Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-101/2021 29.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat “xxxx” MMC “01” iyun 2021-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 10 noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********57844 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********76764 olan X5 A planşet üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 05 may 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********37767 BQ-2817 X6 markalı telefon üçün 86,8 (səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 11 iyun 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********05975 olan X7 9 Pro markalı telefon, Mi X1qlıq üçün 802,6 (səkkiz yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə olmaqla, ümumilikdə 1521,4 (bir min beş iyirmi bir manat, qırx qəpik) manat məbləğində borcun və 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı təşkilat “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 05.05.2020-ci il, 10.11.2019-cu il və 11.06.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********37767 BQ, İMEİ kodu **********57844 olan Samsung galaxy A10 markalı telefonlar, İMEİ kodu **********76764 olan X5 A planşet, İMEİ Kodu **********05975 olan X7 9 Pro markalı telefon, Mi X1qlıq almış və nəticədə 1521,4 (bir min beş yüz iyirmi bir manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 124,4 (bir yüz iyirmi dörd manat, qırx qəpik) manat (12 ay x 9.7 manat + 8 manat ilkin ödəniş) İMEİ kodu **********37767 BQ markalı telefon üçün ümumilikdə, 94,8 (doxsan dörd manat, səksən qəpik) manat olmaqla ondan, 86,8 (səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə, 10.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1006 (bir min altı) manat (18 ay x 55 manat + 16 manat ilkin ödəniş) İMEİ kodu **********57844 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********76764 olan X5 A planşet üçün ümumilikdə, 544 (beş yüz qırx dörd) manat olmaqla ondan, 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə; 11.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 926 (doqquz yüz iyirmi altı) manat (12 ay x 73 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********05975 olan X7 9 Pro markalı telefon, Mi X1qlıq üçün ümumilikdə 882,6 (səkkiz yüz səksən iki manat, altmış qəpik) manat olmaqla ondan, 802,6 (səkkiz yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 (səksən) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 672 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə iddiaçı təşkilat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdeh iddiaçı təşkilat “xxxx” MMC-dən 01 ədəd Samsung galaxy A10 (SM-A105) markalı telefon, 01 ədəd X5 A 8.0 (SM-T295) markalı planşet, X7 9 Pro 6/64 GB markalı telefon, X8 Earbuds Basic / ZBW4480gL markalı qulaqlıq və 01 ədəd BQ-2817 X6 markalı telefon almış, müqavilələrin şərtlərinə görə “xxxx” MMC tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti, 05 may 2020-ci il tarixli, 20262601 nömrəli müqavilə üzrə isə əşya xidməti göstərilmiş, Cavabdeh isə həmin müqaviləsi üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq “xxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “xxxx” MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və “xxxx” MMC-yə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş “10” noyabr 2019-cu il tarixli, 01041400 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” MMC və Cavabdeh arasında 01 ədəd Samsung galaxy A10 (SM-A105) markalı telefon və 01 ədəd X5 A 8.0 (SM-T295) markalı planşet olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung galaxy A10 (SM-A105) markalı telefon və X5 A 8.0 (SM-T295) markalı planşet olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən “10” noyabr 2019-cu il tarixli, 01041400 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri “10” dekabr 2019-cu ildən başlayaraq 18 ay ərzində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 55 (əlli beş) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1,006 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 101 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan “10” noyabr 2019-cu il tarixli, 01041400 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh 01 ədəd Samsung galaxy A10 (SM-A105) markalı telefon və 01 ədəd X5 A 8.0 (SM-T295) markalı planşet olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş “05” may 2020-ci il tarixli, 20261601 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” MMC və Cavabdeh arasında 01 ədəd BQ-2817 X6 markalı telefon olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti BQ-2817 X6 markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən “05” may 2020-ci il tarixli, 20261601 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri “15” iyun 2020-ci ildən başlayaraq 12 ay ərzində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 9,7 (doqquz manat, yetmiş qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 124,4 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 13 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan “05” may 2020-ci il tarixli, 20261601 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, cavabdeh 01 ədəd BQ-2817 X6 markalı telefon olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş “11” iyun 2020-ci il tarixli, 20344261 nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxx” MMC və Cavabdeh arasında 01 ədəd X7 9 Pro 6/64 GB markalı telefon və 01 ədəd X8 Earbuds Basic / ZBW4480gL markalı qulaqlıq olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti X7 9 Pro 6/64 GB markalı telefon və X8 Earbuds Basic / ZBW4480gL markalı qulaqlıq olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən “11” iyun 2020-ci il tarixli, 20344261 nömrəli müqavilənin “ödəniş cədvəli” üzrə müştəri “15” iyul 2020-ci ildən başlayaraq 12 ay ərzində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 73 (yetmiş üç) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 926 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən, “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 93 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan “11” iyun 2020-ci il tarixli, 20344261 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, cavabdeh X7 9 Pro 6/64 GB markalı telefon və X8 Earbuds Basic / ZBW4480gL markalı qulaqlıq olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. “18” yanvar 2021-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş “03” may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı təşkilat “xxxx” MMC-yə “10” noyabr 2019-cu il tarixli müqavilə üzrə Samsung galaxy A10 (SM-A105) markalı telefon və X5 A 8.0 (SM-T295) markalı planşet üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə pulu, ümumilikdə 544 (beş yüz qırx dörd) manat, “05” may 2020-ci il tarixli müqavilə üzrə BQ-2817 X6 markalı telefon üçün 86,8 (səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu, ümumilikdə 94,8 (doxsan dörd manat, səksən qəpik) manat, “11” iyun 2020-ci il tarixli müqavilə üzrə X7 9 Pro 6/64 GB markalı telefon və X8 Earbuds Basic / ZBW4480gL markalı qulaqlıq üçün 802,6 (səkkiz yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə pulu, ümumilikdə 882,6 (səkkiz yüz səksən iki manat, altmış qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Keçili kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat “xxxx” MMC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilat “xxxx” MMC-dən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilat “xxxx” MMC-dən 01 ədəd Samsung galaxy A10 (SM- A105) markalı telefon, 01 ədəd X5 A 8.0 (SM-T295) markalı planşet, 01 ədəd X7 9 Pro 6/64 GB markalı telefon, 01 ədəd X8 Earbuds Basic / ZBW4480gL markalı qulaqlıq və 01 ədəd BQ-2817 X6 markalı telefon almış və imzaladığı müqaviləyə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini iddiaçı təşkilat “xxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 10 noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********57844 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********76764 olan X5 A planşet üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 05 may 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********37767 olan BQ-2817 X6 markalı telefon üçün 86,8 (səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 11 iyun 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********05975 olan X7 9 Pro markalı telefon, Mi X1qlıq üçün 802,6 (səkkiz yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə olmaqla, ümumilikdə 1521,4 (bir min beş yüz iyirmi bir manat, qırx qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, “xxxx” MMC tərəfindən X4 vasitəsilə “06” yanvar 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10 noyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********57844 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********76764 olan X5 A planşet üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 05 may 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********37767 olan BQ-2817 X6 markalı telefon üçün 86,8 (səksən altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 11 iyun 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********05975 olan X7 9 Pro markalı telefon, Mi X1qlıq üçün 802,6 (səkkiz yüz iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə olmaqla, ümumilikdə 1521,4 (bir min beş yüz iyirmi bir manat, qırx qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat “xxxx” MMC-nin xeyrinə ödənilsin. “xxxx” MMC tərəfindən X4 vasitəsilə “06” yanvar 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-101/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-101/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver