Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-37/2024 15.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 13000 manat borcun, bank uçot dərəcəsinə əsasən 1170 manatın və 133 manat ödənilmiş dövlət rüsumunun, cəmi 14303 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddiasını onunla əsaslandırmışdır ki, tikinti mallarının ticarəti ilə məşğul olur. Fikrət adlı şəxsi 5-6 il əvvəl tikinti işi ilə məşğul olan şəxs kimi tanımışdır. 2022-ci ilin aprel ayında Babək prospektində yerləşən kafellərin birində Fikrətlə təsadüfən rastlaşmış, onunla söhbət edən zaman Fikrət ondan nə iş görməsini soruşmuş, Fikrətə keramoqranit satışı ilə məşğul olduğunu bildirmişdir. Fikrət ona danışdığı obyektlərə həmin mallardan verməyi təklif etmiş, Fikrətlə razılaşmışdır. Təxminən 2-3 gün sonra Fikrət ona zəng etmiş, onunla görüşmüş, tikilməkdə olan bir neçə obyekti və binanı ona göstərmişdir. Fikrətin təklifi ilə bir neçə gün sonra Xətai rayonu, Cavanşir küçəsi 26 ünvanında yerləşən tikilməkdə olan binanın həyətinə 12 paletdə, təxminən dəyədi 16.000 manat olan keramoqraniti aparmışdır. Həmin malları oraya qoyduqdan sonra Fikrət bir neçə gün ərzində işin başlayacağını bildirmişdir. Bir gün sonra Fikrət Nəsimi rayonunda, "Nəsimi Bazarı” adlı yerin yaxınlığında yerləşən tikilməkdə olan binanın həyətinə 6 paletdən ibarət, təxmini qiyməti 6.000 manat olan keramoqraniti aparıb qoydurmuşdur. Lakin həmin binada da tikinti işləri başlanmamışdır. Təxminən iki həftə sonra Fikrət işləri götürmədiklərini bildirmiş, ona 5.000 manat pul vermiş, qalan pulu da verəcəyini bildirmiş, bu günədək ona pul verməmişdir. 2022-ci ilinin noyabr ayında 36-cı polis bölməsinə ərizə ilə müraciət etdim. Polisə müraciət etdikdən sonra Fikrət ona əlavə olaraq 5 000 manat pul vermişdir. Fikrətin hazırda ona 13.000 manat borcu qalmışdır. Belə ki, 22,000 manatlıq kremoqranitdən əlavə 1000 manat dəyərində çinqıl və sement də almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhərində yaşadığından, maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, iştirakı olmdan mülki işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Xətai rayon Pİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı Ramin Ələkbərov tərəfindən HK-1-2738 nömrə ilə qeydiyyata alınmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyul 2023-cü il tarixli qərarda Cavabdeh izahatında bildrimişdir ki, “tikinti mallarının ticarəti ilə məşğul olur. Telmanı 5-6 ildir ki, tanıyır və onunla aralarında normal münasibət olmuşdur. 2022-ci ilin aprel ayında Telmanla olan danışığa görə Telman "Olimpus” MMC tikinti şirkətinin tikdiyi, Cavanşir küçəsində və “Nəsimi bazan”nın yaxınlığında yerləşən binalarda kremoqranit işini görməli və əvəzində Cavanşir küçəsində yerləşən binadan iki otaqlı mənzil almalı idi. Buna görə Telman hər iki qeyd olunan ünvanda yerləşən binalara kremoqranitləri aparmışdır. Həmin şirkətlə bağlı başqa təmir işləri də görürmüşdür. Həmin şirkətdən ona da mənzil söz vermişlər. Mənzil sənədləşməsi gecikdiyi üçün həmin şirkətlə işlərini saxlamışdır. Bu barədə Telmana da məlumat vermişdir. Daha sonra Telman kremoqranitlə bağlı binada işləri görə bilmədiyi üçün mallarını geri istəmişdir. Özü də Telmana iki dəfə 5.000 manat olmaqla, cəmi 10.000 manat pul vermişdir. Həmin keramoqranitlərin pulu tikinti şirkəti tərəfindən ona ümumi qaydada ödənildiyi üçün başqa ustalara olan borclarını qaytarmışdır. Hazırda Telmana 13.000 manat borcu qalmışdır. Telmana olan borcunu pul şəkilndə və yaxud ondan aldığı keramoqranitlər şəklində geri qaytaracaq. Telmanı aldatmamışdır. Telmanla həqiqətən bir yerdə tikinti işi görmək və gəlir əldə etmək istəmişdir. "xxxx" MMC ilə tanışı Pənah vasitəsilə iş görmüşdür. Hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün Telmana olan borcunu qaytarmağa çətinlik çəkir”. Məhkəmə iş materiallarını, təqdim edilmiş sübutları araşdıraraq və onlara qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu və Cavabdeh arasında Xətai rayonu, Cavanşir küçəsi 26 ünvanında yerləşən, tikilməkdə olan binanın həyətinə 16.000 manat dəyərində 12 paletdə, "Nəsimi Bazarı” adlanan yerin yaxınlığında yerləşən tikilməkdə olan binanın həyətinə 6000 manat dəyərində 6 paletdə keramoqraniti aparması barədə razılıq olmuş, İddiaçı qeyd edilən ünvanlara keramoqraniti aparmış, binalarda tikinti işləri başlanmadığından İddiaçı Cavabdeh keramoqranitin pulunu tələb etmiş, Cavabdeh İddiaçı hərdən 5000 manat olmaqla, 10000 manat pul vermiş, 13000 manat borc qalmaqdadır. Cavabdeh İddiaçı 13000 manat borcunun olması Xətai rayon Pİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı Ramin Ələkbərov tərəfindən HK-1-2738 nömrə ilə qeydiyyata alınmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyul 2023-cü il tarixli qərarda qeyd edilmiş izahatında da öz təsdiqini tapır. Belə ki, Cavabdeh İddiaçı 13000 manat borcunun olmasını verdiyi izahatında etiraf etmiş, lakin borc məbləğini İddiaçı ödəməmiş, İddiaçı məhkəməyə müraciət etmiş, 13000 manat borcun cavabdehdən alınması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisiyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı- satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən Xətai rayon Pİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı Ramin Ələkbərov tərəfindən HK-1- 2738 nömrə ilə qeydiyyata alınmış material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyul 2023-cü il tarixli qərarda Cavabdeh izahatına istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 13000 manat məbləğində borclandığını etiraf etmiş, lakin borc məbləğini iddiaçıya ödəməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin təqdim edilməməsi isə cavabdehin etiraf etdiyi borc məbləğini iddiaçıya ödəməkdən azad etmir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 13000 manat borcunun olması sübuta yetir, ona görə də Cavabdeh 13000 manat alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla, icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanmaqla iddia ərizəsində cavabdehdən qərarın çıxarıldığı gün üçün bank uçot dərəcinə əsasən borcun 9%-i miqdarında, 1170 manat pulun alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının borc məbləğinin gecikdirilməsinə görə cavabdehdən əldən çıxmış faydaya görə qətnamənin çıxarıldığı gün üçün borcun 9%-i miqdarında pul tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-in 339.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 449.1-ci maddəsinə müvafiq olaraq (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Beləliklə qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq iddiaçı onun pulunun qanunsuz olaraq borclu tərəfindən saxlanılması nəticəsində borc vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bildikdə həmin zərəri Mülki Məcəllənin 21.2 və 449.3-cü maddəsinə əsasən borcludan tələb edə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməməli, Cavabdeh 13000 manat məbləğində pul alınıb İddiaçı oğluna verilmli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan 02 dekabr 2023cü il tarixli, 22766 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı oğlu 133 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 133 manat dövlət rüsumunun 122 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 11 manat isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13000 manat məbləğində pul, 133 manat ödənilmiş dövlət rüsumunun 122 manat hissəsi alınıb İddiaçı oğluna verilsin.. 133 manat ödənilmiş dövlət rüsumunun 11 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-37/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-37/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver