Məhkəmə qərarları › İş №2(089)-244/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-244/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-244/2021 08.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "ABC Telecom” MMC Cavabdeh qarşı borc tələbi ilə məhkəməyə müraciət etmiş, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 1085.2 manat borc, 108 manat cərimə, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 98 manat borc, 9 manat cərimə, 04 dekabr 2020-ci il tarixli müqavilə üzrə 711. 6 manat borc, 71 manat cərimə və 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 623.8 manat borc, 62 manat cərimə olmaqla, ümumilikdə 2769 manat borcun və 47.69 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Məmmədov Vidadi Məmməd oğlundan alınaraq "ABC TELECOM” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "ABC Telecom” MMC-nin baş direktoru H.İsrafilzadə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında 02 dekabr 2020-ci il tarixli müqavilə imzalanmış, o, "xxxx" MMC-dən İMEİ Kodu **********35992 olan Samsung qalxy Note 20 markalı telefon almış, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 1085.2 manat borc, 108 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında 02 dekabr 2020-ci il tarixli müqavilə imzalanmış, o, "xxxx" MMC-dən Philips markalı üzqırxan almış, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 98 manat borc, 9 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında 04 dekabr 2020-ci il tarixli müqavilə imzalanmış, o, "xxxx" MMC-dən İMEİ Kodu **********00072 olan Huawei Y8p markalı telefon almış, 04 dekabr 2020-ci il tarixli müqavilə üzrə 711.6 manat borc, 71 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında 27 noyabr 2019-cu il tarixli müqavilə imzalanmış, o, "xxxx" MMC-dən LG markalı televizor və Panasonic markalı səsucaldıcı almış, 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 623.8 manat borc, 62 manat cərimə borcu yaranmışdır borcu yaranmışdır. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 02 dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********35992 olan Samsung qalxy Note 20 markalı telefon satılmışdır. 13 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 2473 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 110 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 1387.8 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1085.2 manat, cərimə pulu 108 manat təşkil edir. 02 dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh Philips markalı üzqırxan satılmışdır. 13 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 168 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 14 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 70 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 98 manat, cərimə pulu 9 manat təşkil edir. 04 dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********00072 olan Huawei Y8p markalı telefon satılmışdır. 13 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 711.6 manat, ödəniş müddəti 6 ay, aylıq ödəniş 118.6 manat müəyyən edilmiş, cavabdeh əsas borcdan ödəniş etməmiş, ödənilməmiş əsas borc 711.6 manat, cərimə pulu 71 manat təşkil edir. 27 noyabr 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh LG markalı televizor və Panasonic markalı səsucaldıcı satılmışdır. 13 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 1440 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 80 manat müəyyən edilmiş, cavabdeh əsas borcdan 816.2 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 623.8 manat, cərimə pulu 62 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə 03 iyul 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 47.69 manat məbləğində dövlət rüsumu ödənilmişdir Beləliklə, müəyyən olundu ki, "ABC Telecom” MMC və Cavabdeh arasında bağlanmış 02.12.2020, 02.12.2020, 04.12.2020, 27.11.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 2769 manat borcu vardır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, cavabdeh tərəfindən etiraz daxil olmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilməli, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 47.69 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi İddia təmin edilsin. Cavabdeh 02 dekabr 2020-ci il tarixli, 22102442 nömrəli müqavilə üzrə 1085.2 manat borc, 108 manat cərimə, 02 dekabr 2020-ci il tarixli, 22102506 nömrəli müqavilə üzrə 98 manat borc, 9 manat cərimə, 04 dekabr 2020-ci il tarixli, 22106081 nömrəli müqavilə üzrə 711.6 manat borc, 71 manat cərimə, 27 noyabr 2019-cu il tarixli, 01080065 nömrəli müqavilə üzrə 623.8 manat borc, 62 manat cərimə, 47.69 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 2.816.69 manat alınaraq "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar