Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-51/2022 04.03.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(089)-61/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 17 mart 2015-ci il tarixdə doğulmuş X6, 07 iyun 2016-cı il tarixdə doğulmuş X7, 29 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 180 manat olmaqla, hər ay 540 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla 04 noyabr 2013-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 17 mart 2015-ci il tarixdə Novruzlu Zaur, 07 iyun 2016-cı il tarixdə Novruzlu Səma, 29 may 2018-ci il tarixdə Novruzlu Zümrüd doğulmuşdur. Ordubad Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(089)-61/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında saxlanmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 90 manat aliment müəyyən edilmişdir. Cavabdeh müəyyən edilmiş aliment məbləğini gecikmələr olmaqla ödəyir, hazırda 440 manat aliment borcu var. Özü işləmir, uşaqlara qulluq edir. 270 manat məbləğində alimentlə uşaqların ehtiyaclarını qarşılaya bilmir, uşaqlarını çətinliklə saxlayır. Uşaqlar böyüdükcə ehtiyacları da artır. Belə olan halda maddi vəziyyəti pisləşir. 2021-ci illə 2022-ci ili müqayisə etdikdə, qiymətlərin necə artmasını hər kəs bilir. Bu gün qanunla bir uşağın saxlanması üçün 193 manat pul tələb olunur. Cavabdeh Bakı şəhərində meyvə mağazası işlədir, qazancı çoxdur. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Uşaqları saxlamaq ata kimi cavabdehin vəzifəsidir. Qazancı azdırsa, başqa iş tapsın, işləsin, uşaqlarının gündəlik ehtiyaclarını qarşılasın. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdehlə vatsap tətbiqi vasitəsilə başqa adla yazışmış, cavabdeh mağazanın başqa şəxsə məxsus olmasını, kirayə verdiyini, məhsulları özünün aldığını və satdığını bildirmişdir. Uşaqların saxlanması üçün bir uşaq üçün 180 manat olmaqla, 540 manat məbləğində aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına nümayəndəsi Nümayəndə tərəfindən təmsil olunmuşdur. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh Nümayəndə iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Cavabdeh onun oğludur, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilmir, cavabdehi təmsil edir. Cavabdeh təkrar ailə qurmamış, Bakı şəhərində başqa şəxsə məxsus olan mağazada satıcı işləyir, 300 manat əməkhaqqı alır. Mağaza sahibi ilə cavabdeh arasında başğlanmış əmək müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Cavabdehin əlavə qazancı yoxdur. Əgər aliment məbləği artırılarsa, cavabdeh müəyyən olunmuş alimenti ödəyə bilməyəcək. Qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan- 400752 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 16 dekabr 2021-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. BWVMD2T və 90HRRX0 fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətindən görünür ki, X6 17 mart 2015-ci il tarixdə, X7 07 iyun 2016-cı il tarixdə doğulmuş, uşaqların atası Cavabdehdur. 960378 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 29 may 2018-ci il tarixdə X5 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Ordubad Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(089)-61/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 17 mart 2015-ci ildə doğulmuş X6, 07 iyun 2016-cı ildə doğulmuş X7, 29 may 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 90 manat olmaqla, hər ay 270 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2021-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanılması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhərində meyvə mağazası işlədir. Cavabdehin nümayəndəsi cavabdehin mağazada satıcı işlədiyini, 300 manat əməkhaqqı aldığını bildirmiş, bu barədə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişi məhkəməyə təqdim etmişdir. Cavabdeh üç uşağın saxlanılması üçün 270 manat aliment ödəyir, əməkhaqqından ona 30 manat pul qalır. Belə olan halda məhkəmə hesab edir ki, 30 manat məbləğində pulla bir şəxsin bir ay ərzində ehtiyaclarının qarşılanması mümkün deyil, buradan məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin aylıq qazancı 300 manatdan çoxdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, alimentin artırılmaması üçün cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildiriş sübut kimi qəbul edilməməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi yaddaş kartına köçürülmüş videoya baxış zamanı isə müəyyən edilmişdir ki, cavabdeh həqiqətən də Bakı şəhərində meyvə mağazasında satıcı işləmir, meyvə mağazasını kirayəçi olaraq işlədir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Cavabdehin qazancının az olması isə onu uşaqlarını saxlamaq, uşaqların saxlanılması üçün iddiaçıya qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan məbləğdə aliment ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 110 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Məhkəmə gəldiyi nəticəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarı baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Ordubad Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(089)-61/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh 17 mart 2015-ci il tarixdə doğulmuş X6, 07 iyun 2016-cı il tarixdə doğulmuş X7, 29 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 110 manat olmaqla, hər ay 330 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(089)-61/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 17 mart 2015-ci il tarixdə doğulmuş X6, 07 iyun 2016-cı il tarixdə doğulmuş X7, 29 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 110 manat olmaqla, hər ay 330 manat məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-51/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-51/2022
04.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver