Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-51/2025 14.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 3617 manat borc və 56.17 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh onunla Culfa şəhərində qonşuluqda yaşayır. Kənan ondan borc pul istəmiş, ikisi razılaşmışlar və öz adına "xxxx" ASC-nin Culfa filialından 14 may 2024-cü il tarixli, GTKR7802207B132 nömrəli kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 17.8 % olmaqla 2800 manat kredit götürmüş, həmin məbləği Cavabdeh vermişdir. Cavabdeh Culfa şəhərində yerləşən hərbi hissədə MAXE vəzifəsində xidmət edir. Aralarındakı razılaşmaya uyğun olaraq o, hər ay krediti faizi ilə birlikdə banka ödəməli idi. Lakin, Cavabdeh indiyə kimi kredit borcundan ödəniş etməmişdir, həmin kredit borcunu faizi ilə birlikdə özü 6 ay ödəmişdir. Hazırda cavabdehin 2800 manat kredit borcu, 277.93 manat faiz borcu var və borcunu ödəmir. Həmçinin, bundan əlavə, 540 manat məbləğində pulu da Cavabdeh borc olaraq vermişdir. Həmin məbləği də cavabdeh ödəməkdən imtina edir. Dəfələrlə cavabdehə borcunu ödəməsini bildirmiş, lakin o, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. İddianın təmin edilməsini, cavabdehdən 3617 manat məbləğində borc pulun və 56.17 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, həqiqətən də 2024-cü ilin may ayında İddiaçı "xxxx" ASC ilə bağladığı müqavilə əsasında 2800 manat kredit götürmüş və həmin pulu ona vermişdir. Kredit borcunun və ona hesablanmış faizlərin onun tərəfindən ödənilməsi barədə razılaşmışlar, lakin maddi imkanı olmadığı üçün həmin kredit borcunu ödəyə bilməmişdir, 2024-cü ilin may ayından bu günə kimi ödəniş etməmişdir. 2800 manat əsas borc, 277.93 manat faiz borcu olduğunu qəbul edir. Lakin, iddiaçının iddia etdiyi 540 manat məbləğində borcu olduğunu qəbul etmir, İddiaçı ona hansısa vaxt 540 manat borc pul verməmişdir. İddianı qismən qəbul edir, iddianı qismən etiraf edir, iddianın qismən təmin edilməsinə etiraz etmir. İş materiallarında olan- 14 may 2024-cü il tarixli, GTKR7802207B132 saylı kredit müqaviləsinə ƏLAVƏ, ödəniş qrafikindən görünür ki, İddiaçı illik 17.8 % dərəcəsi ilə, 12 ay müddətinə, 2800 manat məbləğində kredit verilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın qismən etiraf edilməsini qəbul edir və iddianın qismən mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın qismən etiraf edilməsini qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçının 540 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə hissəsində iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh 3077.93 manat məbləğində borcu olduğunu etiraf etmiş, lakin 540 manat məbləğində pulun İddiaçı tərəfindən ona verilmədiyini bildirmiş, həmin hissədə iddianı qəbul etməmişdir. Həmçinin, İddiaçı tərəfindən Cavabdeh 540 manat məbləğində borc pul verilməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3077.93 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 56.17 manat dövlət rüsumunun 50.78 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3077.93 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş 56.17 manat dövlət rüsumunun 50.78 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 5.39 manat hissəsi özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-51/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-51/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver