Məhkəmə qərarları › İş №2(089)-243/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-243/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-243/2021 24.11.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun alınması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3015.04 manat əsas borc, 52.41 manat faiz borcu, cəmi 3067.45 manat pul həmçinin ödənilmiş 50.68 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə, illik 23% dərəcəsi ilə nağd şəkildə 4000 manat məbləğində kredit verilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında 21 iyul 2020-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 21 iyul 2020-ci il tarixli, 1030879/20122 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuş, zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 08 oktyabr 2021-ci il tarixinə əsas borcu 3015.04 manat, faiz borcu 52.41 manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə müraciət olunmasına, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, borcun ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-nə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə X2 ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, 12 noyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, hərbi qulluqçu olduqlarından məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı qəbul etdiklərini (Q.Cəfərov iddianı etiraf etdiyini), mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin olunmasını barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 21 iyul 2020-ci il tarixli ,1030879 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh1 4000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 24 ay, illik faiz 23% müəyyən edilmişdir. 21 iyul 2020-ci il tarixli, 1030879/20122 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyi zaminliklə təmin olunmuş, zamin Cavabdeh2 21 iyul 2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 21 iyul 2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 08 oktyabr 2021-ci il tarixə əsas borcu 3015.04 manat, faiz borcu 52.41 manat təşkil edir. 21 iyul 2020-ci il tarixli. FJB**********979 nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 3950.00 manat məbləğində pul nağd olaraq verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdehlər məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 21 iyul 2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21 iyul 2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə əsas borc 3015.04 manat, faiz borcu 52.41 manat borcu alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 50.68 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. “Azər-Türk Bank" ASC və Cavabdeh1 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2undan 3015.04 manat əsas borc, 52.41 manat faiz borcu, 50.68 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3.118.13 (üç min yüz on səkkiz manat on üç qəpik) manat alınaraq İddiaçı ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar