Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-192/2020 09.10.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, Tələbkar Borclu qarşı aliment tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Tələbkar xx xxxxxxx 2020-ci il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, xx xxxx 2012-ci il tarixdə doğulmuş X3 və xx xxxxxxxx 2015-ci il tarixdə doğulmuş X1 üçün Borclu hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə X3 və xx xxxxxxxx 2015-ci il tarixdə X4 doğulmuşdur. Borclu uşaqlarının saxlanılmasında ona maddi köməklik göstərmir. Özü isə uşaqlarının maddi ehtiyaclarının qarşılanmasında çətinlik çəkir. İş materiallarında olan- 602272 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və Tələbkar arasında olan nikah xx xxxx 2011-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. 668335 və 308367 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx xxxx 2012-ci il tarixdə, X4 xx xxxxxxxx 2015-ci il tarixdə doğulmuş, uşaqların atası Borclu, anası Tələbkardır. Culfa rayon Dizə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 155 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Borclu Culfa rayon Dizə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.2.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Tələbkar tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən Tələbkar həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr e t d i m: xx xxxxxxxx 1986-cı il tarixdə Culfa rayon Dizə kəndində doğulmuş, Culfa rayon Dizə kəndində yaşayan Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq xx xxxx 2012-ci il tarixdə doğulmuş X3 və xx xxxxxxxx 2015ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Culfa rayon Dizə kəndində yaşayan Tələbkar verilsin. Alimentin tutulması tarixinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu 20 manat alınaraq Dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakimi: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-192/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-192/2020
09.10.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver