Məhkəmə qərarları › İş №2(089)-257/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-257/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-257/2024 17.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən 1150 manat məbləğində pulun və ödənilmiş 31.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında 17 sentyabr 2024-cü il tarixdə barışıq sazişi imzalanmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2024-cü ilin oktyabr ayı daxil olmaqla, 2025-ci ilin oktyabr ayınadək hər ay 100 manat, sentyabr ayı 50 manat məbləğində pulu İddiaçı verəcəklərini öhdələrinə götürmüşlər. İddiaçı barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, mülki iş üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə aralarında mübahisənin barışıqla həll edildiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçı və cavabdehlərin mzahatını dinləyib, barışıq sazişinin şərtlərini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının və cavabdehlərin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin imzaladıqları barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2024-cü ilin oktyabr ayı daxil olmaqla, 2025-ci ilin oktyabr ayınadək hər ay 100 manat, sentyabr ayı 50 manat məbləğində pulu İddiaçı verməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı iddiadan imtina etmiş, barışıq sazişi ilə razılaşmışdır.

3. Cavabdeh1 və Cavabdeh2 2024-cü ilin oktyabr ayı daxil olmaqla, 2025-ci ilin oktyabr ayınadək hər ay 100 manat, sentyabr ayı 50 manat məbləğində pulu İddiaçı ödəmədikdə məhkəmə qərarı icraya yönəldiləcək. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 28 iyul 2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzlə İddiaçı tərəfindən 31.50 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər.

Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar