Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-36/2021 02.02.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçı Cabbarova (Əsgərova) Turanə İlşad qızının nümayəndəsi-vəkili X6 və Cavabdeh iştirakı ilə, Cabbarova (Əsgərova) Turanə İlşad qızının Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cabbarova (Əsgərova) Turanə İlşad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh xx xxxxx 2013-cü il tarixdə doğulmuş X8 və xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 200 manat olmaqla hər ay 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cabbarova (Əsgərova) Turanə İlşad qızı iddiasını onunla əsaslandırmışdır ki, Culfa Rayon məhkəməsinin 2(089)-95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2013-cü il tarixdə doğulmuş X8 və xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün 126 manat aliment ödəyir. Ödənilən aliment məbləği azdır, uşaqların ehtiyaclarını qarşılamaq mümkün deyil. Cavabdeh biologiya fənnini digər ödənişli əsaslarla tədris edir, bunun müqabilində ayda 600 manata qədər əlavə qazanc əldə edir, qazancı dəyişəndir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Cabbarova (Əsgərova) Turanə İlşad qızına məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçı Cabbarova (Əsgərova) Turanə İlşad qızının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili X6 izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından xx xxxxx 2013-cü il tarixdə X8 və xx xxxxxx 2017-ci il tarixdə X9 doğulmuşdur. Tərəflər arasında nikah Culfa Rayon məhkəməsinin 2(089)-95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların saxlanması üçün Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün 126 manat aliment ödəyir. Ödənilən aliment məbləği bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum məbləğin yarısından azdır. Ödənilən aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılamaq mümkün deyil. Uşaqlar böyüyür, ehtiyacları artır, belə olan halda iddiaçının maddi vəziyyəti pisləşir. Cavabdeh əməkhaqqı alır, həmçinin biologiya fənnini digər ödənişli əsaslarla tədris edir, bunun müqabilində aylıq 600 manata qədər əlavə qazanc əldə edir, qazancı dəyişəndir. Qeyd edilənlər isə alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. Cavabdehin əlavə qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. İddiaçının nümayəndəsi-vəkili M.Seyidov izahatında onu da bildirmişdir ki, tərəflər arasında aliment məbləğinin müəyyən edilməsi ilə bağlı şifahi razılıq olmuş, iddiaçı cavabdehin bir uşağın saxlanması üçün 130 manat məbləğində aliment ödəməsinə razıdır. İddianın qismən təmin edilməsi, bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından xx xxxxx 2013-cü il tarixdə X8 və xx xxxxxx 2017-ci il tarixdə X9 doğulmuşdur. Aralarında olan nikah Culfa Rayon məhkəməsinin 2(089)-95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların saxlanması üçün qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Uşaqların saxlanması üçün 126 manat aliment ödəyir. Ödənilən aliment məbləğinin az olmasını düşünür. Həmin məbləğlə uşaqların ehtiyaclarını qarşılamaq mümkün deyil. Əlavə qazancı yoxdur, digər ödənişli əsaslarla fənn tədris etmir. Buna baxmayaraq bir uşaq üçün 130 manat aliment müəyyən edilməsinə etiraz etmir. İş materiallarında olan- 857175 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2013-cü il tarixdə X8 doğulmuş, atası Cavabdeh, anası Cabbarova (Əsgərova) Turanə İlşad qızıdır. 964068 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə X9 doğulmuş, atası Cavabdeh, anası Cabbarova (Əsgərova) Turanə İlşad qızıdır. Culfa Rayon Məhkəməsinin 2(089)-95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və Cabbarova (Əsgərova) Turanə İlşad qızı arasında xx xxxxxxx 2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx xxxxx 2013-cü il tarixdə doğulmuş X8 və xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X2 (Əsgərova) Turanə İlşad qızının yanında saxlanılmış, X8 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehin qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmiş, cavabdeh hər ay uşaqların saxlanması üçün iddiaçıya 126 manat aliment ödəyir. 126 manat alimentlə uşaqların ehtiyaclarını qarşılamaq mümkün deyil. Belə olan halda iddiaçı əlavə pul xərcləməli olur, ki, bu da iddiaçının maddi vəziyyətini pisləşdirir. İddiaçı T.Cabbarova aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində 400 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh əlavə qazancının olmadığını bildirmiş, lakin bir uşağın saxlanması üçün iddiaçıya 130 manat aliment ödəyə biləcəyini bildirmişdir. İddiaçının nümayəndəsi iddiaçının bir uşağın saxlanması üçün 130 manat aliment müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ödənilən aliment məbləği iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğundan alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bir uşaq üçün aliment məbləğinin 130 manat müəyyən edilməsini xahiş etmiş, iddiaçı etirazının olmadığını (nümayəndənin bildirdiyinə görə) bildirmişdir. Məhkəmə uşaqların hazırda iddiaçının yanında yaşamasını, uşaqların gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur və Cavabdeh uşaqların saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla 260 manat sabit pul məbləğində aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-95/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti miqdarı dəyişdirilsin. xx xxxxx 2013-cü il tarixdə doğulmuş X8 və xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat sabit pul məbləğində aliment alınıb X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-36/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-36/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver