Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-211/2022 08.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 12000 manat pulun və 127 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Şərur rayonunun Xətai kəndində yaşayır, təqaüdçüdür. Cavabdehlərdən Cavabdeh2 uzan müddətdir ki, tanıyır. Təxminən 2021-ci ilin avqust-sentyabr aylarında Ələsgərin heyvan alb-satdığını eşitmişdir. Həmin vaxt heyvan alıb saxlamaq məqsədilə 20000 manat kredit götürmüşdür. Heyvan almaq məqsədilə Ələsgərlə görüşmək üçün Saltaq kəndinə getmiş, Ələsgərin qardaşı Hüseynlə görüşmüş, Ələsgərin satmaq istədiyi xırdabuynuzlu heyvanlara baxmış, heyvanlar xoşuna gəlməmiş, Şərur rayonun qayıtmışdır. Təxminən oktyabr ayının əvvəllərində Şərur rayon bazarında müxtəlif şəxslərdən bir baş heyvan 260 manat olmaqla 120 baş Türkiyə sortu olan xırdabuynuzlu heyvan almışdır. Təxminən 2021-ci ilin oktyabr ayının sonunda heyvanları saxlaya bilmədiyindən satmaq barədə qərara gəlmiş, bu məqsədlə Ələsgərə zəng etmiş, heyvanları satmaq istədiyini bildirmiş, Ələsgərlə bir baş heyvanı ona 260 manata satacağı barədə razılaşmış, Ələsgərə 100 baş Türkiyə sortu xırdabuynuzlu heyvan 26000 manata və beş baş keçini 800 manata satmışdır. Heyvanları Vayxır gölünün yaxınlığında Ələsgərə və onun qardaşı Hüseynə təhvil vermişdir. Ələsgər ona borcunun olması barədə sənəd yazmış, sənəddə 26800 manat deyil, 25150 manat yazmış, səbəbini soruşmuş, səhvən yazdığını, ona 26800 manat verəcəyini bildirmiş, Ələsgərlə razılaşmışdır. Ələsgərin qardaşları sonra həmin sənədin əslini ondan almış, “Ələsgərin başqa şəxsərə də borcu var, həmin şəxslərə Ələsgərin sənə borcunun olmasını göstərəcəyik” demiş, sənədin surətini özündə saxlamışdır. Ələsgər və Hüseyn heyvanları təhvil almaq üçün bir Jeep maşını ilə gəlmişlər. Razılaşmışlar ki, həmin maşını onun adına rəsmləşdirsin, o, Ələsgərə maşını idarə etməsi üçün etibarnamə versin, heyvanların ümumi dəyəri 26800 manat ona veriləndən sonra maşını geri qaytarsın. Şənbə və bazar günlərinə təsadüf etdiyindən maşının rəsmləşdirilməsi mümkün olmamış, bazar ertəsi görüşmələri və maşının rəsmləşdirilməsi barədə razılaşmışlar. Bazar ertəsi Ələsgərə zəng etmiş, Ələsgər xəstələndiyini, 2-3 gün sonra maşının sənədləşdirilməsi məsələsini həll edəcəyini bildirmişdir. Ələsgərlə danışdıqdan sonra Naxçıvan MR DYP idarəsiunə getmiş, Ələsgərin onun adına sənədləşdirəcəyi maşının “kreditdə” olduğunu öyrənmşdir. Bir neçə gün sonra Saltaq kəndinə getmiş, Ələsgərlə görüşmüş, pulu istəmiş, Ələsgər ona prokurorla hədə qorxu gəlmişdir. Culfa rayon Prokurorluğuna müraciət etmiş, Ələsgər də prokurorluğa dəvət edilmiş, Ələsgər orada qısa müddətdə pulu və ya heyvanları ona verəcəyinə söz vermiş, lakin sözünü yerinə yetirməmişdir. Müxtəlif dövlət orqanlarına müraciət etmişdir. 2021-ci ilin noyabr ayının sonunda Saltaq kəndinə getmiş, Ələsgərin sürücüsü ilə 12 baş heyvanı Xətai kəndinə aparmış, 2021-ci ilin dekabr ayının 26-da gecə satlarında Ələsgər və qardaşı Yunis 23 baş xırdabuynuzlu heyvanı Xətai kəndinə gətirmiş ona təhvil vermiş, bir neçə gün sonra Ələsgərin heyvanları ucuz qiymətə satmaq istədiyini eşitmiş, Saltaq kəndinə getmiş, 35 baş heyvanı ondan almış və kəndə aparmışdır. 30 baş xırdabuynuzlu heyvan, 8 baş keçi Ələsgərdə qalmışdır. Ələsgər bu günədək 38 baş heyvanı və ya onların dəyərini ona verməmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, iddia ərizəsində səhvən cavabdehlərin ona 75 baş heyvan qaytardığını, 48 baş heyvanı qaytarmadığını yazmışdır. Cavabdehlər ona 70 baş heyvan qaytarmış, 30 baş heyvan, 5 baş keçini qaytarmamış və ya onların pulunu verməmişdir. Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsində ona görə cavabdeh kimi yazmışdır ki, həmin şəxslər ona Ələsgərin olan borcunu ödəyəcəklərinə söz vermişlər. Lakin həmin şəxslərlə aralarında şifahi və ya yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır. Aralarında olan razılaşma Ələsgərlə olmuşdur. Cavabdehlərdən 30 baş xırdabuynuzlu heyvanın, 5 baş keçinin pulunun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədin surətindən görünür ki, həmin sənəddə “İddiaçı 25150 manat pul verəcəm imza İ.Ə” qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 8600 manat mənat məbləğində pul Cavabdeh2 alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlrlə əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh2 arasında 2021-ci ilin oktyabr ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 100 baş ( 1 baş 260 manat) xırdabuynuzlu heyvan, 5 baş (cəmi 800 manat) keçi satmış, cavabdeh heyvanların dəyəri olan 26800 manat məbləğində pulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçının izahatından müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 70 baş xırdabuynuzlu heyvan iddiaçıya qaytarılmış, 30 baş xırdabuynuzlu heyvan və 5 baş keçi iddiaçıya qaytarılmamışdır. Cavabdeh 30 baş xırdabuynuzlu heyvan və 5 baş keçinin iddiaçıya qaytarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 yazılı izahatında bildirmişdir ki, qardaşı Cavabdeh2 iddiaçıdan bir baş qoyun 260 manata olmaqla 100 baş qoyun alması, 75 baş qoyunu iddiaçıya qaytarması, 25 baş qoyunun qalması, Cavabdeh2 iddiaçıya 6500 manat borcunun olması barədə məlumatı vardır. İşin araşdırılan hallarından həqiqətən də iddiaçının Cavabdeh2 bir baş 260 manat olmaqla 100 baş qoyun satması, həmin qoyunlardan 70 baş qoyunun iddiaçıya qaytarılması sübut olunur. 70 baş deyil, məhs 75 baş qoyunun iddiaçıya qaytarılması barədə isə məhkəməyə Cavabdeh2 tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda göstərilən qanunvericilik normalarının məna və mahiyyəti baxımından da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). İddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etsə də, iddiaçının izahatından müəyyən edilmişdir ki, şifahi alqı-satqı müqaviləsi iddiaçı və Cavabdeh2 arasında bağlanmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı qarşısında hər hansı öhdəlik daşımır və onlar hazırki iş üzrə cavabdeh ola bilməz. Başqa sözlə məhkəmə iddiaçının iddiasına ilk növbədə, onun cavabdeh qismində göstərdiyi Cavabdeh1 və Cavabdeh3 iddiaya cavab verməli olan şəxslər olub-olmadığı kontekstində qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddiasına cavab verməli olan şəxslər deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual hüquq normasının dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının iddiasına cavab verməli olan şəxs olmadığından hazırki iş üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh3 qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da onun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. AR Mülki Prosessual Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, prosessual qanunvericiliyə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh ola bilərlər. Mülki Məcəllənin tələbləri baxımından da hazırki işdə cavabdeh qismində göstərilən Cavabdeh1 və Cavabdeh3 iş üzrə cavabdeh ola bilməz. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmış iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid olan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə İddiaçı 127 manat məbləğində ödədiyi dövlət rüsumu tələbi ilə bağlı hesab edir ki, ödənilmiş dövlət rüsumunun 71.66 %-i, yəni 91 manat Cavabdeh2 alınıb iddiaçıya verilməli, ödənilmiş dovlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd edilsin. Cavabdeh2 8600 manat, 127 manat ödənilmiş dövlət rüsumunun 91 manat hissəsi, cəmi 8691 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. 127 manat ödənilmiş dövlət rüsumunun 36 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-211/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-211/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver