Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-317/2023 04.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, X1nın Borclu qarşı alimentin alınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: X1 alimentin alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 26 oktyabr 2006-cı il tarixdə doğulmuş X9, 26 fevral 2009-cu il tarixdə doğulmuş X7, 12 iyul 2011-ci tarixdə doğulmuş X11 və 12 may 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 2003-cü ildə ailə qurmuşlar. 26 aprel 2005-ci il tarixdə nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından 26 oktyabr 2006-cı il tarixdə Əliyeva Asudə, 26 fevral 2009-cu il tarixdə Əliyeva Fəridə, 12 iyul 2011-ci il tarixdə Əliyev Hacı və 12 may 2019-cu il tarixdə Əliyeva Nuridə doğulmuşdur. Borclu ilə bir evdə ayrı yaşayırlar. Borclu Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmət edir. N manat əmək haqqı alır. Aldığı əməkhaqqını ailəsinə, uşaqlarına xərcləmir. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Borclu pul istəyəndə mübahisə yaradır. Özü heç bir yerdə işləmir. Borclu əmək haqqısı barədə sənəd ala bilmir. İş materiallarında olan:- 792337 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 oktyabr 2006-cı il tarixdə X9, 331565 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 fevral 2009-cu il tarixdə X7, 504536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyul 2011-ci il tarixdə X11 və 964185 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 may 2019-cu il tarixdə X8 doğulmuş, uşaqların atası Borclu, anası X4r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.1.3-cüi maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbkarın tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Odur ki, alimentin tutulması 04 oktyabr 2023cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən X1 həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq borcludan tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmretdim: 20 mart 1980-cı il tarixdə Culfa rayonunun Dizə kəndində doğulmuş, Culfa rayonunun Dizə kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq 26 oktyabr 2006-cı il tarixdə doğulmuş X9, 26 fevral 2009-cu il tarixdə doğulmuş X7, 12 iyul 2011-ci il tarixdə doğulmuş X11 və 12 may 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 verilsin. Alimentin tutulması 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu 100 manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-317/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-317/2023
04.10.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver