Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-15/2022 15.03.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50862 olan Samsung galaxy A10 markalı telefon, Samsung markalı 2 ədəd qoruyucu və qulaqlıq üçün 11,5 (on bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 7,8 (yeddi manat, səksən qəpik) manat dəbbə pulu, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07618 olan Huawei Y5 Lite markalı telefon üçün 199,6 (yüz doxsan doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor 115,5 (yüz on beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 34,8 (otuz dörd manat, səksən qəpik) manat dəbbə pulu, 23.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu HA0V8LJ7 olan Lenovo markalı tablet 60 (altmış) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə pulu hesablanmışdır. 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodları **********37621 olan Samsung Galaxy markalı tablet və **********45033 olan Xiaomi Mi 9T markalı telefon üçün 1.138 (min yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 343,2 (üç yüz qırx üç manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans markalı dolab üçün 1.291,8 (min iki yüz doxsan bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 387,6 (üç yüz səksən yeddi manat, altmış qəpik) manat dəbbə pulu hesablanmışdır. 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan, Dr.Beckmann təmizləyicisi və Logitech markalı mouse üçün 896,8 (səkkiz yüz doxsan altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 269,1 (iki yüz altmış doqquz manat, on qəpik) manat dəbbə pulu hesablanmışdır. 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı kondisioner üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə pulu hesablanmışdır. 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 1.281,8 (min iki yüz səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 382,5 (üç yüz səksən iki manat, əlli qəpik) manat dəbbə pulu hesablanmışdır. 26.02.2019-cı il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 7766 manat borcun və 97.66 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı baş direktoru Həsən İsrafilzadə tərəfindən Şahbuz Rayon Məhkəməsinin ünvanına 28 fevral 2022-ci il tarixdə daxil olmuş elektron ərizəsində İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(090)-15/2022 saylı mülki işin məhkəmənin icraatında olduğunu, işi baxılmamış saxlayaraq, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin əslini, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı baş direktoru Həsən İsrafilzadənin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən X3 vasitəsilə 29 sentyabr 2021-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzlə ödənilmiş 30 (otuz) manat və X3 vasitəsilə 23 oktyabr 2021-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzlə ödənilmiş 67,66 (altmış yeddi manat, altmış altı qəpik) manat dövlət rüsumları iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263,264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən X3 vasitəsilə 29 sentyabr 2021-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzlə ödənilmiş 30 (otuz) manat və X3 vasitəsilə 23 oktyabr 2021-ci il tarixdə, ********* nömrəli mədaxil qəbzlə ödənilmiş 67,66 (altmış yeddi manat, altmış altı qəpik) manat dövlət rüsumları iddiaçı təşkilata qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-15/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-15/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver