Məhkəmə qərarları › İş №2(089)-218/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-218/2020

28.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-218/2020 28.12.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq , məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(089)-112/2009 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi, xx xxxxxx 2003-cü il tarixdə doğulmuş X4, xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X5 və xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat olmaqla hər ay 360 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə 2000-ci ildə ailə qurmuşlar. Nikahları qeydiyyata alınmamışdır. xx xxxxxx 2003-cü il tarixdə Jalə, xx xxxxxx 2005-ci il tarixdə Lalə, xx xxxxxx 2006-cı il tarixdə Abbas adlı uşaqları doğulmuşdur. Atalıq müəyyən edilmiş, uşaqlara doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 2005-ci ilin oktyabr ayında Rusiya Federasiyasına getmiş, həmin tarixdən ayrı yaşayırlar. Cavabdeh Rusiya Federasiyasında ailə qurmuş, uşaqları var. Hesab edir ki, cavabdehin qazancı var, qazancı barədə məlumatı yoxdur, bu barədə məhkəməyə sübut təqdim edə bilmir. Cavabdeh uşaqlarının ehtiyaclarını lazım olan səviyyədə qarşılamaq üçün ona maddi köməklik etməlidir. Cavabdehin qazancı olmasa, Rusiya Federasiyasında yaşamaz. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(089)-112/2009 nömrəli məhkəmə əmri ilə cavabdeh qazancının yarısı miqdarında aliment müəyyən edilmişdir. Əvvəllər hər ay cəmi 75 manat, təxminən 4-5 ildir ki, hər ay cəmi 120 manat aliment ödənilir. Alimenti cavabdehin valideynləri ödəyir. Qızları Jalə və X6 ödənişli əsaslarla təhsil alır, oğlu Abbas gözdən əlillər. Cavabdeh bir valideyn kimi uşaqları ilə maraqlanmır, onlarla ünsiyyətdə olmur. Özü heç bir yerdə işləmir, uşaqlarını çox çətinliklə saxlayır. İddiaçı izahatında onu da bildirmişdir ki, iddia ərizəsində bir uşağın saxlanması üçün 120 manat məbləğində aliment müəyyən edilməsini tələb etmişdir. İddianın qismən təmin edilməsini, xx xxxxxx 2009-cu il tarixli, 2(089)-112/2009 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini, bir uşaq üçün 70 manat olmaqla xx xxxxxx 2003-cü il tarixdə doğulmuş X4, xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X5 və xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 470433, 792380 və 792381 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2003-cü il tarixdə X4, xx xxxxxx 2005-ci il tarixdə X5 və xx xxxxxx 2006-cı il tarixdə X2 doğulmuş, uşaqların anası İddiaçı, atası Cavabdeh oğludur. 326 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatdadır və hal hazırda Rusiya Federasiyasında yaşayır. Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(089)-112/2009 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, X4, X5 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhəkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2009-cu ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən uşaqlar böyüdükcə onların saxlanılması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin Rusiya Federasiyasında yaşadığını, orada işlədiyini və ailə qurduğunu, uşağının olduğunu, qazancı barədə məlumatının olmamasını bildirmişdir. Cavabdehin qazancı barədə sübutun olmaması alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayış üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı cavabdehin qazancı və başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin məhkəmə iddiaçının iddianın qismən təmin edilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının ərizədə göstərdiyi məbləğ, 70 manat bir uşağın saxlanması üçün cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(089)- 112/2009 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, xx xxxxxx 2003-cü il tarixdə doğulmuş X4, xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X5 və xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 70 manat olmaqla, hər ay 210 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarının 8.14-cü bəndində əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-112/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx xxxxxx 2003-cü il tarixdə doğulmuş X4, xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X5, xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 70 manat olmaqla, hər ay 210 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh oğlundan 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar