Məhkəmə qərarları › İş №2(090)-129/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-129/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-129/2020 25.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən X1 İddiaçı X2 Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı X5 xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli kredit müqaviləsi üzrə 300 (üç yüz) manat əsas borc, 45,12 (qırx beş manat, on iki qəpik) manat faiz borcu, ümumilikdə isə 345,12 (üç yüz qırx beş manat, on iki qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X2 Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 15-dən gec olmayaraq ayda 29,1 (iyirmi doqquz manat, on qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti iki min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, qeyd edilən Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş iddiaçı tərəfindən təqdim edilən yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan vətəndaşa məxsus fərdi məlumatlar üzrə arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Şahbuz rayonu, Badamlı qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(090)-129/2020 nömrəli qərardadının surəti və xx xxxxxx 2020-ci il tarixli, 2(090)-129/2020 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Eyni zamanda ona göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, 2(090)-129/2020 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı X5 arasında xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən bank tərəfindən Cavabdeh adına verilmiş kredit kartına 12 (on iki) ay müddətinə 300 (üç yüz) manat məbləğdə kredit xətti açılır. Kredit xəttindən istifadə edilmiş kreditə (kartlar haqqında) tariflərə uyğun olaraq ilk 30 gün sıfr faiz, sonrakı aylar üçün isə illik 29 (iyirmi doqquz) faiz kredit faizi hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 24,41% təşkil edir. Bankın kartlarından istifadə etməklə əməliyyatların aparılmasına görə bankın tariflərinə uyğun olaraq hesabın valyutasında komissiya tutulur. Hüsabda olan vəsait yalnız kart vasitəsi ilə istifadə edilə bilər; -müqavilənin 1.8-ci bəndinə görə borc məbləğinin ödənildiyi tarix nağd ödənilən pul məbləği - həmin məbləğin bankın xəzinəsinə bankın əməliyyat günü mədaxil edildiyi gün (Əməliyyat günü - iş günləri saat 1000-dan 1600-dək olan vaxt hesab olunur. Borc məbləği saat 16:00-dan sonra ödənildikdə pul məbləği növbəti iş günü mədaxil olunmuş hesab olunur) hesab olunur. Hesabdan hesaba köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə ödənilən pul məbləği pul vəsaitinin borc alanın bankdakı hesabına daxil edildiyi gün hesab edilir. Ödəniş terminalları ilə ödənilən pul məbləği pul vəsaitinin borc alanın bankdakı hesabına daxil edildiyi gün hesab olunur; -həmin müqavilənin 3.2, 3.2.1 və 3.2.3-cü bəndələri ilə müəyyən edilir ki, borcların vaxtında ödənilməsini tələb etmək, müqavilənin müddəti bitdikdən sonra ödənilməmiş kredit borcunu vaxtı keçmiş kredit hesabına daxil etmək və 52% (əlli iki) faizlə cərimə hesablamaq, kredit kartının müqavilə müddəti bitdikdən 10 gün sonra, kredit kartının qalıq borcunun hər gününə, ümumilikdə kredit kartı limitinin (müqavilə məbləğinin) 20%-dən çox olmamaq şərti ilə hər gecikdirilən günə görə 0.1 faiz dərəcəsi ilə dəbbə hesablamaq bankın hüququdur; -müqavilənin 4.1, 4.1.1, 4.1.3 və 4.1.5-ci bəndlərinə görə müəyyən edilmiş bütün təminatları (sığorta depoziti, girov və s.) banka təqdim etmək, kredit xətti pozulduqda yaranmış borcu və ona hesablanmış cərimə faizini dərhal ödəmək, qeyd-şərtsiz banka müqavilə müddəti ərzində kartdan istifadə nəticəsində yaranan əsas borcları, hər rübün sonunda kredit üzrə yaranan faiz borclarını, nağd vəsaitin alınmasına görə əməliyyatın tarixindən etibarən yaranan borc üzrə faizləri, kartdan (əsas və əlavə) istifadə etməklə, o cümlədən, üçüncü şəxs tərəfindən, aparılan əməliyyatlardan irəli gələn məbləğləri, müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq hesablanmış cərimə faizlərini, müqavilənin 1.5-ci bəndinə uyğun olaraq bankın komissiyalarını, kart sahibi, eləcə də üçüncü şəxslər tərəfindən kartdan qanunsuz istifadə olunmasının qarşısının alınması ilə bağlı bank tərəfindən çəkilmiş faktiki xərcləri ödəmək kart sahibinin vəzifəsidir; -tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinin tələbinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və kartın müddətinin bitməsinə baxmayaraq kart sahibi müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədə qalır. Yuxarıda da qeyd edildiyi kimi mülki iş materiallarından aydın olur ki, tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə cavabdehə kredit xətti açması, sonuncunun isə həmin müqavilə üzrə müəyyən edilmiş ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı X5 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə xx xxxx 2020-ci il tarixli, RB-02/PK-4561 nömrəli maliyyə arayışında cavabdehin xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat əsas borc, 45,12 (qırx beş manat, on iki qəpik) manat faiz borcunun olması da müəyyən olunur. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 saylı kredit müqaviləsinin 3.2.8-ci bəndindən isə aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli kredit kartı müqaviləsi üzrə 300 (üç yüz) manat əsas, 45,12 (qırx beş manat, on iki qəpik) manat faiz borcu, ümumilikdə isə 345,12 (üç yüz qırx beş manat, on iki qəpik) manat məbləğində borc Cavabdeh alınaraqİddiaçı X3 verilməli; -həmçinin Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı X3 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx xxxx 2019-cu il tarixli, MFKRK-1489 nömrəli kredit kartı müqaviləsi üzrə 300 (üç yüz) manat əsas, 45,12 (qırx beş manat, on iki qəpik) manat faiz borcu, ümumilikdə isə 345,12 (üç yüz qırx beş manat, on iki qəpik) manat məbləğində borc Cavabdeh alınaraqİddiaçı X3 verilsin. Həmçinin Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı X3 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: imza Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar