Məhkəmə qərarları › İş №2(089)-75/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-75/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-75/2025 04.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 830 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 860 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə instaqram sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Özünə məxsus motosikleti sosial şəbəkədə satmaq üçün paylaşmış, cavabdeh də oradan müraciət etmiş, ona 1200 manat dəyərində motosiklet satmışdır. 2024-cü ilin sentyabr ayında cavabdeh 370 manat ödəniş etmiş, qalan məbləği, yəni 830 manatı isə 2 aya verəcəyi barədə razılaşmışlar. Lakin, cavabdeh razılaşdıqları müddətdə borcunu ödəməmişdir. Onunla əlaqə saxlamış, cavabdeh ona borcunu verəcəyini bildirmiş, lakin bugünədək borcunu ödəməmişdir. İddianın təmin edilməsini, cavabdehdən 830 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də 2024-cü ilin sentyabr ayında İddiaçı ilə “instagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, 1200 manat dəyərində motosikletin alqı-satqısı barədə razılaşmışlar. İddiaçıya lll dərəcə əlil olduğunu, işləmədiyini, motosikleti kuryer kimi işləmək üçün almaq istədiyini bildirmişdir. İddiaçı motosikleti maşınla Naxçıvan şəhərində köhnə bazar tərəfə gətirmiş, həmin vaxt motosiklet işlək vəziyyətdə olmamış, bəzi problemləri olmuşdur. Nasazlıqların aradan qaldırılması üçün maşın bazarına getmişlər, orada motosiklet üçün bir neçə detal almışlar və sonra motosikleti evinə aparmışdır. Sabahısı günü iddiaçıya zəng etmiş, motosiklet üçün çəkdiyi xərcləri ona artıqlaması ilə ödəyəcəyini, nasazlıqları olduğu üçün motosikleti qaytarmaq istədiyini bildirmiş, lakin iddiaçı razı olmamışdır. Motosiklet üçün razılaşdıqları məbləğin 370 manatını iddiaçıya ödəmiş, qalan 830 manat məbləğində pulu ödəməmişdir. Hazırda motosikleti başqa şəxsə satmışdır. İddianı qəbul edir, iddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş- İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X2 videoyazı məhkəmə iclas zalında nümayiş etdirilmiş, həmin videoyazıda Cavabdeh İddiaçı 2024-cü ilin sentyabr ayında 1200 manat dəyərində motosiklet aldığını, 370 manatını ödədiyini, qalan 830 manat borcunu oktyabr və noyabr aylarında, iki dəfəyə ödəyəcəyini bildirmiş, bununla da borcunu etiraf etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 830 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 830 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınıb İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar