddələrini rəhbər tutar qərara aldım: İddiaçı Cavabdeh 2300(iki min üç yüz ) manat əsas borcun və ödənilmiş 43 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı özünə geri qaytarılsın. 23 avqust 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə İddiaçı tərəfindən 43 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar