Məhkəmə qərarları › İş №2(089)-35/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-35/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-35/2022 30.03.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, hər birindən 2000 ABŞ dolları məbləğində borcun və 88 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı X10 iddiasını mürafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhum əri X1 hər biri 2000 ABŞ dolları borc pul almışlar. Əri Cavabdeh1 29 mart 2017-ci il tarixdə ölmüşdür. Cavabdehlər mərhum əri Cavabdeh1 aldıqları borc məbləğini bu günədək qaytarmamşlar. Cavabdehlər mərhum Cavabdeh1 hər biri ayrılıqda 2000 ABŞ dolları borc almalarını etiraf etmələri və həmin borcu qaytaracaqları barədə öz imzaları ilə təsdiq etdikləri sənəd təqdim etmişlər. Lakin cavabdehlər X16 və Cavabdeh1 bu günədək borclarını qaytarmamışlar. İddiaçı izahatında onu da bildirmişdir ki, mərhum əri Cavabdeh1 Cavabdeh2 2002ci ilin oktyabr ayında 2000 ABŞ dolları, Cavabdeh1 2002-ci ilin noyabr ayında 2000 ABŞ dolları məbləğində borc pul almaları barədə məlumatı olmuşdur. Əri Cavabdeh1 öldüyü günədək, Cavabdeh1 öləndən sonra dəfələrlə oğlu və qaynı X8 cavabdehlərdən borc pul məbləğini istəmiş, lakin onlar pulu qaytarmamışlar. Qaynı Rusiya Federasiyasında yaşayır. Əri mərhum Cavabdeh1 2017-ci ilədək, özünün 2017-ci ildən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinin səbəbini bilmir. Vərəsəlik şəhadətnaməsini aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş, “sənin mənə borcun qalmadı 20 fevral 2004-cü il, imza, Məhərrəm Əliyev” yazılmış qeydlə razı deyil. “Sənin mənə borcun qalmadı 20 fevral 2004-cü il, imza, Məhərrəm Əliyev” qeydinin mərhum əri tərəfindən yazılıb-yazılmamasını bilmir. Cavabdeh1 tərəfindən borc pul məbləği qaytarılmamış, pulun qaytarılmaması barədə sübutu yoxdur. Əri Cavabdeh1 hər hansı bir dövlət təşkilatında işləməmiş, Cavabdeh1 tərəfindən yazılmış yazı nümunəsi yoxdur. İddianın təmin edilməsini, cavabdehlərdən 4000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının əri mərhum X1 2002-ci ildə 2000 ABŞ dollağı məbləğində borc pul almış, 2003-cü ilin oktyabr ayınada qaytaracağına söz vermiş, borc məbləğini 2003-cü ilin avqust ayında qaytarmış, Cavabdeh1 borcu qalmamışdır. Mərhum Cavabdeh1 borc pul alan zaman notariat kontorunda yazdığı sənədi istəmiş, o, sənədin atasında olduğunu, sənədi atasından alıb ona verəcəyini bildirmişdir. Mərhum Cavabdeh1 atası ilə görüşmüş, sənədi ondan istəmiş, sənədi tapa bilmədiyini, tapıb verəcəyini demişdir. Mərhum Cavabdeh1 borcu qaytarması barədə iltizam almış, lakin həmin iltizamı tapa, məhkəməyə təqdim edə bilmir. İddia tamamilə əsassızdır. Həmçinin iddia müddəti keçmişdir. İddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının əri mərhum X1 2002-ci ilin noyabr ayında 2000 ABŞ dollağı məbləğində borc pul almış, bir il müddətində qaytaracağına söz vermiş, borcun etirafı barədə ərizə yazaraq Cavabdeh1 vermiş, ərizənin surətini özündə saxlamışdır. Borc məbləğini 20 fevral 2004-cü il tarixdə Cavabdeh1 qaytarmış, borcun etirafı barədə ərizənin onda qalmış surətinə Cavabdeh1 “sənin mənə borcun qalmadı” yazmış və bunu imzası ilə təsdiq etmişdir. İddiaçının tələbi əsassızdır, rədd edilməsini məhkəmədən xahiş edir. 04 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili Vəkil İddiaçı Cavabdeh2 2000 ABŞ dolları məbləğində borc pul tələbinin tamamilə əsassız olduğunu bildirmiş, iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan- 299752 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 və İddiaçı arasında nikah 29 avqust 1997-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. 699192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 mart 2017-ci il tarixdə ölmüşdür. 05 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 mart 2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan arvadı İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. X9 tərəfindən səlahiyyətli dövlət orqanlarına ünvanlanmış sənəddə qeyd edilmişdir ki, “Mən, Culfa rayonunun Bənəniyar kəndində yaşayıram. Cavabdeh1 şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE 00349728 bildirirəm ki, tanıdığım həmkəndlim X1 200 (iki min) amerika dolları borc götürmüşəm və bu pulu bir il müddətinə ödəyəcəyəm. İmza Cavabdeh1 Y. 22 noyabr 2002-ci il”. “Sənin mənə borcun qalmadı 20 fevral 2004 imza Məhərrəm Əliyev” Cavabdeh2 tərəfindən səlahiyyətli dövlət orqanlarına ünvanlanmış sənəddə qeyd edilmişdir ki, “Mən, Culfa rayonunun Bənəniyar kəndində yaşayan, Cavabdeh2 pasport XXVZQ 596908 28.Vİİİ.1992-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 13 nömrəli Polis Bölməsi tərəfindən verilmişdir. Bildirirəm ki, həmkəndlim X4 olan 2000 (iki min) ABŞ dollarını imkanım olmadığı üçün həmin pulu 2003-cü ilin oktyabr ayında qaytarılmasına söz verirəm. İmza Cavabdeh2”. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçının, cavabdehlərin, vəkilin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə İddiaçı Cavabdeh1 qarşı pul tələbi ilə bağlı bildirir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 və X15 arasında şifahi borc müqaviləsi bağlanmış, Məhərrəm Əliyev Cavabdeh1 22 noyabr 2002-ci il tarixdə 2000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh Məhərrəm Əliyevdən borc pul aldığını etiraf etməsi barədə səlahiyyətli dövlət orqanlarına sənəd yazmış, Məhərrəm Əliyevə olan borcunu bir il ərzində qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində, izahatında cavabdehin borcun etirafı barədə sənəddə qeyd edilmiş borc məbləğini qaytarmadığını bildirsə də, Cavabdeh1 izahatında borc məbləğini X15ə 2004-cü ildə qaytardığını, borc alan zaman səlahiyyətli dövlət orqanlarına yazdığı, Məhərrəm Əliyevə təqdim etdiyi sənədin onda qalmış surətinə Məhərrəm Əliyev tərəfindən “sənin mənə borcun qalmadı” fikrini yazdırdığını bildirmiş və sənədi məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən məhkəməyə borcun qaytarılması barədə təqdim edilmiş sübutla iddiaçı razılaşmasa da, sənəddə olan yazıların, imzanın Məhərrəm Əliyev tərəfindən icra edilmədiyini bildirsə də, borcun qaytarılmadığını və sənəddə göstərilən yazıların Məhərrəm Əliyev tərəfindən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əri X15in yazı nümunələrinin olmadığını, yazı nümunələrini məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Məhərrəm Əliyevə məxsus sürücülük vəsiqəsi və pasportda olan imzalara əsasən Cavabdeh1 tərəfindən məhkəməyə borcun qaytarılması barədə təqdim edilmiş sənəddə olan imzanın Məhərrəm Əliyev və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının müəyyənləşdirilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan MR Ədliyyə nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 49 nömrəli rəyinin nəticə hissəsində imzanın X5 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsinin mümkün olmaması qeyd edilmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış qəbzə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, Cavabdeh1 X15 qarşısında 2000 ABŞ dolları məbləğində borclandığını etiraf etmiş, həmin pulu 2003-cü ilin noyabr ayınadək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, X15 və cavabdeh arasında etibarlı hüquq münasibətinin və iddiaçının sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Lakin cavabdeh Məhərrəm Əliyev borc pul məbləğini qaytardığını təsdiq edəcək sübutu məhkəməyə təqdim emişdir. İddiaçı həmin borc məbləğinin qaytarılmadığını bildirsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan rRspublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mərhum əri Məhərrəm Əliyev tərəfindən Cavabdeh1 verilmiş 2000 ABŞ dolları borc məbləğinin qaytarılması sübut olunduğundan həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə İddiaçı Cavabdeh2 2000 ABŞ dolları məbləğində pul tələbi ilə bağlı bildirir ki, həmin hissədə də iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X5 və Cavabdeh2 arasında şifahi borc müqaviləsi bağlanmış, X15 Cavabdeh2 11 noyabr 2002-ci il tarixdə 2000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh Akif X7 borcunu 2003-cü ilin oktyabr ayında qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində, izahatında Cavabdeh2 borcun etirafı barədə sənəddə qeyd edilmiş borc məbləğini qaytarmadığını, cavabdeh isə həmin borc məbləğini qaytardığını, mərhum Cavabdeh1 borcu qaytarması barədə iltizam aldığını, lakin həmin iltizamı tapa, məhkəməyə təqdim edə bilmədiyini, borc məbləğini 19 il əvvəl qaytardığını, iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı iddia müddətinin keçdiyini bildirmiş, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əri X15 cavabdehlə iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, borc məbləğinin ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Göstərilən müddət müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, müqavilənin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 368 və 377.2-ci maddələrinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Yuxarıda qeyd edilmiş maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun və faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. O da nəzərə alınmalıdır ki, Azərbaycan respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri Məhərrəm Əliyev 11 oktyabr 2002-ci il tarixdə Cavabdeh2 2000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh2 həmin məbləği 2003-cü ilin oktyabr ayında qaytarmağı öhdəsinə götürmüş, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsi üzrə borc məbləğinin qaytarılması müddəti müəyyən edilmişdir. Borc verən Məhərrəm Əliyev 29 avqust 2017-ci ildə ölmüş, Culfa rayon dövlət notariat ofisi tərəfindən 05 noyabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə 29 mart 2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəsinin arvadı İddiaçı olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, X15in cavabdehlərə verdiyi cəmi 4000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 əmlakı olmuşdur ki, həmin əmlakı əldə etmək hüququ vərəsəlik qaydasında İddiaçı keçmişdir. İddiaçı mərhum Cavabdeh1 vərəsəsi olması isə Culfa rayon dövlət notariat ofisi tərəfindən 05 noyabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası MM-nin 1151-ci maddəsinə əsasən mirasa (mirs əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Cavabdeh2 tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Belə ki, mərhum Cavabdeh1 Cavabdeh2 alacağı 2000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödəniləcəyi halda, həmin pul vəsaiti miras olaraq G.Əliyev tərəfindən əldə ediləcəkdi. Cavabdeh2 isə 2000 ABŞ dolları məbləğində borc pulun qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 tərəfindən 11 oktyabr 2002-ci il tarixdə yazılmış borcun etirafı barədə sənəddən müəyyən edilmişdir ki, müqavilə üzrə öhdəliyin icrası müddəti 2003-cü ilin oktyabr ayıdır. İddia müddətinin axımı 2003-cü ilin oktyabr ayından başlanmışdır. X15 və Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin 2003-cü ilin oktyabr ayında bitməsinə baxmayaraq, Məhərrəm Əliyev öldüyü günədək, 29 avqust 2017-ci il tarixədək 14 il keçəməsinə baxmayaraq məhkəməyə müraciət etməmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti keçmişdir. İddiaçı tərəfindən məhrum əri tərəfindən verilmiş borc məbləğinin Cavabdeh2 tələb etməsinə isə yeni iddia müddəti tətbiq edilə bilməz. Ona görə ki, borc məbləğin iddiaçı tərəfindən deyil, onun əri tərəfindən cavabdehə verilmiş, müqavilə üzrə öhdəliyin icrası müddəti 2003-cü ilin oktyabr ayı müəyyən edilmiş, həmin müddətin başa çatmasına baxmayaraq, borc məbləği Məhərrəm Əliyev tərəfindən 14 il ərzində tələb edilməmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçıın Cavabdeh2 qarşı borc pul məbləğinin ödənilməsi barədə iddiası iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 88 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borc pul məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar