Məhkəmə qərarları › İş №2(090)-122/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-122/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-122/2021 24.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4160 (dörd min yüz altmış) manat pul borcunun və 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2019-cu ilin təqribən sentyabr-oktyabr aylarında Şahbuz rayonunun Ayrınc kəndindən yuxarıda Qaraqaya massivi adlanan ərazinin aşağı hissəsində yerləşən əraziyə gələrək ona məxsus olan yeddi baş iki illik dananı 6160 (altı min bir yüz altmış) manata razılaşaraq nisyə alıblar, onlarla razılığa əsasən onun yeddi baş iribuynuzlu malının pulunu qısa müddətə ödəməli idilər, o da inanaraq mallarını onlara satıbdır, həmin vaxtdan beş ay keçdikdən sonra 6160 manat borcdan 2000 manat pulunu ödəyiblər, lakin qalan borcları olan 4160 manat pulu hələ də ödəməyiblər. Hər dəfə onlardan pullarını istədikdə, ona satdıqları ətin pulunu yığıb verəcəklərini deyiblər o da onlara inanıbdır, cavabdehlər borclu olduqlarını qəbul edirlər, amma onun pulu qaytarmırlar, onlardan hər dəfə pulunu istədikdə öz aralarında haqq-hesab etdiklərini, aldıqları malın ətinin bir qisminin nisyə verdiklərini, hər biri həmin pulu yığıb verilmələri olduqlarını, lakin onlar arasında razılıq olmadıqları üçün pulu bir yerə cəmləyib onun pulunu verə bilmədiklərini bildirirlər, o artıq uzun müddətdir ki, onlardan satdığı malların pulundan qalıq 4160 manat pulu ala bilmir, ona görə də o məcbur qalıb məhkəməyə müraciət edibdir. Sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, 2019-cu ilin sentyabr və oktyabr aylarında ayrı-ayrı vaxtlarda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə razılığa əsasən ona məxsus yeddi baş iki illik iribuynuzlu malları nisyə alıblar. Həmin malların alınması Cavabdeh2 iştirak etməyibdir, həmin vaxt o Cavabdeh1 və Cavabdeh3 ilə razılaşıbdır, sadəcə Cavabdeh2 digər cavabdehlər ilə birlikdə qəssablıq etdiyini bildiyi üçün onu da cavabdeh kimi göstəribdir, ona məxsus yeddi baş malları Cavabdeh3 və Cavabdeh1 aldıqdan sonra kəsib aparıblar, həmin mallar kəsilib Cavabdeh3 maşını ilə aparıblar, satdığı malların dəyəri cəmi 6160 manat edibdir, həmin puldan cavabdehlər tərəfindən 2000 manat ödəyiblər, əlavə olaraq cavabdehlərin borclu olduqları 4160 manat puldan 100 manatını oğluna veriblər, buna görə də mübahisə edilən 4160 manat pulun 100 manatı cavabdehlər tərəfindən ödənilməsini nəzərə alınması üçün məhkəməyə ərizə də veribdir və məhkəmədən qətnamə qəbul olunarkən cavabdehlərin borclu olduqları puldan 100 manatının cavabdehlər tərəfindən ödənilməsi barədə ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh qismində iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, o, Cavabdeh3 və Cavabdeh2 İddiaçı müxtəlif vaxtlarda nisyə mal alıb kəsib üçü birlikdə satıblar, aldıqları malların hamısı iki illik iribuynuzlu mallar olubdur, kəsib satdıqları malların cəmi pulu 6160 manat olubdur, həmin malları aldıqdan 2-3 ay sonra borclarından 2000 manatın ödəyiblər, 100 manatını isə İddiaçı oğlu gəlib ət götürübdür və borcdan çıxılmasını deyibdir, hal-hazırda onların İddiaçı 4060 manat borcları qalır, o İddiaçı borclu olduğunu inkar etmir, onların borclu olması barədə məhkəməyə ərizə də veribdir, sadəcə o, Cavabdeh3 və Cavabdeh2 üçü bir yerdə təqribən bir il yarım birlikdə mal alıb satıblar, sonra onlar ayrılıblar, ayrıldıqdan sonra o öz payına düşən satdıqları ətlərin pullarını yığıb mal sahiblərinə ödəyibdir, o digər cavabdehlərlə işləyən zaman qazanc əldə etməyibdir, digər Cavabdeh2 İddiaçıa borclu olduqları pulu yığıb verilməsini deyəndə o imtina edir və onun borcunun olmadığını deyir, halbuki onlar aldıqların malların ətini birlikdə satıblar. O bu gün də İddiaçı 4060 manat borclu olduqlarını qəbul edir, lakin onun maddi imkanı yoxdur ki, tək o pulu ödəsin, o digər cavabdehlərə Cavabdeh2 və Cavabdeh3 yığışıb İddiaçı borcunu ödəmələrini deyir, lakin onlar öz paylarına düşən pulu verməkdən bir bəhanə ilə yayınırlar. Sonda Cavabdeh1 göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh1 bildirdi ki, İddiaçı yeddi baş malı o və Cavabdeh3 gedib İddiaçılə razılaşıb alıblar, həmin mallar alınan zaman digər Cavabdeh2 İddiaçı həyətinə getməyib, ora Cavabdeh3 ilə o gediblər və onlar ikisi, yəni o və Cavabdeh3 birlikdə malları kəsib gətiriblər, həmin kəsdikləri malları isə onlar üçü o, Cavabdeh3 və Cavabdeh2 bir yerdə şərikli şəkildə satıblar, Cavabdeh2 İddiaçı mallarını sadəcə onlarla birlikdə satıbdır, İddiaçı borclu olduqları 6160 manatdan 2000 manatını bir və daha sonra 100 manatını isə bir ödəyiblər, hal-hazırda İddiaçı onların 4060 manat borcları vardır. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh3 iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətəndə onlar İddiaçı 2019-cu ilin sentyabr-oktyabr aylarında ayrı-ayrılıqda yeddi baş iki illik mal alıblar, həmin malları o şərik olduğu Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə satıblar, o, Cavabdeh1 və Cavabdeh2 2019-cu il sentyabr ayında şərikli olaraq ət satışı ilə məşğul olublar, Cavabdeh2 yaşlı olduğu üçün mal kəsiminə getməyibdir, İddiaçı də mallarını buna görə o və Cavabdeh1 gedib kəsib gətiriblər, o İddiaçı aldıqları mallara görə 4060 manat borclarının olmasını inkar etmir bu barədə məhkəməyə də ərizə veribdir, sadəcə digər Cavabdeh2 İddiaçıa borclu olduqları puldan payına düşən pulu verməkdən yayındığı üçün, onlar İddiaçı borcunu qaytara bilmirlər, sonda Cavabdeh3 göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti, Şahbuz şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 08 iyun 2021-ci il tarixli, 3/612 nömrəli arayışdan məlum olur ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti, Şahbuz şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 08 iyun 2021-ci il tarixli, 3/613 nömrəli arayışdan məlum olur ki, Əliyev X3 şəhəri, Rəşid Behbudov küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 4ƏD üzrə nümayəndəliyinin verdiyi 08 iyun 2021-ci il tarixli, 3/120 nömrəli arayışdan məlum olur ki, Cavabdeh1 Şahbuz rayonu, Ayrınc kəndində yaşayır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, X2 rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ilk olaraq iddia tələbinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi ilə bağlı məhkəmə aşağıdakılara görə hesab edir ki, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə qismən təmin edilməli, digər Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı iddia ərizəsində cavabdeh kimi Cavabdeh2 birgə borclu kimi ona göstərərək ona qarşı iddia tələbini yönəltsə də, Cavabdeh2 qarşı tələbinin əsaslandığı hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində Zülfəli, Əli və Asif adlı qəssabların 2019-cu ilin təqribən sentyabr-oktyabr aylarında ona məxsus olan yeddi baş iki illik danaların 6160 manata razılaşaraq pulunu nisyə ödəmək şərtilə kəsib apardıqlarını göstərsə də, həmin razılaşmada Cavabdeh2 iştirak etməsi və 6160 manat pulun İddiaçı verilməsinə dair öhdəlikdə onun öhdəliyin tam icrasında iştirak etməyə borclu edən və onun birgə borclu olmasına dair hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində göstərilən yeddi baş iribuynuzlu malların kəsilib satılmasında qəssab kimi Cavabdeh2 iştirak edə bilər, lakin bu hal mübahisəli malların alınmasında Cavabdeh2 tərəf kimi iştirak etməsi və buna görə birgə borclu olması anlamına gəlməməlidir. Çünki, ehtimallar əsasında iddia əsassız hesab edilə və rədd oluna bilməz. Məhkəmə araşdırması zamanı aydın olur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında razılaşma əldə edilmiş, həmin razılaşma əsasında Cavabdeh1 və Cavabdeh3 İddiaçı 2019-cu ilin sentyabr-oktyabr aylarında yeddi baş iki illik dananın 6160 manata razılaşaraq əldə etmişlər. Bununla da razılaşmaya əsasən Cavabdeh1 və Cavabdeh3 İddiaçı qarşısında birgə öhdəlik götürmüşlər. Həmin hal iş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 imzaları ilə təsdiq edilmiş 04 avqust 2021-ci il tarixli ərizələri ilə də təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 imzaları ilə təsdiq edilmiş 04 avqust 2021-ci il tarixli ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı 2019-cu il sentyabr-oktyabr aylarında birlikdə aldıqları yeddi baş iki illik iri buynuzlu malları cəmi 6160 manata razılaşaraq alması, həmin malların pulundan 2000 manat və 100 manat pulu iddiaçıya ödəmələri, cavabdehlərin həmin razılaşmaya əsasən İddiaçı aldıqları qeyd edilən iribuynuzlu malların pulundan 4060 (dörd min altmış) manat borcunun olmasının, həmin borcu ödənilməsi barədə qərar qəbul edilməsinə etirazlarının olmadıqlarını göstərmişlər. Həmçinin tərəflərin izahatlatı ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı yeddi baş iribuynuzlu malın nisyə alınması işin mübahisəsiz halıdır. İddiaçı tərəfidən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hallarından biri cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı arasında nisyə alqı-satqı razılaşmasına görə 4160 manat borclu olmalarının göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı borclu olduqları 6160 manat puldan 2100 manat hissəsinin ödənildiyini və onların iddiaçıya aldıqları iribuynuzlu mallara görə 4060 manat borclu olduqlarını qeyd etmələridir. İşdə olan Cavabdeh1 və Cavabdeh3 imzaları ilə təsdiq edilmiş 04 avqust 2021-ci il tarixli ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı 2019-cu il sentyab-oktyabr aylarında birlikdə aldıqları yeddi baş iki illik iri buynuzlu malları görə cəmi 6160 manata razılaşaraq almışlar, həmin iribuynuzlu malların pulundan 2000 manat və 100 manat pulu iddiaçıya ödəmələri, cavabdehlərin həmin razılaşmaya əsasən İddiaçı aldıqları qeyd edilən iribuynuzlu malların pulundan 4060 (dörd min altmış) manat borcları yaranmışdır. İddia tələbində göstərilən 4160 manat puldan 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən qaytarılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Lakin 24 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı iş üzrə iddiaçı qismində izahat verən İddiaçı izahatında cavabdehlərin borclu olduqları 4160 manat puldan 100 manat pulun qaytarıldığın bildirmiş və bu barədə məhkəməyə ərizə verərək mübahisə edilən 4160 manat pulun 100 manatı cavabdehlər tərəfindən ödənildiyinin nəzərə alınmasını qeyd edərək, qətnamə qəbul olunarkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 4160 (4160-100=4060) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, İddiaçı tələbi qismən əsaslıdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı aldıqları iki illik iribuynuzlu mallara görə borclu olduqları 4060 manat pulun iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliklərni yerinə yetirməmişlər. Buna görə də iddiaçının tələbi onlara qarşı əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4060 (dörd min altmış) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq 29,30 (iyirmi doqquz manat, 30 qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4060 (dörd min altmış) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olaraq 29,30 (iyirmi doqquz manat, 30 qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar