Məhkəmə qərarları › İş №2(090)-154/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-154/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-154/2020 28.12.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə 2379.31 (iki min üç yüz yetmiş doqquz manat, otuz bir qəpik) manat əsas, 144.93 (bir yüz qırx dörd manat, doxsan üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə isə 2524.24 (iki min beş yüz iyirmi dörd manat, iyirmi dörd qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, bankın Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 174-xx.xx.2018-002933 nömrəli kredit müqaviləsinə əsasən ona illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdi. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdi. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən xx xxxxxxx 2020-ci il tarixə Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 174xx.xx.2018-002933 nömrəli kredit müqaviləsi üzrə 2379.31 (iki min üç yüz yetmiş doqquz manat, otuz bir qəpik) manat əsas, 144.93 (bir yüz qırx dörd manat, doxsan üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2524.24 (iki min beş yüz iyirmi dörd manat, iyirmi dörd qəpik) manat borcu mövcuddur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Asif Hacıyev xx xxxxxx 2020-ci il tarixli, 22-7467/2020 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Cavabdeh isə gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli, 174xx.xx.2018-002933 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin “xxxx” ASC-dən illik 27 faizlə, 36 ay müddətində, 5000 (beş min) manat məbləğində kredit götürməsi barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsi ilə təsdiq olunur. Belə ki, iddia ərizəsinə və eyni zamanda mülki materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli, 174-xx.xx.2018-002933 nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan illik 27 faizlə 36 ay müddətində 5000 (beş min) manat məbləğində kredit götürməsi barədə tərəflərin razılığa gəlmələri aydın olur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tələb etməsi, isə işin mübahisəli halıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran halları iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə mülki işin mübahisəli hallarının hüquqi həllinə keçməzdən öncə iş üzrə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında xx xxxxxx 2018-ci il tarixli, 174-xx.xx.2018- 002933 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 2.2-2.3-cü bəndlərinə görə borc verən borcalana istehlak məqsədi üçün 5000 manat məbləğində kredit verməyi, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür; - müqavilənin 3.7-ci bəndinə əsasən kredit məbləği, ona hesablanmış faizlər, cərimə və dəbbə pulu həmin müqavilənin 5.4-cü bəndində göstərilən vaxtadək borc alan tərəfindən ödənilmədikdə, borcalan həmin tarixə mövcud olan əsas borcun qalıq məbləğinə bu müqavilənin 6.1-ci bəndində göstərilən faizləri, eləcə də, 9.2-ci bəndində əks olunan cəriməni və 10.2-ci bəndinə əsasən dəbbə pulunu bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirdiyi günə qədər ödəyəcəyini vəd edir: - həmçinin müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, həmin müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu müəyyən edilmir, borcun qaytarılması yalnız borc alanın özü tərəfindən həyata keçiriləcəkdir; - 5.3 və 5.4-cü bəndlərindən müəyyən edilir ki, borcalana kredit 36 (otuz altı) ay müddətinə verilir və kreditin müddəti xx xxxxxx 2021-ci ildə bitir; - müqavilənin 6.1 və 6.6-cı bəndlərinin görə kredit üzrə faktiki faiz dərəcəsi 27 faiz təşkil edir; -bundan əlavə müqavilənin 8.1-ci bəndindən görünür ki, əsas borcun və hesablanmış faiz borcunun qaytarılması müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədikdə, ödəniş cədvəli üzrə müddətlər borcalan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda pul öhdəliyinin icra edilməsinin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür; -borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi barədə borc verən borcalanı xəbərdar etdikdən 3 gün müddətində borcalan borc öhdəliyini qeyd-şərtsiz icra etməli olması, həmin müddət ərzində borcalan borc öhdəliyini icra etməzsə, ödənilməmiş kredit və kredit üzrə faizlər gecikdirilmiş borc hesab edilməsi müqavilənin 8.2-ci bəndində öz əksini tapıb; -müqavilənin 12.1 və 12.2-ci bəndlərində borcalanın müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürməsi, həmçinin müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməli olması onun vəzifəsi kimi müəyyən edilib. Yuxarıda da qeyd edildiyi və tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həm qeyd edilən maddi hüquq normasından, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, onlar arasında olan razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri və sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxxxx 2019-cuil tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli FJB**********986 nömrəli kassa məxaric orderi ilə öz təsdiqini tapır. Yuxarıda göstərilənləri ümumiləşdirək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi əsaslıdır. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1195 nömrəli maliyyə arayışda Cavabdeh İddiaçı ASC-nə əsas borcdan 2620,69 (iki min altı yüz iyirmi manat, altmış doqquz qəpik) manat, faiz borcundan isə 2336.08 (iki min üç yüz otuz altı manat, səkkiz qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə onun 2379.31 (iki min üç yüz yetmiş doqquz manat, otuz bir qəpik) manat əsas borcu, 144.93 (bir yüz qırx dörd manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2524.24 (iki min beş yüz iyirmi dörd manat, iyirmi dörd qəpik) manat miqdarında kredit borcunun olması göstərilir. Məhkəmə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, 174xx.xx.2018-002933 nömrəli kredit müqaviləsinin 15.8-ci bəndindən isə aydın olur ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan cavabdeh tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdeh ödənilməlidir. Həmçinin həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan 40 (qırx) qəpik bank xidmət haqqı da Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələbi əsaslı olduğundan təmin olunmalı; - xx xxxxxx 2018-ci il tarixli, 174-xx.xx.2018-002933 nömrəli kredit müqaviləsi üzrə 2379.31 (iki min üç yüz yetmiş doqquz manat, otuz bir qəpik) manat məbləğində əsas borc və 144.93 (bir yüz qırx dörd manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2524.24 (iki min beş yüz iyirmi dörd manat, iyirmi dörd qəpik) manat miqdarında kredit borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia əsaslı olduğundan təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli, 174-xx.xx.2018-002933 nömrəli kredit müqaviləsi üzrə 2379.31 (iki min üç yüz yetmiş doqquz manat, otuz bir qəpik) manat məbləğində əsas borc və 144.93 (bir yüz qırx dörd manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2524.24 (iki min beş yüz iyirmi dörd manat, iyirmi dörd qəpik) manat miqdarında kredit borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar