Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-13/2021 27.04.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, “14” oktyabr 2014-cü il tarixli, 101.LN.1605.141014.00001 nömrəli kredit müqaviləsi üzrə 110,22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas borc, 20,60 (iyirmi manat, altmış qəpik) manat faiz borcu və 122,33 (bir yüz iyirmi iki manat, otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 253,15 (iki yüz əlli üç manat, on beş qəpik) manat məbləğində borcun və 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-160/2020 nömrəli, “08” dekabr 2020-ci il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh “14” oktyabr 2014-cü il tarixli, 101.LN.1605.141014.00001 nömrəli kredit müqaviləsi üzrə 110.22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas borc, 20,60 (iyirmi manat, altmış qəpik) manat faiz borcu və 122,33 (bir yüz iyirmi iki manat, otuz üç qəpik) manat cərimə borcu tələb etdiyindən və bunun müəyyən edilməsi üçün xüsusi bilik tələb edildiyindən 2(090)-160/2020 nömrəli mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiklərini, iddianın müdafiə etdiklərini, iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İddiaçı təşkilat iddia ərizəsində göstərmişdir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış “14” oktyabr 2014-cü il tarixli, 101.LN.1605.141014.00001 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 26% faizlə 5000 (beş min) manat məbləğində kredit verildiyini, kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürübdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin “24” avqust 2020-ci il tarixinə Banka ödənilməmiş 110.22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas, 122,33 (bir yüz iyirmi iki manat, otuz üç qəpik) manat cərimə və 20,60 (iyirmi manat, altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 253,15 (iki yüz əlli üç manat, on beş qəpik) manat borcu mövcuddur, sonda iddiaçı təşkilat Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 110.22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas borc, 20,60 (iyirmi manat, altmış qəpik) manat faiz borcu və 122,33 (bir yüz iyirmi iki manat, otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 253,15 (iki yüz əlli üç manat, on beş qəpik) manat məbləğində borcun və 20,40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, О məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş “14” oktyabr 2014-cü il tarixdə bağlanmış 101.LN.1605.141014.00001 nömrəli Kredit Müqaviləsindən görünür ki, həqiqətən, iddiaçı təşkilat İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında qeyd olunan Kredit Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. “14” oktyabr 2014-cü il tarixdə bağlanmış 101.LN.1605.141014.00001 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə əsasən kreditor borcalana 5000 (beş min) manat məbləğində kredit ayırır. Həmin müqavilənin 2.1-ci bəndinə görə, borcalan istifadə etdiyi kreditə görə kreditora illik 26.00 (iyirmi altı) faiz ödəyir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 52.00 (əlli iki) faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, borcalan aldığı krediti bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş xx xxxxxx 2014-cü il, sonuncu ödəniş isə xx xxxxxxx 2017-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, kreditorun müəyyənləşdirdiyi və bu müqaviləyə edilmiş 1 nömrəli Əlavədə göstərildiyi kreditin ödəmə cədvəlinə uyğun olaraq borcalan krediti hesablanmış bütün faizlərlə birlikdə ödəyir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, borcalan üzərinə götürmüş öhdəliyi (tam və ya qismən) yerinə yetirməzsə, eləcə də borc tam və ya qismən təmin olunmazsa, kreditor kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. İş materiallarına əlavə olunmuş 101.LN.1605.141014.00001 nömrəli, “14” oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Cavabdeh "İddiaçı" ASC-dən Kredit Müqaviləsinə əsasən götürdüyü 5000 (beş min) manat krediti faizləri ilə birlikdə “14” noyabr 2014-cü il-xx xxxxxxx 2017-ci il tarixləri aralığında aylıq 201.45 manat, “14” oktyabr 2017-ci il tarixdə isə 201.61 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş “24” avqust 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka 101.LN.1605.141014.00001 nömrəli, “14” oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 110,22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas, 122,33 (bir yüz iyirmi iki manat, otuz üç qəpik) manat cərimə və 20,60 (iyirmi manat, altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 253,15 (iki yüz əlli üç manat, on beş qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “09” mart 2021-ci il tarixli, 61 nömrəli rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı və 101.LN.1605.141014.00001 nömrəli, “14” oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 249,23 (iki yüz qırx doqquz manat, 23 qəpik) manat, faiz borcu 1,98 (bir manat, 98 qəpik) manat, “14” oktyabr 2017-ci ildən “24“ avqust 2020-ci ilədək əldən çıxmış fayda məbləği 8,44 (səkkiz manat, 44 qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş “01” sentyabr 2020-ci il tarixli "İddiaçı" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan məlum olur ki, 101.LN.1605.141014.00001 nömrəli, “14” oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsinə görə iş üzrə cavabdehin müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduqları bildirilərək ondan əsas borcun və əlavə olaraq hesablanmış faiz və cərimənin ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında “14” oktyabr 2014-cü il tarixli, 101.LN.1605.141014.00001 nömrəli Kredit Müqaviləsi bağlanaraq Cavabdeh "İddiaçı" ASC-dən 5000 (beş min) manat kredit götürmüş və həmin krediti faizləri ilə birlikdə (illik 26 faizlə) 36 (otuz altı) ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Kredit Müqaviləsi üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etməmiş və haliyədə iş üzrə sübutlarla, o cümlədən Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 61 nömrəli rəyinə əsasən, Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 249,23 (iki yüz qırx doqquz manat, 23 qəpik) manat, faiz borcu 1,98 (bir manat, 98 qəpik) manat, “14” oktyabr 2017ci ildən “24” avqust 2020-ci ilədək əldən çıxmış fayda məbləği 8,44 (səkkiz manat, 44 qəpik) manat təşkil edir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı təşkilat iddia ərizəsində “14” oktyabr 2014-cü il tarixli, 101.LN.1605.141014.00001 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 110,22 (bir yüz on manat, iyirmi iki qəpik) manat tələb etdiyindən, məhkəmə hesab edir ki, Cavabdeh əsas borc üzrə 110,22 manat məbləğində pul tutularaq iddiaçı təşkilata ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda iddiaçı təşkilat Cavabdeh 122,33 (bir yüz iyirmi iki manat, 33 qəpik) manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” “09” iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 110,22 (bir yüz on manat, 22 qəpik) məbləğində əsas borc üzrə hesablanmış 122,33 (bir yüz iyirmi iki manat, 33 qəpik) manat məbləğində dəbbənin azaldılaraq, 11 (on bir) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh “14” oktyabr 2014cü il tarixli, 101.LN.1605.141014.00001 nömrəli kredit müqaviləsi üzrə 110,22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas borc, 8,44 (səkkiz manat, 44 qəpik) manat faiz borcu və 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 129,66 (bir yüz iyirmi doqquz manat, 66 qəpik) manat məbləğində borcun iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumundan və 0.40 (qırx qəpik) manat məhkəmə xərclərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi isə qismən təmin olunduğundan, 20.40 (iyirmi manat, 40 qəpik) manat məhkəmə xərclərinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 10,25 (on manat, 25 qəpik) manat məbləği cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 110,22 (bir yüz on manat, iyirmi iki qəpik) manat əsas borc, 8,44 (səkkiz manat, 44 qəpik) manat faiz borcu və 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 129,66 (bir yüz iyirmi doqquz manat, 66 qəpik) manat məbləğində borcun və həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı 20,40 manat məhkəmə xərclərinin 10,25 (on manat, 25 qəpik) manat məbləğində hissəsi, ümumilikdə 139,91 (bir yüz otuz doqquz manat, 91 qəpik) manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-13/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-13/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver