Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-157/2023 14.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 13 iyul 2017-ci ildə doğulmuş X6 və 20 sentyabr 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək izahatında bildirdi ki, Cavabdeh ilə 13 dekabr 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, birgə nikahlarından 13 iyul 2017-ci il təvəllüdlü X6 və 20 sentyabr 2019-cu il təvəllüdlü X7 doğulubdur, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında bir uşağın saxlanılmasına 100 manat olmaqla iki uşağın saxlanılmasına 200 manat aliment müəyyən edilib, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsindən apellasiya şikayəti verib və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə apellasiya şikayətinin qismən təmin olunaraq bir uşağın saxlanılmasına 125 manat olmaqla iki uşağın saxlanılmasına 250 manat müəyyən edilibdir, cavabdeh dediyi kimi xəstə deyil, axırıncı dəfə onunla danışan zaman işlədiyini deyibdir, harada və nə işlədiyini bilmir, cavabdeh uşaqları ilə maraqlanmır, qızının xəstə olmasını bilidiyi halda onunla maraqlanmır, o özü kirayədə yaşayır, aldığı aliment evin kirayə haqqına və kommunal xərclərə gedir, cavabdehin gəlirləri barədə məhkəməyə təqdim edəcək sübutu yoxdur, cavabdeh ilə hələ də evlidirlər, cavabdehin ailə qurması qanuni deyil, əgər cavabdeh yenidən evlənə bilirsə uşaqlarını da saxlamalıdır, uşaqların xəstəliyi ilə bağlı "xxxx" ASC-dən pul götürüb, buna görə də "xxxx" ASC-yə faiz ödəyir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz ərizəsində İddiaçı ondan yüksək miqdarda aliment tələb etdiyini, övladları Damla və Yusifə aliment verməkdən imtina etmədiyini, yenidən ailə həyatı qurduğunu, həyat yoldaşının hamilə olduğunu, yeni ailəsini də saxlamaq məcburiyyətində olduğunu, özünün xəstə, mütəmadi müalicə aldığını, övladları Damlanın və Yusifin yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay cəmi 250 manat aliment ödəyə biləcəyini, bundan əlavə imkan daxilində övladlarına maddi dəstək olacağını, hal-hazırda işləmədiyini göstərmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” 12 may 2023-cü il tarixli, İ-580 nömrəli arayışa əsasən İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 069684 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 13 dekabr 2016-cı il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 748591 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 13 iyul 2017-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 168881 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 20 sentyabr 2019-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi ilə Cavabdeh “13” iyul 2017-ci il tarixdə doğulmuş X6 və “20” sentyabr 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)- 61/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi alimentin 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinə dair hissəsində dəyişdirilərək Cavabdeh 13 iyul 2017-ci il tarixdə doğulmuş X2 və 20 sentyabr 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Saatlı rayonu, Məzrəli kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normaları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarının müddəalarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələbini də nəzərə aldıqda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 iyul 2017-ci ildə doğulmuş X6 və 20 sentyabr 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmədə verdiyi izahatında uşaqları ilə kirayədə yaşadıqlarını və uşaqların xəstəliyi ilə bağlı "xxxx" ASC-dən pul götürdüyünü, bu səbəbdən faiz ödədiyini qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh isə məhkəməyə ünvanlandığı iddia ərizəsinə etiraz ərizəsində İddiaçı ondan yüksək miqdarda aliment tələb etdiyini, övladları Damla və Yusifə aliment verməkdən imtina etmədiyini, yenidən ailə həyatı qurduğnu, həyat yoldaşının hamilə olduğunu, yeni ailəsini də saxlamaq məcburiyyətində olduğunu, özünün xəstə, mütəmadi müalicə aldığını, övladları Damlanın və Yusifin yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay cəmi 250 manat aliment ödəyə biləcəyini, bundan əlavə imkan daxilində övladlarına maddi dəstək olacağını, hal-hazırda işləmədiyini göstərmiş və həmin halların təsdiqi kimi Azərbaycan Respublikasının ƏƏSMN Dayanıqlı və OSTA 4 saylı Bakı Dost Mərkəzinin 02 iyun 2023-cü il tarixli Cavabdeh nazirliyin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi barədə, Saatlı rayon İcra Hakimiyyəti Başçısının Məzrəli KİƏD üzrə Nüməyəndiliyin 01 iyun 2023cü il tarixli, 113 saylı Cavabdeh Saatlı rayon İHB-nin Məzrəli İƏD üzrə Məzrəli kəndində qeydiyyatda olması və X8 (arvadı) ibarət ailə tərkibinin olması barədə və Azərbaycan Respublikası “Tibb Ərazi Böləmələrinin İdaretmə Birliyi” X18 “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X9 Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Mamalıq Ginekologiya şöbəsində müayinə olunması və hamiləliklə bağlı qeydiyyata götürülməsi (hazırda 13-14 həftə) barədə arayışları sübut kimi təqdim etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı iddia tələbində övladları 13 iyul 2017-ci ildə doğulmuş X6 və 20 sentyabr 2019-cu ildə doğulmuş X7 nın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyənləşdirilməsini və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, eyni zamanda uşaqların yaşlarını, onların yaşlarına görə olan tələbatlarını, zəruri maddi ehtiyaclarının olduğunu, uşaqların məktəbli olmalarını və onların məktəbli ləvazimatlarına tələbatlarının artdığını, ümumiyyətlə uşaqlar böyüdükdə tələbatlarının artmasını bunun isə uşaqların maddi vəziyyətinə təsirini nəzərə alaraq onu da qeyd edir ki, cavabdehin faktiki olaraq hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat ödədiyi alimentin uşaqların tələbatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyil. Çünki, uşaq böyüməklə tələbatları artır, bu isə uşaq himayəsində olan iş üzrə iddiaçının onun maddi vəziyyətinə mənfi təsir edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2.-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırılması zamanı istər iddiası İddiaçı, istərsə də Cavabdeh uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmələrinə dair əsaslar, eyni zamanda İddiaçı əmək qabiliyyətinin olmaması müəyyən edilməmiş, həmçinin iddiaçının həmin hallara dair, habelə onun iddiasına qarşı verilən etirazda göstərilənləri təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən İddiaçı “Naxçıvan Muxtar Respublikası X1" X16 peşakar tibb bacısı vəzifəsində işləməsi və aylıq gəlirlərinin 448.75 manat olması müəyyən olunur. Məhkəmə iddiaçının uşaqlarının xəstə olmaları və bu səbəbdən də alimentin artırılması ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)- 61/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Şahbuz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(090)-61/2021 nömrəli qətnaməsi alimentin 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinə dair hissəsində dəyişdirilərək Cavabdeh 13 iyul 2017-ci il tarixdə doğulmuş X2 və 20 sentyabr 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsinin qət edilməsi müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Sonda yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(108)-131/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 iyul 2017-ci ildə doğulmuş X6 və 20 sentyabr 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, 54,6 (əlli dörd manat, altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(108)- 131/2021 nömrəli qətnaməsi müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 13 iyul 2017-ci ildə doğulmuş X6 və 20 sentyabr 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 330 (üç yüz otuz) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 54,6 (əlli dörd manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-157/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-157/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver