Məhkəmə qərarları › İş №2(089)-98/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-98/2020

07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-98/2020 07.07.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, x1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 3000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3030 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh maddi vəziyyətinin ağır olması səbəbindən ondan 3000 manat borc pul istəmiş, münasibətləri yaxı olduğundan səmimiyyətinə inanmış və 2016-cı ilin oktyabr ayında ona 3000 manat borc pul vermiş, aralarında 01 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunda kredit müqaviləsi imzalanmışdır. Cavabdeh borc məbləğini 01 aprel 2017-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, borc qaytarılmamışdır. Şifahi və yazılı müraciət etmiş, müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 28 may 2020-ci il tarixli ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və iddiasını müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı etiraf etmiş, izahatında bildirmişdir ki, maddi vəziyyəti ağır olduğundan İddiaçı 01 oktyabr 2016-cı il tarixdə 3000 manat məbləğində borc pul almış, 01 aprel 2017-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin müəyyən olunmuş müddətdə borc pulu qaytara bilməmişdir. Hazırda maddi imkanı yoxdur, borc pulu qaytaracaq. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2016-cı il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 3000 manat məbləğində borc pul vermiş, Cavabdeh borc məbləğini 01 aprel 2017-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində, izahatında iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin nəticələrini izah edərək, iddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 3030 (üç min otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar