Məhkəmə qərarları › İş №2(089)-93/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(089)-93/2021

10.03.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Culfa rayon İş № 2(089)-93/2021 10.03.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən, Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlu, X1nın Borclu qarşı alimentin alınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: X1 xx xxxx 2021-ci il tarixdə alimentin alınması tələbi ilə məhkəməyə müraciət etmiş, xx xxxx 2009-cu il tarixdə doğulmuş X8 və xx xxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay qazancının (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə xx xxxxxx 2009-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə X8 və xx xxx 2010-cu il tarixdə X6 doğulmuşdur. Borclula ayrı yaşayırlar. Uşaqları ilə birlikdə Culfa rayon Yaycı kəndində atasına məxsus evdə yaşayırlar. Borclu uşaqlarının saxlanması üçün ona maddi köməklik etmir. İş materiallarında olan:- 418203 nömrəli nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu oğlu və X7 arasında nikah xx xxxxxx 2009-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. 331674 və 501740 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx xxxx 2009-cu il tarixdə, X6 xx xxx 2010-cu il tarixdə doğulmuş, uşaqların atası Borclu, anası X5r. 04/128 nömrəli, xx xxxx 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Borclu Culfa rayon Əhalinin Sosial Müdafiə Mərkəzində müddətsiz İ dərəcə ümumi səbəbdən əlil kimi qeydiyyatdadır və 130 manat məbləğində Prezident təqaüdü alır. 200 nömrəli, xx xxxx 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Borclu Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Culfa rayon şöbəsində İ qrup hərbi xidmət əlili kimi qeydiyyatda durur və hər ay 256,49 manat pensiya alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.2 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbkar S.Məhərrəmovanın tələbinin aşkar olduğu və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Odur ki, alimentin tutulması xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən məhkəmə əmri dərhal icra olunmalıdır. Borcludan tutulmalı olan dövlət rüsumu məsələsini müzakirə edərkən belə nəticəyə gəlirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən tutulması nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumu Borclu oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2ci maddəsinə əsasən X1 həmin dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: xx xxxx 1977-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan Borclu hər ay qazancının başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq xx xxxx 2099-cu il tarixdə doğulmuş X8 və xx xxx 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 verilsin. Alimentin tutulması xx xxxx 2021-ci il tarixdən hesablansın. Əmr dərhal icra edilsin. Borclu 20 manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar