Məhkəmə qərarları › İş №2(090)-130/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-130/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-130/2020 30.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, “ABC Telecom” X2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: “ABC Telecom” X5 xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********33438 olan Samsung Galaxy J8 markalı telefon üçün 130 (bir yüz otuz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********07225 olan Samsung Galaxy A50 markalı telefon üçün 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********31185 olan Samsung Galaxy A20 markalı telefon, Mi TV Box üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə HOFFMANN markalı tozsoran üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 255 (iki yüz əlli beş) manat dəbbə pulu, ümumilikdə isə 2660 (iki min altı yüz altmış) manat borc və 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh “ABC Telecom” X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “ABC Telecom” X1 ərizəsini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh arasında xx xxxxxx 2018-ci, xx xxx 2019-cu, xx xxxx 2019-cu, xx xxxxxxxx 2019-cu və xx xxxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********33438, **********07225 və **********31185 olan Samsung Galaxy J8, Samsung Galaxy A50, Samsung Galaxy A20 markalı telefon, Mi TV Box, HOFFMANN markalı tozsoran və Samsung LED TV almış və nəticədə 2660 (iki min altı yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (12 ay x 66 manat), İMEİ Kodu **********33438 olan Samsung Galaxy J8 markalı telefon üçün ümumilikdə 169 (bir yüz altmış doqquz) manat olmaqla ondan, 130 (bir yüz otuz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat dəbbə pulu, xx xxx 2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 685 (altı yüz səksən beş) manat (9 ay x 76 manat ), İMEİ Kodu **********07225 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 395 (üç yüz doxsan beş) manat olmaqla ondan, 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə, alqı-satqı qiyməti 712 (yeddi yüz on iki) manat (6 ay x 102 manat), İMEİ Kodu **********31185 olan Samsung Galaxy A20 markalı telefon, Mi TV Box üçün ümumilikdə 265 (iki yüz altmış beş) manat olmaqla ondan, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 108 (bir yüz səkkiz) manat (2 ay x 36 manat + 36 manat ilkin ödəniş) HOFFMANN markalı tozsoran üçün ümumilikdə 46 (qırx altı) manat olmaqla ondan, 35 (otuz beş) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1530 (bir min beş yüz otuz) manat (18 ay x 85 manat) olan Samsung LED TV üçün ümumilikdə 1785 ( bir min yeddi yüz səksən beş) manat olmaqla ondan, 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 255 (iki yüz əlli beş) manat dəbbə borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 1624 (bir min altı yüz iyirmi dörd) manat təşkil etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. “ABC Telecom” X2 baş direktoru Həsən İsrafilzadə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək “ABC Telecom” X2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işin məhkəmənin icraatında olduğunu, işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslinin, dövlət rüsumu ilə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin hüquqi həllinə gəldikdə isə onu mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait “ABC Telecom” X2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və işə baxılmasına dair hər hansı müraciəti məhkəməyə daxil olmamışdı. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və “ABC Telecom” X2 verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və “ABC Telecom” X2 iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: “ABC Telecom” X2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “ABC Telecom” X2 Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “ABC Telecom” X4 geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar