Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-239/2023 20.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(036)-1082/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, 20 avqust 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının ( və ya gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında olan nikah İmişli Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli, 2(036)-2270/2016 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən Muhamməd onun yanında qalmış, Muhammədin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hisssəsi miqdarında alimentin tutulub ona verilməsi qət olunmuşdur. O, 6 il sonra məhkəmənin müəyyən etdiyi alimentin artırılması tələbi ilə iddia qaldırmış, İmişli Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(036)-1082/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Övladı ilə birlikdə anasına məxsus evdə yaşayır. Uşağa qulluq edir, həmçinin iş tapa bilmədiyindən işləmir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil. Muhamməd elə yaş həddindədir ki, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazımdır. Cavabdehin ödədiyi 120 manat aliment onun ehtiyaclarını qarşılamağa yetmir, tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Ərzaq məhsullarının, hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onun ailə büdcəsinə, maddi vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən də övladının saxlanılması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi aliment məbləğinin dəyişdirilməsini istəyir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, cavabdeh N saylı hərbi hissədə mülki işçi olaraq sürücü işləyir, əməkhaqqı alır, həmçinin il ərzində dördd dəfə mükafat, bir dəfə məzuniyyət haqqı alır ki, həmin məbləğlərdən uşağın saxlanılması üçün aliment tutulmur. Hesab edir ki, aliment cavabdehin qazancına uyğun olaraq müəyyən edilsə, cavabdehin hər ay qazancından və ya başqa gəlirlərindən aliment tutular, belə olan halda ödənilən aliment məbləği ilə uşağın ehtiyaclarıını qarşılayar. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, etiraz ərizəsində qeyd etmişdir ki, N saylı hərbi hissədə sürücü işləyir, aylıq əməkhaqqı 460 manatdır. Başqa yerdə işləmir. İmişli Rayon Məhkəməsinin 08 may 2014cü il tarixli qətnaməsi ilə 140 manat aliment müəyyən edilmiş, hər ay əməkhaqqından X4 xeyrinə 140 manat aliment tutulur. Həmçinin sonradan ailə qurmuş, iki azyaşlı uşağı var. Əməkhaqqından 120 manat İddiaçı, 140 manat V.Rüstəmovaya aliment ödəyir. Maddi vəziyyətində yaxşılaşma olmamışdır. Aliment məbləğinin artırılması onun çətin olan maddi vəziyyətini daha da çətinləşdirəcək, digər uşaqlarını saxlamaqda problemlər yaranacaq. Cavabdeh həmçinin 19 sentyabr 2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət etmiş, maddi vəziyyəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, iddiaya qarşı etirz verdiyini bildirmiş, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 242545 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikahı ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 16 mart 2017-ci il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. 497390 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 20 avqust 2014-cü il il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İmişli Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(036)-1082/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nigahından 20 avqust 2014-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş, hər ay 120 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissədən verilmiş Cavabdeh xx.xx.2022-ci il tarxdən xx.xx.2022-ci il tarixədək əməkhaqqına dair cədvəldən müəyyən olunur ki, Cavabdeh 621 manat əməkhaqqı, il ərzində dördd dəfə mükafat və məzuniyyət pulu almışdır. 328288 nömrəli nikah haqqında, 483366 və 635989 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Cavabdeh Təbriz oğlu və X8 arasında nikah 12 mart 2019-cu il tarixdə bağlanmış, tərəflərin birgə nikahlarından 17 noyabr 2019cu il tarixdə X5 və 18 fevral 2021-ci tarixdə X7 doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsində göstərdiklərini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2022-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda iddiaçını maddi vəziyyəti pisləşir. Həmçinin iddiaçının izahatından, cavabdehin etiraz ərizəsində qeyd etdiklərindən müəyyən edilir ki, cavabdeh işləyir, əməkhaqqı alır, lakin iddiaçıya cavabdehin il ərzində aldığı mükafatlardan və ödənilən məzuniyyət pulundan aliment ödənilmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşağın zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması və ya qazancının az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulur. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etmişdir. Məhkəmə hesab edir ki, aliment miqdarı cavabdehin qazancına uyğun olaraq müəyyən edilməli, iddiaçının qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment cavabdehdən alınıb iddiaçının xeyrinə ödəməlidir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının və cavabdehin maddi və ailə vəziyyətini nəzərə alır. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyi baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, həmin Qərarın birinci bəndində qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın ikinci bəndində qeyd edilmişdir ki, qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi təmin olunmalı, İmişli Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(036)-1082/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, 20 avqust 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. İmişli Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(036)-1082/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 20 avqust 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ miqdarında aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-239/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-239/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver