Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-45/2024 16.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 300 manat ilkin ödənişin, 400 manat ilk dörd aylıq ödənişin,120 manat dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 11 iyul 2023-cü il tarixli, 40 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə dəyəri 1050 manat olan TEL-mi-12 LİTE-8/128-B markalı telefonu satmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh aldığı malın 30 % hissəsini, yəni 300 manatını nəğd olaraq, qalan 750 manat hissəsini isə 28 avqust 2023-cü il tarixdən başlayaraq 6 ay müddətinə hər ay 100 manat, 7-ci ayda isə 28 fevral 2024-cü il tarixdə 150 manat məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, 300 manat ilkin ödənişi və hissə-hissə ödəməli olduğu 750 manatı bu günədək ödəməmişdir. Cavabdeh bir neçə dəfə borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, lakin öhdəliyin yerinə yetirilməsinə heç bir əhəmiyyət verəmişdir. Nəticədə Cavabdeh ona 300 manat ilkin ödəniş borcu, 400 manat ilk dörd aylıq ödənişin borcu və 120 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı 17 yanvar 2024-cü il tarixdə tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tələbi dəyişdirmiş, Cavabdeh 11 iyul 2023-cü il tarixli, 40 nömrəli alqı-satqı müqaviləsi üzrə 1050 manat pulun və 157 manat dəbbə pulunun və 32.10 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı 11 iyul 2023-cü il tarixli, 40 nömrəli alqısatqı müqaviləsi üzrə 1050 manat pulun və 157 manat dəbbə pulunun və 32.10 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə tələbə baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 40 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 1050 manat dəyərində TEL-mi-12LİTE-8/128-B markalı mobil telefonu satılmışdır. Müqaviləyə əsasən Cavabdeh malın 30% hissəsini, yəni 300 manatı ilkin olaraq ödəməlki, qalıq 750 manatı isə xx.xx.2023-cü il tarixdən 6 ay müddətində hər ay 100 manat, 7-ci ayda, yəni xx.xx.2024-cü il tarixdə isə 150 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin olaraq ödəməli olduğu 300 manat üç gün ərzində ödəyəcəyini bildirmiş, lakin bu günədək, nə ilkin ödəniş olaraq ödəməli olduğu 300 manatı və hisssə-hissə ödəməli olduğu 750 manatı ödəməmişdir. Cavabdeh bir neçə dəfə borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, lakin o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddianın təmin edilməsini, 1050 manat borcun, 157 manat dəbbə pulunun və 32.10 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, 11 iyul 2023-ci il tarixli, 40 nömrəli müqavilədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında kredit satış müqaviləsi imzalanmış, Cavabdeh İddiaçı dəyəri 1050 manat olan TEL-mi-12 LİTE-8/128-B markalı mobil telefon almış, aldığı malın dəyərininin 30 faiz hissəsini, 300 manatı nəğd qaydada ödəməklə, qalan 750 manatı 28 avqust 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək hər ay 100 manat, 28 fevral 2024-cü il tarixdə isə 150 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü maddəsinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən ödənişi gecikdirdiyi halda, hər keçən gün üçün 1 manat həcmində dəbbə pulu qalan borcun üzərinə hesablanır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 11 iyul 2023-ci il tarixli, 40 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh İddiaçı dəyəri 1050 manat olan TEL-mi-12 LİTE-8/128-B markalı mobil telefon almış, aldığı malın dəyərininin 30 faiz hissəsini, 300 manatı nəğd qaydada ödəməklə, qalan 750 manatı 28 avqust 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək hər ay 100 manat, 28 fevral 2024-cü il tarixdə isə 150 manat ödəməyi öhdəsinə götürmüş, lakin ilkin ödənişi və 750 manatı ödəməmiş, müqaviə üzrə üzərinə götürdüyü öhdəliyi yetinə yetirməmişdir. Cavabdeh İddiaçı borcu 1050 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıya olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə xəbərdar edilmişdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə ümumilikdə cavabdehin iddiaçıya 1050 manat borcu və 157 manat dəbbə pulu borcu vardır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 18 dekabr 2023-cü il tarixli 10860 nömrəli və 17 yanvar 2024-cü il tarixli, 3286 nömrəli qəbzlərdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 32.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 32.10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdeh 1050 manat borc və 32.10 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-45/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-45/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver