Məhkəmə qərarları › İş №2(089)-95/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-95/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-95/2025 15.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 1500 manat məbləğində pulun və ödənilmiş 37 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında 15 aprel 2025-ci il tarixdə barışıq sazişi imzalanmış, Cavabdeh 2025-cü ilin may ayı daxil olmaqla, 2026-cı ilin mart ayınadək hər ay 150 manat məbləğində pulu İddiaçı verəcəyini öhdəsinə götürmüşdür. İddiaçı barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçı ilə aralarında mübahisənin barışıqla həll edildiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsin xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçı və cavabdehlərin mzahatını dinləyib, barışıq sazişinin şərtlərini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının və cavabdehin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin imzaladıqları barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

1. Cavabdeh 2025-cü ilin may ayı daxil olmaqla, 2026-cı ilin mart ayınadək hər ay 150 manat məbləğində pulu İddiaçı verəcəyini öhdəsinə götürmüşdür.

2. İddiaçı iddiadan imtina etmiş, barışıq sazişi ilə razılaşmışdır.

3. Cavabdeh 2025-cü ilin may ayı daxil olmaqla, 2026-cı ilin mart ayınadək hər ay 150 manat məbləğində pulu İddiaçı ödəmədikdə məhkəmə qərarı icraya yönəldiləcək. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 27 yanvar 2025-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı tərəfindən ödənilmiş 36 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər.

Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar