Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-129/2021 30.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 19 dekabr 2011-ci il tarixdə doğulmuş X2 və 28 avqust 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(078)-88/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 175 manat iki uşağa görə 350 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi, iddia ərizəsində 19 dekabr 2011-ci il tarixdə doğulmuş X2 və 28 avqust 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(078)-88/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 175 manat iki uşağa görə 350 manat aliment tutularaq ona verilməsini tələb etsə də, yuxarıdan göstərilən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinin tələbinə görə iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir, iddia ərizəsini nəzərdən keçirən zaman müəyyən olunur ki, iddiaçı qeyd edilən tələbə əməl etməmiş, iddia ərizəsinin bir nüsxədən ibarət iddia ərizəsinin kserosurətini məhkəməyə göndərmişdir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, İddiaçı öz tələbini əsaslandıran halları təsdiq edəcək hər hansı bir sənədi və sübutları (Naxçıvan Şəhər Məhkəməsinin qeyd edilən qətnaməsi, uşaqların doğum haqqında şəhadətnamə, nikahın pozulması haqqında şəhadətnamə, yaşayış yeri barədə arayışlar) iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 36-cı maddəsində göstərilən hallar olduqda qanunverici məhkəmə aidiyyətini seçmək hüququnu iddiaçıya vermişdir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən idda ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 152.1.1 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-129/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-129/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver