Məhkəmə qərarları › İş №2(089)-325/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-325/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-325/2023 13.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Bahəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Bahəddin oğlu Cavabdeh qarşı pul tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsində göstərilən yazılı sübutların cavabdehə təqdim edilməsi üçün surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu səbəbdən də İddiaçı diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, Culfa Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsinə dövlət rüsunun ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsində göstərilən yazılı sübutların cavabdehə təqdim edilməsi üçün surəti əlavə edilmədiyindən, iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Bahəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR CULFA RAYON MƏHKƏMƏSİ AZ-7200 Culfa şəhəri,Heydər Əliyev pros.,61 Tel: (036) 546-12-06, (036) 546-11-30 www.julfacourt.gov.az Elektron ünvan 1 25 sentyabr 2023-cü il iş № 2(089)-302/2023 X1-Culfa rayonunun Əbrəqunus kəndi Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-302/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma:- 03 vərəqədə Hakim: Mehrab Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR CULFA RAYON MƏHKƏMƏSİ AZ-7200 Culfa şəhəri,Heydər Əliyev pros.,61 Tel: (036) 546-12-06, (036) 546-11-30 www.julfacourt.gov.az Elektron ünvan 2.az 10 oktyabr 2023-cü il iş № 2(089)-302/2023 X1-Culfa rayonunun Bənəniyar kəndi Culfa Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(089)-302/2023 nömrəli qərardadına əsasən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surəti Sizə göndərilir. Qoşma:- 19 vərəqədə Hakim: Mehrab Məmmədov NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ X2-Culfa rayonunun Saltaq kəndi Culfa Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(089)-285/2021 nömrəli qərardadına əsasən iddia ərizəsi və sənədlər Sizə göndərilir. Qoşma:- 08 vərəqədə Hakim: Mehrab Məmmədov 17 yanvar 2022-ci il № 2(089)-285/2021 NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ X3-Naxçıvan şəhəri, Çənlibel məhəlləsibina 28, mənzil 46 Culfa Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(089)-175/2022 nömrəli qərardadına əsasən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər Sizə göndərilir. Qoşma:- 18 vərəqədə Hakim: Mehrab Məmmədov 14 sentyabr 2022-ci il № 2(089)-175/2022

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar