Məhkəmə qərarları › İş №2(089)-48/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-48/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-48/2021 09.02.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir İddiaçı xx xxxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ Azərbaycan Beynəlxalq bank ASC- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç 67 Surəti: Rzayeva nazlı Nüsrət qızına-Culfa rayonunun Camaldın kəndi Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(089)-20/2021 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : Qərardadıın surəti 02 vərəqədə Hakim: Mehrab Məmmədov xx xxxxxx 2021-ci il № 2(089)-20/2021 NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ İddiaçının nümayəndəsi Babayev Hüseyn Zeynal oğluna-Culfa şəhəri, M.Əsgərov küçəsi 1/11 Culfa Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(089)-108/2019 nömrəli qərardadına əsasən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər Sizə göndərilir. Qoşma : iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər 13 vərəqədə Hakim: Mehrab Məmmədov xx xxxxxxxx 2019-cu il №2(089)-108/2019 NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ Culfa rayon İcra və Probasiya bölməsinin rəisi İntiqam Vəliyevə Culfa Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(089)-108/2019 nömrəli icra edilməsi üçün Sizə göndərilir. Qoşma : 01 vərəqədə Hakim: Mehrab Məmmədov xx xxxxxxxx 2019-cu il №2(089)-108/2019

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar