Məhkəmə qərarları › İş №2(089)-341/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-341/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-341/2025 20.11.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 1500 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 35 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhərində 4 yol Ticarət Mərkəzində yerləşən 17 nömrəli mağazada məişət mallarının satışı işi ilə məşğul olur. Cavabdeh müştəri kimi tanımışdır. 25 mart 2025-ci il tarixdə Cavabdeh mağazaya gələrək bir ədədi 300 manat olan beş ədəd şofben almış, ayda 300 manat olmaqla, borcun 5 aya ödənilməsi barədə razılığa gəlmişlər. Lakin, Cavabdeh bu günə qədər borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmiş, borcu ödəyəcəyini bildirmişdir. Cavabdeh 1500 manat məbləğində pulun və 35 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı bir ədədi 300 manat dəyərində olan 5 şofben almış, hər ay 300 manat ödəməklə 5 aya borcun ödənilməsi barədə razılaşmışlar, lakin borcunu ödəyə bilməmişdir. Bankdan kredit götürmüş, maaşında gecikmə olduğu üçün krediti ödəyə bilməmiş, kredit ödənişində gecikmə olmasın deyə İddiaçı aldığı şofbenləri satmış, kredit borcunu ödəmişdir. İddiaçı 1500 manat borcu var, lakin hazırda həmin məbləğin hamısını ödəyə bilməz. İddianı qəbul edir, iddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş- 10 aprel 2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 4 yol Ticarət Mərkəzində yerləşən 17 nömrəli mağazanın sahibi İddiaçı 5 ədəf şofben aldığını, 1500 manat borcu olduğunu, ayda 300 manat ödəniş edəcəyini bildirmişdir. ********** nömrəli, 17 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh 07 noyabr 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 35 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar