Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-336/2024 26.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-13/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, 12 iyul 2018-ci il tarixdə doğulmuş X4 və 30 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 235 manat olmaqla, hər ay Cavabdeh 470 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını qismən müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 2015-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 12 iyul 2018-ci il tarixdə Pirimli Asiman və 30 yanvar 2021-ci il tarixdə Pirimli Ayla doğulmuşdur. Culfa Rayon Məhkəməsinin 2(089)-13/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar onun yanında saxlanılmış, bir uşağın saxlanılması üçün 100 manat aliment müəyyən edilmişdir. Müəyyən edilmiş aliment məbləği ödənilir. Lakin, ödənilən məbləğlə uşaqların ehtiyaclarını tam qarşılaya bilmir. Asiman xəstədir, beyni zəif inkişaf edir, uşağı müalicə etdirir. Müalicə xərcləri çox olduğu üçün bir neçə bankdan kredit götürmüşdür. Bu səbəbdən də maddi vəziyyəti pisləşmişdir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Özü işləmir. Bir neçə yerə müraciət etmiş, lakin iş tapa bilməmişdir. İkinci dəfə ailə qurmuşdur, uşaqların ehtiyaclarını qarşılamaq üçün ailəsi maddi köməklik göstərir. İddianın qismən təmin olunmasını, Culfa Rayon Məhkəməsinin 2(089)-13/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 150 manat olmaqla, hər ay Cavabdeh 300 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı ilə 2015-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından Asiman və Ayla adında iki uşaqları doğulmuşdur. 2023-cü ildə aralarındakı nikah pozulmuşdur. Ordubad rayonunun Aza kəndində yaşayır, çobandır. Ayda 300 manat qazanır. Uşaqların saxlanılması üçün ayda 200 manat aliment ödəyir. Əlavə qazancı yoxdur. Hər hansı xəstəliyi yoxdur. Bir uşaq üçün 110 manat olmaqla, ayda 220 manat aliment ödəyə bilər, daha yüksək məbləğ ödəməyə gücü çatmır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş- 164103, 463582 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, 12 iyul 2018-ci il tarixdə X4 və 30 yanvar 2021-ci il tarixdə X6 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 2(089)-13/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah pozulmuş, X4 və X6 İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. 75 nömrəli, 17 sentyabr 2024-cü tarixli arayışdan görünür ki, İddiaçı Culfa rayon Dizə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2023-cü ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehin əmək qabiliyyətinin olmaması barədə mülki işin materiallarında sübut olmadığından, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsiniyəni 150 manatını cavabdeh iddiaçıya aliment olaraq ödəməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin 2(089)-13/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, 12 iyul 2018-ci il tarixdə doğulmuş X4 və 30 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşaq üçün 150 manat olmaqla, hər ay 300 manat məbləğində aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-13/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 12 iyul 2018-ci il tarixdə doğulmuş X4 və 30 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 150 manat olmaqla, hər ay 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-336/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-336/2024
26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver